Nuriyyə Əliağa qızı Əhmədova (26 dekabr 1950, Nuxa və ya Bakı – 10 oktyabr 2015, Bakı) — Azərbaycan kinoaktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007), Prezident təqaüdçüsü (2004–2015).
| Nuriyyə Əhmədova | |
|---|---|
| Doğum adı | Nuriyyə Əliağa qızı Əhmədova |
| Digər adı | Nuriyə Əhmədova |
| Doğum tarixi | 26 dekabr 1950 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 10 oktyabr 2015 (64 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | ürək tutması |
| Dəfn yeri | |
| Milliyyəti | azərbaycanlı |
| Həyat yoldaşı | Xanlar İbadov |
| Uşaqları | İlahə Əli İslamzadə |
| Fəaliyyəti | aktrisa |
| Fəaliyyət illəri | 1968–2013 |
| Təhsili |
|
| Mükafatları | |
| IMDb | ID0015269 |
Həyatı
Nuriyyə Əhmədova 1950-ci il 26 dekabrda Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb (1970–1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.
2007-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür.
Xalq artisti Əminə Yusifqızının qardaşı, musiqiçi Xanlar İbadovla evli olub və iki övladı dünyaya gəlib: ilk övladı olan qızı İlahə 20 yaşında (1976–1996) qətlə yetirilmiş, ikinci övladı olan oğlu Əli isə 37 yaşında (1977–2014) xərçəng xəstəliyindən vəfat etmişdi. Qız övladından Faiq İbadzadə (d. 1996) adlı nəvəsi var.
Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30–da kəskin ürək tutmasından Bakıda vəfat etmişdir. Vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunmuşdur.
Filmoqrafiya
- 20+1 (film, 1986) (qısametrajlı bədii süjet – Mozalan № 105)
- 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
- Adi əhvalat (film, 1991) (qısametrajlı bədii süjet – Mozalan № 161; rol: sakin)
- Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film; səsləndirən: Daşa)
- Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film; dublyaj: Bikə)
- Araqarışdıran (film, 1987)
- Arşınmalçı (film, 1985)
- Aşkarsızlıq şəraitində... (film, 1986)
- Bağ mövsümü (film, 1985)
- Bala-başa bəla! (film, 1995)
- Balqabaq (film, 2007)
- Belə də olur (film, 1988)
- Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
- Bəxt üzüyü (film, 1991)
- Bəxtəvər (film, 1984)
- Bəyaz həyat (film, 2003)
- Bəyin oğurlanması (film, 1985)
- Bir axşam... (film, 1985)
- Bircəciyim (film, 1986)
- Burulğan (film, 1986)
- Cavanşir (film, 2002)
- Cəmşid Naxçıvanski (film, 1982)
- Cəza (film, 1986)
- Dəvətnamə (film, 1989)
- Dünən, bu gün, sabah (film, 1992)
- Evlənmək istəyirəm (film, 1983)
- Evləri göydələn yar (film, 2010)
- Əbədi mühərrik (film, 1985)
- "Fransız" (film, 1995)
- Gecə qatarında qətl (film, 1990)
- Gəlinlərin qiyamı (film, 1985) (dublyaj; rol: Sattı)
- Halal pullar (film, 2008)
- Heydər Əliyev (film)
- Hədiyyə (film, 1986)
- Həm ziyarət, həm ticarət... (film, 1995)
- Hər şey yaxşılığa doğru
- Hökm (film, 1994)
- Humayın yuxusu (film, 1985)
- İntihar (film, 1991)
- Jonqlyor (film, 1986)
- Kişi sözü (film, 1987)
- Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003)
- Komediya səhnəsi (veriliş, 2009)
- Köhnə bərə (film, 1984)
- Kölgədə 40 dərəcə isti (film, 1988)
- Köpək (film, 1994)
- Qara "Volqa" (film, 1994)
- Qarət (film, 1990)
- Qeyri-adi ov (film, 1974)
- Qəm pəncərəsi (film, 1986)
- Qətl günü (film, 1990)
- Qəzəlxan (film, 1991)
- Layiqli namizəd (film, 1984)
- Lovğa fil balası (film, 1987)
- Mastika (film, 1986)
- Meyl (film, 1988)
- Milli bomba (film, 2004)
- Ölsəm... bağışla (film, 1989)
- Ömrün yolları (film, 1982)
- Özgə ömür (film, 1987)
- Sahilsiz gecə (film, 1989)
- Söhbətül-əsmar (film, 1994)
- Su bulandıranlar (film, 1991)
- Süd dişinin ağrısı (film, 1987)
- Sükut pozuntusu (film, 2014)
- Şahid qız (film, 1990)
- Şirbalanın məhəbbəti (film, 1991)
- Təhminə (film, 1993)
- Tək olanda qorxma... (teleserial, 2013)
- Telefon macəraları (film, 1990)
- Təxribat (film, 1989)
- Tutuquşu (film, 1985)
- Ümid (film, 1992)
- Vərdiş (film, 1988)
- Vəssəlam-şüttəmam (film, 1990)
- Yaramaz (film, 1988)
- Yaşıl eynəkli adam (film, 1987)
- Yeni həyat (film, 2005)
- Yenilik (film, 1986)
- Yerlə göy arasında (film, 1999)
- Yol yoldaşları (film, 2003)
- Yoxlama (film, 2006)
- Yumurta (film, 2003)
- Yuxu (film, 2001)
- Zirzəmi (film, 1990)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nuriyyə əhmədova sözünün mənası, nuriyyə əhmədova haqqında məlumat. nuriyyə əhmədova nədir? nuriyyə əhmədova nə deməkdir?