Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şəki şəhəri 1969-cu ilə qədər "Nuxa" adlandığına görə bu qala da "Nuxa qalası" adı ilə məşhur idi. Hal-hazırda Azərbaycan Respublikası ərazisindəki salamat qalm

Nuxa qalası

  • Ana Səhifə
  • Vikipediya
  • Nuxa qalası
Bu məqalə Nuxa qalası haqqındadır. Şəki qalası üçün Şəki qalası səhifəsinə baxın.

Nuxa qalası — indiki Şəki şəhərindəki qala.

Nuxa qalası
Ölkə  Azərbaycan
Şəhər Şəki
Yerləşir Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu
Aidiyyəti Şəki xanlığı
Sifarişçi Məhəmmədhüseyn xan
Tikilmə tarixi XVIII əsr
Üslubu Arran memarlıq məktəbi
Material çay daşı
Rəsmi sayt sheki.az
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.330
KateqoriyaQala
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
41°12′14″ şm. e. 47°11′48″ ş. u.HGYO
Xəritə
Şəki qalası (Azərbaycan)
Nöqtə
Şəki qalası
Şəki qalasının 1853-cü ildə ruslar tərəfindən çəkilmiş planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəki şəhəri 1969-cu ilə qədər "Nuxa" adlandığına görə bu qala da "Nuxa qalası" adı ilə məşhur idi. Hal-hazırda Azərbaycan Respublikası ərazisindəki salamat qalmış ən böyük orta əsr istehkamı olsa da, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Qala divarları" adı altında memarlıq abidəsi kimi inventarlaşdırılmışdır (inventar № 330).

Mündəricat

Ümumi məlumat

Bəzi mənbələrə görə qala 1765-ci ildə tikilmişdir. Qala divarlarının ümumi uzunluğu 1300 m, şimal tərəfdəki divar 4 m hündürlüyündə, cənub tərəfindəki divar isə 8 m hündürlüyündədir. Qala divarlarının qalınlığı 2.2 m-dir. Qalanın cənub və şimal tərəflərdən iki darvazası və mühafizəsi üçün nəzərdə tutulmuş bürcləri vardır.

1825-cı ilə aid mənbədə göstərilir ki, qala divarları bişmiş kərpiclə tikilmişdir, lakin hal-hazırda divarlar əsasən çay daşından hörülmüş vəziyyətdədir. Firidun bəy Köçərlinin şəhadətinə görə, qalanın divarları elə tikilmişdir ki, yuxarıdan baxdıqda adı ərəb əlifbası ilə "Məhəmməd… (xan)" kimi oxunur.

Xanlıq dövründə qalada xanın özü, ailəsi, qohumları yaşayırdılar. İndi "Şəki xan sarayı" adlanan bina isə o vaxt Divanxana idi. 1819-cu ildə ruslar Şəki xanlığını ləğv etdikdən sonra Divanxana Şəhər məhkəməsi (городской суд) adlandı. Qalanın 1819-cu ildə tərtib edilmiş təsvirində göstərilir ki, Divanxana və yanındakı hissə (alkov) (1-ci korpus), İsmayıl xanın anasına aid (2-ci korpus), arvadına aid (3-cü korpus) hissələr birlikdə Məhəmmədhəsən xanın evi idi və bu ev 3 tərəfdən mazğallı divarlarla, mazğallı bürclərlə əhatə olunmuşdu. 1-ci korpusun alkov hissəsi istisna olmaqla, bütün evi Məhəmmədhəsən xan tikdirmişdir. Alkov isə Cəfərqulu xanın dövründə tikilmişdi. Məhəmmədhəsən xanın evi ilə yuxarı qapı arasında Hacı xana (Hacı Çələbi xan, yaxud Hacı Əbdülqadir xan?) aid 3 otaqlı ev və digər yardımçı tikililər, yuxarı qapının sağında isə onun bişmiş kərpiclə tikdirdiyi məscid vardı… 1819-cu ildən sonra qalada rus əsgərlərinin qalması üçün kazarmalar və digər təyinatlı binalar tikildi. 1828-ci ildə ruslar xanın şəxsi ev məscidini kiçik kilsəyə çevirdilər. Qalada hal-hazırda mövcud olan və "Dairəvi məbəd" adlanan tikili isə Şəki qəzası ərazisində yeganə pravoslav kilsəsi idi. Bu kilsənin arxasındaki torpaq sahəsində isə Nuxada vəfat etmiş rus məmurları dəfn olunurdu. Rəşid bəy Əfəndiyevin yazdığına görə qalanın 4 küncündəki 4 böyük dairəvi bürcü də ruslar topdan atəş açmaq üçün tikmişdilər. 1895-ci ildə qalada türmə binası inşa edilmiş və bu, XX əsrin 60-cı illərinə qədər öz təyinatı üzrə fəaliyyət göstərmişdi.

Nuxa qalasında 1895-ci ildə tikilmiş türmə binasının müasir görünüşü

1867-ci ildə çap olunmuş mənbədə göstərilir ki, qalada Şəki xan sarayından başqa, pravoslav kilsəsi və 14 bina mövcud olmuşdur.

Lakin XX əsrin ortalarında mütəxəssislər qala ərazisinə baxış keçirərkən bu qənaətə gəlmişlər ki, 6 ha ərəzini ədatə edən qalanın içində məscid istisna olmaqla, Şəki xan sarayından başqa, xana aid heç bir tikili saxlanılmamışdır.

Nuxa qalasının adı Lev Tolstoyun məşhur "Hacı Murad" povestində də çəkilir. Belə ki Şeyx Şamilin ruslara əsir düşmüş ən yaxın silahdaşlarından biri olan Hacı Murad 1851–1852-ci illərdə bu qalada saxlanılmışdı.

2014-cü ilin əvvələrindən qaladakı müxtəlif təyinatlar üzrə istifadə edilən tikililərin əksəriyyəti həmin təşkilatlardan (xəstəxanalar və s.) boşaldılmışdır. Məqsəd həmin tikililərin təmiri və bərpasıdır.

Şəkillər

  • Nuxa qalasının 1853-cü ildə tərtib olunmuş planı
    Nuxa qalasının 1853-cü ildə tərtib olunmuş planı
  • Qalanın 1853-cü il planının rəngli və izahlı forması. 1 - Xan sarayı, 2 - Darvaza, 3 - Keçmiş məscid (1828-ci ildə provaslav kilsəsinə çevirilib), 4- Hacı xan məscidi, 5 - baraklar, 6 - xarici bina
    Qalanın 1853-cü il planının rəngli və izahlı forması. 1 - Xan sarayı, 2 - Darvaza, 3 - Keçmiş məscid (1828-ci ildə provaslav kilsəsinə çevirilib), 4- Hacı xan məscidi, 5 - baraklar, 6 - xarici bina
  • 1871-ci ildə çəkilmiş foto. Müəllif Yemakovdur. Şəklin neqativi Tbilisi Tarix Muzeyində, Yermakovun şəxsi arxivindədir. Fotonun azacıq fərqli bir nüsxəsi isə Bakıda Əlyazmalar İnstitunda saxlanılır. Hər iki yerdə şəklin altında rusca yazılmışdır: "Нуха; Мечеть и банья". Lakin Qala divarlarına bitişik tikilinin üzərində lövhə var və o lövhədə rusca yazılmışdır: "Цейхгауз елиcаветпольского местного батальона" (Yelisavetpolun yerli batalionunun silah anbarı), buna görə də şəkildəki qala Gəncə qalası da ola bilər.
    1871-ci ildə çəkilmiş foto. Müəllif Yemakovdur. Şəklin neqativi Tbilisi Tarix Muzeyində, Yermakovun şəxsi arxivindədir. Fotonun azacıq fərqli bir nüsxəsi isə Bakıda Əlyazmalar İnstitunda saxlanılır. Hər iki yerdə şəklin altında rusca yazılmışdır: "Нуха; Мечеть и банья". Lakin Qala divarlarına bitişik tikilinin üzərində lövhə var və o lövhədə rusca yazılmışdır: "Цейхгауз елиcаветпольского местного батальона" (Yelisavetpolun yerli batalionunun silah anbarı), buna görə də şəkildəki qala Gəncə qalası da ola bilər.
  • Qala divarları
    Qala divarları
  • Qalanın cənubdan girişi
    Qalanın cənubdan girişi
  • Qala bürclərindən biri
    Qala bürclərindən biri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nuxa qalası haqqında məlumat. Nuxa qalası nədir? Nuxa qalası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dəmavənd şəhristanı

  • Fevral 27, 2026

    Sindhilər

  • Fevral 27, 2026

    Frants Fanon

  • Fevral 25, 2026

    Var

  • Fevral 23, 2026

    Əhli-Sünnət

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst