Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Nəşri-maarif" və ya "Nəşri-savad və maarif" — Azərbaycanda mədəni-maarif işləri sahəsində fəaliyyət göstərmiş xeyriyyə cəmiyyəti.

Nəşri-maarif

  • Ana Səhifə
  • Vikipediya
  • Nəşri-maarif

"Nəşri-maarif" və ya "Nəşri-savad və maarif" — Azərbaycanda mədəni-maarif işləri sahəsində fəaliyyət göstərmiş xeyriyyə cəmiyyəti.

Mündəricat

Tarixi

Fəaliyyətinin ilk mərhələsində "Bakı quberniyası müsəlman əhalisi arasında savadı artıran cəmiyyət" də adlandırılır. İlk nizamnamə layihəsi 1906-cı il avqustun 1-də təsdiq olunmuş, 1912-ci il oktyabrın 19-da bəzi əlavələr və dəyişikliklərlə ikinci dəfə qeydiyyatdan keçmişdir. Təsisçiləri İsmayıl bəy Səfərəliyev, Həsənağa Həsənov, Məmmədhəsən Hacınski, Əsədulla Əhmədov, Ağahüseyn Tağıyev, Əliağa Həsənov və Həsən Mustafayev idilər. "Nəşri-maarif"in idarə heyətinə 1906-cı il noyabrın 24-də keçirilən ilk seçkilərdə cəmiyyətin tərkibinə Hacı Zeynalabdin Tağıyev (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Ə.Ə.Əmircanov, H.Məlikov, M.Ə.Nəzirov (təftiş komissiyası), Ə.Ağayev, Ə.İ.Cəfərov, M.Əfəndiyev (katiblik), A.Tağıyev (xəzinədar) və 14 nəfərdən, o cümlədən İ.Məlikov, M.Muxtarov, Ə.Həsənov, Ə.Əhmədov, İ.Aşurbəyov, Q.Qarabəyli və başqalarından ibarət idarə heyəti, fəxri və ömürlük üzvlər (H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, M.Muxtarov, Y. Dadaşov və A.Tağıyev) seçildilər.

"Nəşri-maarif"in əsas məqsədi müsəlman əhalisi arasında Azərbaycan türkcəsində savadın yayılması idi. Cəmiyyətin müxtəlif illərdə Qubada, Göyçayda, Astarada, Bankə bölgəsində, Ağdaşda, Qaryagində (indiki Füzuli rayonu), Şuşada, Gəncədə, habelə Həştərxan quberniyasında, Saratovda, Moskvada, Türkiyədə, Rumıniyada şöbələri açılmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək "Nəşri-maarif"in Bakı şəhərində və onun kəndlərində 20 məktəbi fəaliyyət göstərmişdir. Onlardan ikisi qız məktəbi (Balaxanıda və Zabratda) idi. Bütün məktəblərdə təhsil pulsuz idi və şagirdlər pulsuz dərs ləvazimatı və geyimlə təmin olunurdular. Təhsil müddəti 4 il idi. Şagirdlərə təkcə şəriət, ana dili, rus dili, hesab deyil, həmçinin tarix, coğrafiya, biologiya, astronomiya haqqında da ibtidai biliklər verilirdi. Qız məktəblərində H.Z.Tağıyevin qız məktəblərinin yetirmələri N.Axundova, M.Axundova, İ.Heydərova, M.Məlikova, D.Muradxanova, S.Əfəndiyeva-Şuayeva, oğlan məktəblərində M.Ə.Sabir, K.Ağayev, A.Əliyev, H.Həsənov, İ.Mustafayev, A.Nabatəliyev, H.Süleymanov və digər görkəmli pedaqoqlar və ali seminariya təhsilli müəllimlər çalışırdı.

"Nəşri-maarif" 1907-ci ildə Bakıda Darülmüəllimin — "İslam" müsəlman müəllimlər seminariyası açmışdı. Seminariyanın müdiri İstanbuldan dəvət olunmuş Məhəmməd Cövdət bəy idi. Burada M.Mahmudbəyov, F.Ağazadə, S.Əbdülrəhmanbəyov, Y.Əfəndiyev, Q.Mirzəzadə (Qafur Rəşad) kimi görkəmli pedaqoqlar çalışırdı. Seminariyaya kitablar Türkiyədən gətirilirdi. Tələbələr üçün xüsusi geyim forması hazırlanmışdı. Fəaliyyət göstərdiyi 3 il ərzində seminariya Azərbaycan xalq maarifı üçün ibtidai məktəb müəllimi dərəcəsi olan 28 müəllim kadrı hazırlamışdı. Seminariya sonralar maliyyə çətinlikləri üzündən bağlanmışdı.

"Nəşri-maarif" müxtəlif illərdə Bakının bir çox təhsil ocaqlarında — Aleksandr rus-müsəlman qız məktəbində, texniki məktəbdə, realnı məktəbdə, 3-cü ali ibtidai məktəbdə, Aleksey şəhər məktəbində, "İttihad" İran məktəbində və s. məktəblərdə, həmçinin Azərbaycandan kənarda — Tiflis edadiyyə məktəbində, Tiflis Aleksandr Müəllimlər İnstitutunda, İrəvan ticarət məktəbində, Vladiqafqaz Müəllim Seminariyasında, Moskva Kommersiya İnstitutunda, Xarkov Universitetində, Türkiyənin bəzi təhsil ocaqlarında, Varşava Politexnik İnstitutunda və s. təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələrin təhsil haqqının, təqaüdünün və s. əlavə xərclərinin ödənməsinə yardım göstərirdi.

Kitabxana və qiraətxanaların təşkilinə xüsusi əhəmiyyət verən "Nəşri-maarif" 1907-ci ilin mayından həftədə iki dəfə xalq arasında açıq oxular təşkil edirdi. Bu tədbirin həyata keçirilməsi üçün yaradılan komissiyanın tərkibinə Ə.Ağayev, Ə.Cəfərov, A.Tağıyev, İ.Məlikov, Ə.Həsənov və M.Sadıqov daxil idilər. "Nəşri-maarif"in ilk böyük kitabxanası isə 1911-ci ildə Balaxanıda açılan "Nur" kitabxanası idi. "Nəşri-maarif"in buna qədər və bundan sonra açdığı məktəblərin hər birinin zəngin kitabxanası vardı. 1914-cü ildə isə Bakıda böyük kitab anbarı açılmışdı.

"Nəşri-maarif"in keçirdiyi milli-mədəni tədbirlər içərisində teatr tamaşaları, xüsusilə "Müsəlman axşamları" mühüm yer tuturdu. 1908-1917-ci illərdə keçirilən 8 "Müsəlman axşamı"nın təşkilində S.Qənizadə, Ə.Ağayev, F.X.Xoyski, Z.Əhmədbəyov, M.Əzizbəyov, Ə.Cəfərov, İ.Məlikov, M.Muxtarov, H.Mahmudbəyov, M.H.Hacınski, A.Aşurov və digər görkəmli şəxslər yaxından iştirak etmişdilər. Bədii hissə "Nicat" və "Səfa" cəmiyyətlərinin teatr truppaları tərəfindən təşkil olunurdu.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Nəşri-maarif" ölkənin mədəni-maarif həyatında mühüm rol oynamış, əhalinin maariflənməsinə, milli mədəniyyətin inkişafına xidmət etmişdir. Bu dövrdə cəmiyyət öz məktəblərini Maarif Nazirliyinin sərəncamına vermişdi.

Ədəbiyyat

  • Azərbaycan tarixi. 7 cilddə. Bakı: 2001, səh.5.
  • Paşayev A. Açılmamış səhifələrin izi ilə. Bakı: 2001
  • Süleymanova S. Azərbaycanda ictimai-siyasi hərəkat (XIX yüzilliyin sonu - XX yüzilliyin əvvəlləri). Bakı: 1999
  • Məmmədova N.Ə. "Nəşri-maarif" cəmiyyətinin məktəbləri. "Tarix və onun problemləri" jurnalı. Bakı: 2000, №3-4.

Həmçinin bax

  • "Nicat" məktəbi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəşri-maarif haqqında məlumat. Nəşri-maarif nədir? Nəşri-maarif nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Savoyya sülaləsi

  • Fevral 27, 2026

    Bəxş

  • Fevral 27, 2026

    Compaq

  • Fevral 27, 2026

    Ostrava

  • Fevral 27, 2026

    Monteneqro Universiteti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst