Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəqşidil Sultan (1761, Gürcüstan – 6 sentyabr 1817, İstanbul) — 27. Osmanlı sultanı I Əbdülhəmidin xanımı, 30. Osmanlı sultanı II Mahmudun anası, Osmanlı imperi

Nəqşidil Sultan

  • Ana Səhifə
  • Vikipediya
  • Nəqşidil Sultan

Nəqşidil Sultan (1761, Gürcüstan – 6 sentyabr 1817, İstanbul) — 27. Osmanlı sultanı I Əbdülhəmidin xanımı, 30. Osmanlı sultanı II Mahmudun anası, Osmanlı imperiyasının Validə sultanı.

Nəqşidil Sultan
türk. Nakşidil Sultan
Nəqşidil Sultan türbəsinin interyeri
Nəqşidil Sultan türbəsinin interyeri
Validə Sultan
28 iyul 1808 – 6 sentyabr 1817
ƏvvəlkiAişə Səniyəpərvər Sultan
SonrakıBəzmialəm Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 1761(1761)
Doğum yeri
  • Gürcüstan
Vəfat tarixi 6 sentyabr 1817
Vəfat yeri İstanbul, Osmanlı imperiyası
Vəfat səbəbi vərəm
Dəfn yeri Nəqşidil Sultan türbəsi
Fəaliyyəti qul[d], yazıçı
Həyat yoldaşı I Əbdülhəmid
Uşaqları Şahzadə Murad Seyfullah
II Mahmud
Saliha Sultan
Dini sünnilik, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İlk illəri və saraya gəlişi

Osmanlı tarixi mənbələrində adı adətən Nəqşidil olaraq anılsa da, bəzi arxiv sənədlərində, möhüründə və məzar kitabəsində adı Nəqşi, Nəqşi Qadınəfəndi olaraq qeyd olunur. Kimliyi və saraya gəlişi haqqında dəqiq məlumat olmasa da, onun fransız kral ailəsinə mənsub olması ilə bağlı məlumat doğru deyil. Belə ki, Sultan Əbdülhəmidin bacısı Əsma Sultanın sarayındakı kənizlərdən olduğu, padşahın bacısını ziyarəti əsnasında görüb bəyəndiyi bu qızı Topqapı sarayına gətirdiyi məlumdur. XVIII əsrdə hərəmxanaya alınan kənizlərin böyük bir qismi kimi onun da Qafqaz əsilli olduğu ehtimal olunur.

Sultan Əbdülhəmid səltənəti

Sultan Əbdülhəmidin yeddinci qadınəfəndisi olan Nəqşidil Sultan ilk övladı 22 oktyabr 1783-cü ildə dünyaya gələn Şahzadə Murad Seyfullah Əfəndidir. Ancaq bu övladını 3 mart 1784-cü ildə çiçək xəstəliyindən itirmişdir. Sarayın məsrəf kitablarına görə, övladını itirməsinə baxmayaraq sarayda aldığı məvacib padşahın əmriylə eyni saxlanılmışdır. İkinci övladı olan Şahzadə Mahmudu 20 iyul 1785-ci ildə, son övladı olan və cəmi 7 ay yaşaya bilən Saliha Sultanı isə 28 noyabr 1786-cı ildə dünyaya gətirmişdir.

Sultan Səlim və Sultan Mustafa səltənəti

Sultan Əbdülhəmidin 7 aprel 1789-cu ildə vəfatından bir həftə sonra ənənəyə uyğun olaraq, mərhum padşahın digər xanımları ilə birlikdə Nəqşidil Sultan da köhnə saraya köçürüldü. Yenə sarayın məsrəf kitablarına görə, ögey oğlu Sultan Mustafanın 29 may 1807-ci ildə taxta çıxışından bir neçə həftə sonra saraydan aldığı məvacibin artırıldığı məlumdur. Sultan Səlimin qətlə yetirildiyi və yeganə övladı Şahzadə Mahmudun son anda qaçırılaraq xilas edildiyi günlərdə hələ də köhnə sarayda yaşamaqda idi.

Sultan Mahmud səltənəti

Oğlunun 28 iyul 1808-ci ildə taxta çıxışının ardından "məhdi-ülya-i səltənət" adını alan Nəqşidil Sultan 8 avqust günü keçirilən möhtəşəm validə alayı ilə Topqapı sarayına gətirildi. Sultan Mahmud anasını sarayın orta qapısında qarşıladı və əlini öpdükdən sonra onunla birlikdə hərəmxanaya daxil oldu. Keçirilən bu mərasim Osmanlı tarixinin son validə alayı olaraq tarixdə iz qoymuşdur.

Sultan Mahmud səltənətində validə sultan olaraq saray daxilində nüfuzlu olsa da, özündən öncəki sələfləri kimi dövlət işlərinə qarışmamışdır. Topqapı sarayından daha çox Beşiktaş sahilindəki köşkündə yaşayan Nəqşidil Sultan vərəm xəstəliyinə tutulmuşdur. Nəqşidil Sultan, oğlu Sultan Mahmud tərəfindən şəxsən nəzarət edilən müalicəsi davam edərkən 6 sentyabr 1817-ci ildə vəfat etdi. Cənazə namazı şeyxülislam Mehmed Zeynalabdin Əfəndi tərəfindən qılındı və öz adını daşıyan türbəsinə (Nəqşidil Sultan türbəsi) dəfn edildi. Vəfat etdiyi əsnada təxminən 56 yaşlarında olduğu qeyd edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəqşidil Sultan haqqında məlumat. Nəqşidil Sultan nədir? Nəqşidil Sultan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gecəgözlü

  • Fevral 25, 2026

    Avar xanlığı

  • Fevral 27, 2026

    Alfred Sisley

  • Fevral 27, 2026

    Adel Torpağı

  • Fevral 27, 2026

    İndira Qandi

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst