Nəhcül-Bəlağə (ərəb. نهج البلاغة) — On iki imam şiələrinin ən məşhur kitablarından biri. Kitab Əli ibn Əbu Talibin əmr, xütbə, məktub, vəsiyyət və kəlamlarından ibarətdir.
| Nəhcül-Bəlağə | |
|---|---|
| ərəb. نهج البلاغة | |
![]() Kitabın azərbaycan dilinə olan tərcüməsinin 3-cü nəşrinin üz qabığı | |
| Janr | İslam |
| Müəllif | Seyid Rəzi |
| Orijinal dili | Ərəbcə |
| Nəşr ili | 1000 |
Əsəri tərtib edən Seyid Rəzidir. Əsərin adının mənası nəhc yol, bəlağə isə gözəl söz deməkdir.
Haqqında
Əsər 3 babdan (bölmədən) ibarətdir:
- Əmr və xütbələr.
- Məktub və vəsiyyətlər.
- Hikmətli kəlamlar.
Seyid Rəzi əsərə Əlinin 239 və ya 240 xütbəsini, 79 məktubunu, 470 və ya 481 hikmətli kəlamını daxil etmişdir. Müəllif tərəfindən əsərdəki rəvayətlərin mənbələri və sənədləri qeyd edilməmişdir. Müəllif əsərdəki rəvayətləri müxtəlif Şiə və Sünni mənbələrindən götürmüşdür.
Tərkibi
Xütbələr
- 1-ci xütbə
Məktublar
Hikmətli kəlamlar
Şərhlər
- "Şərhi-Nəhcül-bəlağə" - İbn Əbil Hədid Əbdülhəmid Mötəzili
- İbn Meysəm Bəhrani
- Seyid Əbülqasim Xoyi
- Nəhcül-bəlağə şərhi və təfsiri" - Məhəmməd Tağı Cəfəri
- Məhəmmət Tağı Şüştəri
- Əbu Samin ibn Bəri Cahiz
- Qazi Məhəmməd ibn Sələmə
- İstinadi-Nəhcül-bəlağə - Əlixani Ərşi
- Nəhcül-bəlağə tərcüməsi və şərhi" - Feyzül İslam (fars.)
- Şərhu-Nəhcül-bəlağə - əl-Kutbur-Ravəndi
Tərcümə və nəşri
Kitab Azərbaycan dilinə tərcümə edilib və bir neçə dəfə təkrar nəşr olunub :
- Həzrəti Əmr Əli ibn Əbu Talib (ə), Nəhc'ül-bəlağə (Həzrət Əlinin xütbələri, vəsiyyətləri, əmrləri, hikmət və möcüzələri), tərc.: Teymur Kərimli, Hafiz Abıyev, Bakı, "Sabah", 1993, 400 səh. ISBN 5-86106-064-9
- Seyyid Rəzi, Nəhcül-bəlağə, tərc.: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev, Bakı, "Nurlar", 2006, ISBN 978-9952-403-25-7
Kitab Türk dilinə tərcümə olunub və bir neçə dəfə təkrar nəşr olunub :
- Seyyid Razi, "Nehcül Belağa", çeviren: Abdülbaki Gölpınarlı, "Ensariyan", 463 sayfa. (bax 2013-03-19 at the Wayback Machine)
- Seyyid Razi, "Nehcül Belağa", çeviren: Kadri Çelik, tahkik: Seyyid Ali Hüseyni Buhti, "Ferec", 624 sayfa. (bax)
- Seyyid Razi, "Nehcül Belağa", "Asr", 512 sayfa.
Tənqidlər
Zəif olduğu iddia olunan rəvayətlər:
- 91-ci xütbə
- 146-cı xütbə
- 206-cı xütbə
- 6-cı məktub
Həmçinin bax
- Əli
- Şiə kitablarının siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəhcül-Bəlağə haqqında məlumat. Nəhcül-Bəlağə nədir? Nəhcül-Bəlağə nə deməkdir?
