Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

One Direction — 2010-cu ildə Londonda formalaşmış İngiltərə-İrlandiya oğlan pop qrupu. Qrup üzvləri Nayl Horan, Liam Peyn, Harri Stayls, Lui Tomlinson və 2015-c

One Direction

  • Ana Səhifə
  • Vikipediya
  • One Direction

One Direction — 2010-cu ildə Londonda formalaşmış İngiltərə-İrlandiya oğlan pop qrupu. Qrup üzvləri Nayl Horan, Liam Peyn, Harri Stayls, Lui Tomlinson və 2015-ci ilin martında tərk edən Zeyn Malik idi. Onlar 2016-cı ildə dağılmazdan əvvəl ən şöhrətli oğlan qruplarından biri idilər.

One Direction
Loqonun şəkli
Əsas məlumatlar
Üslub pop
pop-rok
Fəaliyyət illəri 2010–2016
Ölkə  Böyük Britaniya
Şəhər London
Digər adı 1D
Leybl Syco, Columbia
Heyət
  • Harri Stayls
  • Nayl Horan
  • Liam Peyn
  • Lui Tomlinson
Keçmiş üzvlər Zeyn Malik
www.onedirectionmusic.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qrup yaranmazdan əvvəl hər bir üzvü 2010-cu ildə Böyük Britaniyada keçirilən "The X Factor" musiqi müsabiqəsində solo ifaçı kimi yarışırdı. Onların ayrı-ayrılıqda etdiyi çıxışlar münsiflər heyətini heyran qoymuş və onlara bir araya gələrək musiqi qrupu yaratmaq və yenidən irəliləmək imkanı təklif edilmişdir. Qrup 2010-cu ildə formalaşır və müsabiqənin yeddinci mövsümündə üçüncü yeri tutur. Yarışmadan sonra onlar Saymon Kouelin səsyazma leyblı Syco Records ilə müqavilə bağlayırlar. 2011-ci ildə One Direction qrupu "Up All Night" adlı debüt studiya albomunu təqdim edir. Alboma daxil olan "What Makes You Beautiful" sinqlı qrupu məşhurlaşdırmağa başlayır. One Direction 2012-ci ildə növbəti, sayca ikinci olan "Take Me Home" adlı studiya albomunu çıxarır. Bu albomda yer alan mahnılar musiqi videoları ilə birlikdə qrupa dünya miqyasında şöhrət gətirir – "Live While We're Young" və "Kiss You" mahnıları qrupu çoxları ilə tanış edir. One Direction-ın üçüncü albomu "Midnight Memories" 2013-cü ildə işıq üzü görür. Alboma daxil olan "Best Song Ever", "Story of My Life", "You & I" və "One Way or Another (Teenage Kicks)" mahnıları hitə çevrilir. Üstəlik albom həmin il ən çox satan albomlardan biri olur. One Direction 2014-cü ildə dinləyicilərini yenidən sevindirir və "Four" adlı dördüncü studiya albomunu yayımlayır. Albomun ən sevilən trekləri "Steal My Girl" və "Night Changes" olur. Qrupun beçinci və sonuncu albomu olan "Made in the A.M." 2015-ci ildə buraxılır. Bu albom "Drag Me Down" mahnısına görə məşhur idi.

Gənclərin qəlbini qazanan One Direction qrupu dörd dəfə dünya turuna çıxmışdır. Onların "Midnight Memories" albomu üçün etdiyi "Where We Are Tour" 2014-cü ilin ən çox gəlir gətirən konsert turu olmuşdur. Bu tur ümumilikdə 290.2 milyon dollar gəlir gətirmiş və indiyədək ən çox gəlir gətirən turlar arasında 15-ci yeri tutmuşdur. 2015-ci ilin martında Zayn Malik qrupdan ayrılacağını bəyan edərək pərəstişkarlarını məyus etmişdir. Bundan bir il sonra 2016-cı ilin yanvarında One Direction fəaliyyətinə fasilə vermişdir. Üzvləri hal-hazırda solo karyeralarını qurub və bir neçə albom çıxarıblar. Ən uğurlu olan isə Harri Staylsın solo karyerası olmuşdur.

One Direction dünya üzrə 70 milyona yaxın albom satmışdır. Bu onları bu günədək ən çox satış edən oğlan qruplarından biri edir. Qrup 200-ə yaxın mükafat qazanıb: yeddi Brit, dörd MTV Video Music Awards, altı Billboard Music Awards və 28 Teen Choice Awards.

Mündəricat

Albomları

  • Up All Night (2011)
  • Take Me Home (2012)
  • Midnight Memories (2013)
  • Four (2014)
  • Made in the A.M. (2015)

Filmoqrafiya

İl Adı Rol Qeydlər Ref.
2010 The X Factor Özləri İştirakçılar: Mövsüm 7
2011 One Direction: A Year in the Making ITV2 sənədli filmi
2012 iCarly Epizod: "iGo One Direction"
Up All Night: The Live Tour Video albom
2012–14 Saturday Night Live Qonaqlar: S37 E18, S39 E8, S40 E10
2013 One Direction: This Is Us Sənədli konsert filmi
2014 One Direction: Where We Are – The Concert Film Konsert filmi
One Direction: The TV Special NBC özəl
2015 One Direction: The London Session Apple Music seriyaları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, One Direction haqqında məlumat. One Direction nədir? One Direction nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Bitki

  • Fevral 27, 2026

    Portu-Aleqri

  • Fevral 27, 2026

    İrşad (qəzet)

  • Fevral 27, 2026

    Sambr çayı

  • Fevral 27, 2026

    İdealist

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst