Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Opsion müqaviləsi — (ingilis dilindən tərcümədə option - seçim) onun tərəflərinə alternativ (seçim) təqdim edən alətdir. Bu seçim şərtsiz olaraq müqavilə tərəfl

Opsion müqaviləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Opsion müqaviləsi

Opsion müqaviləsi — (ingilis dilindən tərcümədə option - seçim) onun tərəflərinə alternativ (seçim) təqdim edən alətdir. Bu seçim şərtsiz olaraq müqavilə tərəflərinin birinə məxsus olur və digər kontragentin iradəsindən asılı deyildir. Məhz bu seçim imkanı üçün tərəflərdən biri digərinə opsion mükafatı (option premium) ödəyir. Yəni ödəyən şəxs seçim hüququnu (opsionu) əldə edir.

Mündəricat

Haqqında

Opsion müqaviləsinə müxtəlif korporativ münasibətlərin tənzimlənməsində rast gəlmək olar. Opsion hüququnu müəyyən edən şərtlərə, əsasən, özəl investisiyalar (private equity), riskli kapital (venture capital) və investisiya yatırımları çərçivəsində bağlanan müqavilələrdə əks olunur.

Almaniya hüququnda opsion müqaviləsi (optionsvertrag) geri çağırılmayan (geri götürülə bilməyən) oferta kimi qiymətləndirilir. Opsion müqaviləsinə bu yanaşma ABŞ hüququnda da var.

Opsion müqaviləsi sahibkarların tam praktiki məqsədlərini güdür. Biznes sahibləri və investorlar opsion vasitəsilə öz kapitallarının və korporativ nəzarətin çevik idarəetmə imkanlarını əldə edirlər. Məsələn, portfel investorları hər hansı şirkətin kapitalına daxil olduqda, opsion onlara əvvəlcədən razılaşdırılmış qiymətlə şirkətdən effektiv çıxış mexanizmini təqdim edir.

Növləri

Əsasən, iki növ opsion razılaşmaları mövcuddur. Bunlar satış opsionu (put-option) və alış opsionudur (call-option).

Satış opsionuna əsasən bir tərəf ona məxsus olan səhmləri (payı) müəyyən hadisələr baş verdikdə (və ya vermədikdə) əvvəlcədən razılaşdırılmış qiymətə alınmasını digər tərəfdən tələb etmək hüququna malikdir. Alış opsionuna əsasən isə bir tərəf müəyyən şərtlər əmələ gəldikdə (və ya gəlmədikdə) digər tərəfə məxsus səhmləri (payı) əvvəlcədən razılaşdırılmış qiymətə ona (yəni birinci tərəfə) satılmasını tələb etmək hüququna malikdir.

Göründüyü kimi, hər iki variantda tərəflərdən birinin tələb hüququ var və o, hüququn realizasiyası razılaşdırılmış şərtlər çərçivəsində yalnız həmin tərəfin iradəsindən asılıdır. Digər tərəfində isə, tələb irəli sürüldükdə razılaşdırılmış öhdəliyin qeyd-şərtsiz icrası öhdəliyi var.

Xüsusiyyətləri

  • Opsion müqaviləsində iki əsas şərt qeyd olunur: əsas öhdəliyin şərtləri və əsas öhdəliyin icrasına səbəb olan şərtlər. Adətən əsas öhdəlik kimi səhmlərin (payın) satılması və ya alınması çıxış edir. Məsələn, öhdəliyin icrasına səbəb olan şərtlər kimi şirkətin maliyyə göstəricilərinin aşağı düşməsi çıxış edə bilər.
  • Əsas öhdəliyin icrası tərəflərdən birinin ixtiyarından asılıdır. Yəni əsas öhdəliyin icrasını tələb etmək və ya etməmək hüququ müqavilə tərəflərinin birinə məxsusdur.
  • Əsas öhdəliyin icrasını tələb etmək hüququ adətən müəyyən müddətlə mahdudlaşdırılır və/və ya hüquqdan istifadə müəyyən halların baş verməsi (verməməsi) ilə şərtləndirilir.
  • Müqavilənin digər tərəfinin əsas öhdəliyə dair heç bir seçimi olmur. Yəni əsas öhdəliyin icrası tələb edildikdə o, imtina edə bilməz və ya birinci tərəf öhdəliyin icrası tələb edilmədikdə onu məcbur edə bilməz.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Opsion müqaviləsi haqqında məlumat. Opsion müqaviləsi nədir? Opsion müqaviləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Fəlsəfə daşı

  • Fevral 27, 2026

    Maksvell tənlikləri

  • Fevral 27, 2026

    Hərbi iş

  • Fevral 27, 2026

    Ukiyo-e

  • Fevral 27, 2026

    İlam

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst