Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Obyektyönümlü proqramlaşdırma (OYP) — kompüter proqramları və tətbiqləri yaratmaq üçün proqramlaşdırma paradiqmasıdır.

Obyektyönümlü proqramlaşdırma

  • Ana Səhifə
  • Vikipediya
  • Obyektyönümlü proqramlaşdırma

Obyektyönümlü proqramlaşdırma (OYP) — kompüter proqramları və tətbiqləri yaratmaq üçün proqramlaşdırma paradiqmasıdır.

Obyektyönümlü proqramlaşdırma ekvivalenti

Əsas xüsusiyyətləri:

  • inkapsulyasiya (encapsulation),
  • irsilik (inheritance),
  • polimorfizm (polymorphism),
  • abstraksiya (abstraction),
  • obyektlər arasında informasiya axınının təşkili (sending messages / message sending),
  • təkrar istifadə oluna bilərlik (reusability).

İlk obyektyönümlü proqramlaşdırma dili Simula olub. Hazırda dünyada çoxlu sayda obyektyönümlü proqramlaşdırma dillər vardır.

"Obyekt" anlayışı proqramlaşdırmada mühüm rol oynayır. Proqram obyektləri real həyatdakı obyektlərə çox bənzəyir – onlar da öz daxili quruluşları, hərəkətləri, xassələri ilə bir-birindən fərqlənir. Kompüterin ekranındakı hər bir şeyə obyekt kimi baxmaq olar: ekranda istənilən pəncərə obyektdir; hər bir düymə, simgə obyektdir; istənilən menyu obyektdir.

Obyektyönümlü proqramlaşdırmanın mahiyyətini başa düşmək üçün tarixə qısa səyahət etmək faydalı olardı. Ötən əsrin 50–70-ci illərində kompüterlər ağlagəlməz dərəcədə baha idi. Onların qiymətləri ilə müqayisədə proqramçıların əmək haqqı çox cüzi idi. Bu münasibət proqramlaşdırmaya da təsir göstərirdi. O illər proqramların yazılmasına və sazlanmasına proqramçının nə qədər vaxt sərf etməsi o qədər də önəmli deyildi. Əsas məsələ kompüteri çox yükləməmək idi, çünki kompüterin hər dəqiqəsi böyük məbləğlərlə hesablanırdı. Hər şey 80-ci illərin ortalarında fərdi kompüterlərin meydana çıxması ilə dəyişdi. Kompüterlərin kütləvi istehsalı onlar üçün çoxlu sayda proqramların olmasını da tələb edirdi. Bu zaman aydın oldu ki, peşəkar proqramçının bir aylıq işinin dəyəri onun kompüterinin qiymətindən aşağı deyil. Onda insanlar proqramçıların vaxtını hədər yerə sərf etməmək üçün proqramlaşdırma mühitinin özünü təkmilləşdirməyə başladılar. İlk növbədə koddan təkrar istifadə prinsipi yarandı. Bu prinsipə görə, kiminsə bir dəfə yaratmış olduqları toplanıb saxlanmalı və başqa proqramçılar tərəfindən hazır bloklar şəklində istifadə olunmalıdır. Belə proqram bloklarını obyektlər (OBJECT) adlandırdılar. Yeni proqram hazırlamaq lazım gəldikdə, əvvəlki proqramlardan obyektlər götürülür və onlar, sadəcə, yeni tələblərə uyğun dəyişdirilir. Müxtəlif proqramlarda eyni formalı pəncərələrə, oxşar menyulara, eyni düymələrə rast gəlinir. Proqramların əksəriyyətində eyni şriftlərədən istifadə olunur. Bunların hamısı yeni tələblərə uyğunlaşdırılmış obyektlərdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Obyektyönümlü proqramlaşdırma haqqında məlumat. Obyektyönümlü proqramlaşdırma nədir? Obyektyönümlü proqramlaşdırma nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nanak

  • Fevral 25, 2026

    Firəngiz Şərifova

  • Fevral 27, 2026

    Pol Morfi

  • Fevral 27, 2026

    Maksim Tirli

  • Fevral 27, 2026

    Bədxassəli şiş

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst