Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Olmeklər - asteklərin tarixi salnamələrində xatırlanan hindu tayfalarından biridir. Tədqiqatçılar, demək olar ki, bu xalqın mənşəyi haqqında heç bir məlumata ma

Olmeklər

  • Ana Səhifə
  • Vikipediya
  • Olmeklər

Olmeklər - Mərkəzi Amerikada yaşamış hindu tayfası.

Mündəricat

Tarixi

Olmeklər - asteklərin tarixi salnamələrində xatırlanan hindu tayfalarından biridir. Tədqiqatçılar, demək olar ki, bu xalqın mənşəyi haqqında heç bir məlumata malik deyillər. Təkcə o məlumdur ki, bu xalq müasir Tabask ştatının ərazisində 4 min il əvvəl məskunlaşmışdı. Qədim rəvayətə görə, onların sirli əcdadları su vasitəsilə həyata gəlmiş və möcüzələrə malik olmuşlar. Bu xalqın əcdadları Tamaançe kimi qəribə adı olan ("Biz evimizi axtarırıq" mənasını verir) ərazidə məskunlaşmışdı. Lakin naməlum səbəbdən bu xalqın müdrik adamları gəmilərə minib, bir də dünyanın axırında qayıdacaqlarını vəd edərək cənuba doğru üzmüşlər. Yerdə qalan insanlar isə, özlərini şərti olaraq görkəmli rəhbərləri, ilk ruhaniləri olan Olmeka Uimtoninin şərəfinə – olmeklər adlandırmışlar.. Olmeklər Meksikada qədim və ilk böyük mədəniyyətin yaradıcıları, sonralar Sokonuskoda (Meksikanın cənub-qərbində yerləşən Çyapas ştatında) mövcud olmuş mədəniyyətin davamçıları olmuşlar../ Olmeklər Meksikanın mərkəzi və cənub hissələrində, müasir Verakrus və Tabasko ştatlarında yerləşən tropik ərazilərdə məskunlaşmışlar. Mülahizələrə görə, olmeklərlə Sokonuskoda Mokaya mədəniyyətini yaradanlar və mixe-soke dilinin daşıyıcıları arasında qohumluq əlaqələri mövcud olmuşdur.

Etimologiyası

"Olmek" adı astek sözü olan Ōlmēcatl /oːlˈmeːkat͡ɬ/ (tək) və Ōlmēcah /oːlˈmeːkaʔ (cəm) şəklində işlənir. Bu söz iki kökdən ibarətdir: ōlli /ˈoːlːi mənası - "rezin, kauçuk" və mēcatl /ˈmeːkat͡ɬ, mənası "kanat, kəndir" sözlərindən yaranıb "rezin iynə və ya xətt" deməkdir.

Dilləri və yazısı

Olmeklər Amerika qitəsində ilk dəfə olaraq yazısı ilə şöhrət tapmış xalq hesab edilir. Bu yazı heroqliflərdən ibarət idi. Yazı tərzi soldan sağa, yuxarıdan aşağı doğru istiqamətlənərək ən arxaik variantdır. Onlar yazıda müxtəlif nöqtə, xətlərdən istifadə etməklə orijinal rəqəmlər sistemini də yaratmışlar. Bir çox tədqiqatçılar olmek yazısını mayya yazısının əcdadı da hesab edirlər.

Olmeklərin hansı dildə danışdıqları məlum deyil, onların yazısı da bu günədək oxunmamışdır. Mərkəzi Amerika dilləri arasında əhəmiyyətli yer tutan mixe-soke dilində yazılmış xeyli yazılı abidəni tədqiq edən Terrens Kaufman olmeklərin müxe-soke ailəsinə daxil olan dildə danışdıqları barədə mülahizə irəli sürmüşdür.

Xarici keçid

  • http://www.forgotten-civilizations.ru/15.html
  • Drawings and photographs of the 17 colossal heads
  • El contexto Arquaeologico de la cabeza colosal olmeca numero 7 de San Lorenzo 2011-10-11 at the Wayback Machine
  • Stone Etchings Represent Earliest New World Writing Scientific American; Ma. del Carmen Rodríguez Martínez, Ponciano Ortíz Ceballos, Michael D. Coe, Richard A. Diehl, Stephen D. Houston, Karl A. Taube, Alfredo Delgado Calderón, Oldest Writing in the New World, Science, Vol 313, Sep 15 2006, pp1610–1614.
  • Olmec Blue Jade Source 2007-07-18 at the Wayback Machine
  • Olmecs Origins in the Mesoamerican Southern Pacific Lowlands 2009-05-02 at the Wayback Machine
  • Ответы на вопросы по ольмекам
  • А.В. Табарев, Древние ольмеки: история и проблематика исследований: Учеб.пособие – Новосибирск: Изд-во ИАЭт СО РАН, 2005. – 144 с.

Həmçinin bax

  • Olmek mədəniyyəti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, olmeklər sözünün mənası, olmeklər haqqında məlumat. olmeklər nədir? olmeklər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Kşiştof Penderetski

  • Mart 01, 2026

    Qaraqaya

  • Mart 01, 2026

    Kral TV

  • Fevral 27, 2026

    Bərdsir şəhristanı

  • Fevral 27, 2026

    Qandak çayı

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst