Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəvzad xanım (2 mart 1902, İstanbul – 23 iyun 1992, İstanbul) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin beşinci xanımı və gözdəsi.

Nəvzad xanım

  • Ana Səhifə
  • Vikipediya
  • Nəvzad xanım

Nəvzad xanım (2 mart 1902, İstanbul – 23 iyun 1992, İstanbul) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin beşinci xanımı və gözdəsi.

Nəvzad xanım
osman. نعمت نوزاد خانم
Şəxsi məlumatlar
Doğum tarixi 2 mart 1902(1902-03-02)
Doğum yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 23 iyun 1992(1992-06-23) (90 yaşında)
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Dəfn yeri
  • Qaracaəhməd qəbiristanlığı
Fəaliyyəti əsilzadə
Atası Şaban Barqu
Anası Xədicə xanım
Həyat yoldaşları VI Mehmed
Ziya bəy Səfəroğlu
Uşaqları Sidiqə Səlcuq Səfəroğlu
Şaban Mustafa Səfəroğlu
Ailəsi Osmanlı xanədanı
Təltifləri Order of Charity — 1921

Həyatı

Nəvzad xanım Beşiktaş rayonunda Hüseyn bəy köşkündə 2 mart 1902-ci ildə dünyaya gəlmişdir. Atası köşkün bağbanı Şaban Barqu, anası isə Xədicə xanım idi. Əsl adı Nemət idi. Özündən başqa Əminə və Fatma adlı 2 bacısı, Saleh adlı qardaşı vardı. Yaşadıqları köşkün xanımı Əda xanım, atası Şaban bəyin bibisi idi. 1913-cü ildə Əda xanımın istəyilə, Nemət və bacısı Əminə V Mehmedin hərəminə alındı. Saraya alındıqdan sonra özünə Nəvzad, bacısına isə Nəsrin adı verildi.

1918-ci ildə V Mehmedin vəfatından sonra Nəvzad və Nəsrin mərhum sultanın oğlu Şahzadə Mehmed Ziyaəddin Əfəndinin sarayına köçürüldülər. Burada saray sultanlarının təlimlərində iştirak etdilər. Daha sonra isə burada kalfa oldular və Sultan Vahidəddinin sarayına getdilər.

Çox keçmədən Sultan Vahidəddinin diqqətini cəlb etdi və 1 sentyabr 1921-ci ildə Ulduz sarayında evləndilər. Bu evlilikdən övladı dünyaya gəlməmiş, bu səbəblə qadınəfəndi ola bilməmişdi. Sultan Vahidəddinin 1922-ci ildə sürgünə getməsinin ardından o da San-Remoya deportasiya edildi. Ərinin vəfatından sonra bacısıyla birlikdə İstanbula qayıtdı və 1928-ci ildə ikinci evliliyi Ziya bəy Səfəroğlu ilə baş tutdu. 1937-ci ildə "Ulduz sarayından San-Remoya" adlı xatiratını yazdı. İkinci evliliyindən Sidiqə Səlcuq (d. 1928) adlı bir qızı, Şaban Mustafa adlı (d. 1931) bir oğlu dünyaya gəldi.

Nəvzad xanım 23 iyun 1992-ci ildə ərinin Göksü yaxınlığındakı köşkündə vəfat etdi və Qaracaəhməd məzarlığında dəfn olundu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nəvzad xanım sözünün mənası, nəvzad xanım haqqında məlumat. nəvzad xanım nədir? nəvzad xanım nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Qida sənayesi

  • Fevral 27, 2026

    İspan ədəbiyyatı

  • Fevral 27, 2026

    Əhmədli (Xətai)

  • Mart 01, 2026

    Qarabağ Komitəsi

  • Mart 01, 2026

    Karla Bruni

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst