Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəzakət Teymurova (4 iyul 1972, Əlimədətli, Ağdam rayonu) — Azərbaycan müğənnisi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq

Nəzakət Teymurova

  • Ana Səhifə
  • Vikipediya
  • Nəzakət Teymurova

Nəzakət Teymurova (4 iyul 1972, Əlimədətli, Ağdam rayonu) — Azərbaycan müğənnisi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti, prezident mükafatçısı.

Nəzakət Teymurova
Nəzakət Xosrov qızı Teymurova
Ümumi məlumatlar
Doğum tarixi 4 iyul 1972(1972-07-04) (53 yaş)
Doğum yeri
  • Əlimədətli, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, müğənni, musiqi pedaqoqu
Janr muğam
Təhsili
  • Bakı Baza Energetika Texnikumu,
  • Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20002000 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20052005

Mündəricat

Həyatı

Nəzakət Teymurova 4 iyul 1972-ci ildə Ağdam rayonunun Əlimədədli kəndində dünyaya gəlib. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı Baza Energetika Texnikumuna daxil olub. Oradan müsabiqə yolu ilə Asəf Zeynallı adına Musiqi məktəbinə daxil olub və 1991–1995-ci illərdə Nəriman Əliyevin sinfində oxuyub.

1995-ci ildə ali təhsil almaq üçün Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, xalq artisti professor Arif Babayevdən dərs alıb. Elə həmin ildən də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. İlk rolu "Leyli və Məcnun"-da Leyli olub. "Aşıq Qərib"də Şahsənəm, "Gəlin Qayası"nda Gülbahar, "Natavan"da Xanəndə qız, "Vaqif"də Xanəndə qız, "Koroğlu"da Xanəndə qız rolları ilə çıxış edib.

Opera solisti kimi fəaliyyət göstərməklə yanaşı, Nəzakət Teymurova həm də muğam, xalq və bəstəkar mahnılarını da yüksək professionallıqla ifa edir. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir. Sənətçi Almaniya, ABŞ, Koreya, Yaponiya, Macarıstan, Fransa, Türkiyə, İran, İsveçrədə konsert proqramları ilə çıxış edərək milli muğam sənətini ləyaqətlə təmsil etmişdir. Hazırda Opera və Balet Teatrının solistidir, Milli Konservatoriyada və Musiqi Kollecində muğam dərsi deyir.

2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2005-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti adlarına layiq görülüb. 2011-ci ilin avqust ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" VIII Beynəlxalq musiqi festivalında YUNESKO-nun "Ən gözəl səs" xüsusi mükafatını alıb. 2012-ci ilin fevral ayinda Nəzakət Teymurovanın Azərbaycan musiqisi toplusundan ibarət yeni diski İtaliyada işıq üzü görüb. 9 may 2012-ci ildə 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Albomları

Gülüstan Əliyeva, Elxan Mansurov, Nəzakət Teymurova
  1. Qal, sənə qurban
  2. Unuda bilmirəm

Filmoqrafiya

  1. Güllələnmiş heykəllər (film, 2002)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nəzakət teymurova sözünün mənası, nəzakət teymurova haqqında məlumat. nəzakət teymurova nədir? nəzakət teymurova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Neobalaenidae

  • Fevral 27, 2026

    Bobruysk

  • Mart 06, 2026

    Şəhriyar Quliyev

  • Mart 07, 2026

    Əlisahib Orucov

  • Mart 04, 2026

    Möhtədi (xəlifə)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst