Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nuon Çea (khm. នួន ជា; əsl adı: Lao Kim Lorn (khm. ឡៅ គឹម លន); 7 iyul 1926 – 4 avqust 2019) — Kamboca siyasətçisi və inqilabçısı, qırmızı khmerlərin baş ideoloq

Nuon Çea

  • Ana Səhifə
  • Vikipediya
  • Nuon Çea

Nuon Çea (khm. នួន ជា; əsl adı: Lao Kim Lorn (khm. ឡៅ គឹម លន); 7 iyul 1926 – 4 avqust 2019) — Kamboca siyasətçisi və inqilabçısı, qırmızı khmerlərin baş ideoloqu. O, 1960–1981-ci illərdə Kampuçiya Kommunist Partiyası Mərkəzi Komitəsi baş katibinin müavini, 1976–1979-cu illərdə Kampuçiya Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri olmuş, 1976-cı ilin sentyabr–oktyabr aylarında isə Demokratik Kampuçiyanın Baş naziri vəzifəsini müvəqqəti icra etmişdir. Nuon Çea 1975–1979-cu illərdə baş vermiş Kamboca soyqırımı zamanı qırmızı khmerlər hərəkatında iyerarxiya baxımdan ikinci şəxs olduğu üçün "Qardaş nömrə iki" (khm. បងធំទី២) ləqəbi ilə tanınmışdır.

Nuon Çea
khm. នួន ជា
Kampuçiya Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri
13 aprel 1976 – 7 yanvar 1979
ƏvvəlkiTol Sat
Sonrakıvəzifə ləğv edilib
Demokratik Kampuçiyanın Baş naziri
27 sentyabr 1976 – 25 oktyabr 1976
(səlahiyyətlərin icraçısı)
ƏvvəlkiPol Pot
SonrakıPol Pot
Kampuçiya Kommunist Partiyası Mərkəzi Komitəsi baş katibinin müavini
30 sentyabr 1960 – 6 dekabr 1981
Baş katibTu Samut
Pol Pot
Şəxsi məlumatlar
Doğum adı Lau Kim Lorn
Doğum tarixi 7 iyul 1926(1926-07-07)
Doğum yeri
  • Voat-Kor[d], Battambanq vilayəti[d], Kamboca
Vəfat tarixi 4 avqust 2019(2019-08-04) (93 yaşında)
Vəfat yeri
  • Pnompen, Kamboca
Partiya
  • Kampuçiya Kommunist Partiyası[d] (1951–1981)
Təhsili
  • Tammasat Universiteti[d]
Fəaliyyəti siyasətçi, inqilabçı
Uşağı 4
Dini buddizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2014-cü ildə Nuon Çea qırmızı khmerlərin digər yüksəkranqlı rəhbəri Khieu Samphan ilə birlikdə insanlıq əleyhinə cinayətlərdə, 2018-ci ildə isə soyqırımında təqsirli bilinmiş və ona ömürlük həbs cəzası verilmişdir. O, 2019-cu ildə cəzaçəkmə müəssisəsində vəfat etmişdir.

Mündəricat

Erkən həyatı

Əsl adı Lao Kim Lorn olan Nuon Çea 7 iyul 1926-cı ildə hazırkı Kambocanın Battambanq vilayətində yerləşən Voat-Kor kəndində anadan olmuşdur. Onun atası Lao Liv həm tacir, həm də qarğıdalı fermeri kimi çalışmış, anası Dos Pean isə dərzi olmuşdur. 2003-cü ildə aparılan müsahibədə Nuon Çeanın atasının çinli, anasının isə yarı çinli, yarı khmer olduğu bildirilmişdir. 2011-ci ildə Nuon Çea məhkəmədə atasının yarı çinli olduğunu, buna görə də özünün dörddəbir çinli sayıldığını demişdir. Uşaqlıq illərində Nuon Çea həm çin, həm də khmer adət-ənənələri ilə böyümüşdür. Ailə Theravada buddist məbədində dua edir, lakin Ay təqvimi ilə Yeni il və Qinqminq festivalında çin ənənələrini qoruyurdu. Nuon Çea yeddi yaşında məktəbə başlamış və tay, fransız və khmer dillərində təhsil almışdır.

1940-cı illərdə Nuon Çea Banqkokda Vat Bençamabophit Məktəbində və Tammasat Universitetinin Hüquq fakültəsində təhsil almış, eyni zamanda Tailand Xarici İşlər Nazirliyində yarımştat işləmişdir. O, siyasi fəaliyyətinə Banqkokda Siam Kommunist Partiyasında başlamışdır. 1960-cı ilin sentyabrında o, Kampuçiya Fəhlə Partiyası (sonralar Kampuçiya Kommunist Partiyası) Mərkəzi Komitəsi baş katibinin müavini seçilmişdir. Demokratik Kampuçiyada o, əsasən, "Qardaş nömrə iki" kimi tanınmışdır. Qırmızı khmerlərin əksər liderlərindən fərqli olaraq Nuon Çea Fransada təhsil almamışdır.

Sovet arxivlərinə əsasən Nuon Çea 1970-ci ildə Şimali Vyetnamın Kambocanı işğalı ilə bağlı danışıqlarda mühüm rol oynamışdır. Bu işğalın məqsədi Lon Nol hökumətinin devrilməsinə nail olmaq idi. Vyetnam xarici işlər nazirinin keçmiş müavini Nquyen Ko Thatın sözlərinə görə kömək çağırışını Pol Pot yox, Nuon Çea etmiş və nəticədə on gün ərzində Kambocanın beş vilayəti işğal olunmuşdu. 1970-ci ildə vyetnamlı qüvvələr ölkənin demək olar ki, dörddəbirinə nəzarəti ələ keçirmiş və bölgələrdə hakimiyyət Kampuçiya Kommunist Partiyasına verilmişdi. Nuon Çea khmer rəhbərliyinin əsl planlarını davamlı və qəsdən gizlətsə də, şimali vyetnamlılar ona Pol Pot və İenq Saridən daha çox etibar edirdilər.

Siyasi fəaliyyəti

Qırmızı Khmerlər hakimiyyəti ələ keçirdikdən sonra dövlətin qanunverici orqanı kimi olan Kampuçiya Xalq Nümayəndələri Məclisi 11–13 aprel 1976-cı ildə ilk plenar iclasını keçirdi və Nuon Çea Məclisin onun Daimi Komitəsinin sədri seçildi. Pol Pot sağlamlıq səbəblərini əsas gətirərək bir aylıq istefa verdikdə, onun yerinə baş nazir vəzifəsini müvəqqəti icra etmişdir. Tarixçi Dmitri Mosyakova görə 1978-ci ilin sonlarına qədər Hanoy hələ də Nuon Çeanın Vyetnam tərəfdarı olduğuna inanırdı. Halbuki o, Pol Potun ən sadiq tərəfdarı idi və vyetnamlı azlığın Kampuçiyada yaşamasına qarşı sərt mövqe tuturdu. 1979-cu ilin yanvarında vyetnamlılar Pnompeni ələ keçirdikdə, Nuon Çea Xalq Nümayəndələri Məclisinin sədri vəzifəsini, eləcə də digər vəzifələrini itirdi. S-21 həbsxanasının rəisi Kanq Kek İeu (Duç) Nuon Çeanı "qətllərə görə əsas məsul şəxs" adlandıraraq, rejim devrilməzdən az əvvəl onun həbsxanadakı (hazırda Tuolslenq Soyqırımı Muzeyi) qalan bütün məhbusların öldürülməsi əmrini verdiyini bildirmişdir. Məlumata görə Nuon Çea vyetnamlılar əraziyə daxil olmamışdan əvvəl Duçun işgəncə və kütləvi qətlləri əks etdirən geniş arxivləri məhv etməməsinə görə çox qəzəblənmişdi.

1998-ci ilin dekabrında Nuon Çea Tailand sərhədi yaxınlığındakı Paylində qırmızı khmerlər müqavimətinin son iştirakçılarından biri kimi təslim oldu. Keçmişdə qırmızı khmerlərin üzvü olmuş baş nazir Hun Senin hökuməti Nuon Çeanı məhkəməyə vermək cəhdlərindən imtina etməyə razılaşsa da, bu qərar Qərb ölkələri tərəfindən qınandı. Pol Pot ilə son müsahibəni aparan amerikalı jurnalist Neyt Tayerə görə Nuon Çea qırmızı khmerlər dövründəki qətllərə görə bəlkə də Pol Potdan da çox günahkar idi.

Həbsi və məhkəməsi

Nuon Çea qırmızı khmerlər tribunalında mühakimə olunarkən. 5 dekabr 2011-ci il

19 sentyabr 2007-ci ildə 81 yaşlı Nuon Çea Paylindəki evində həbs olunaraq Pnompendəki qırmızı khmerlər tribunalına gətirildi və burada ona qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər ittihamları irəli sürüldü. Tutulduqdan sonra o, mütəmadi olaraq olaraq nəzarət altında saxlanıldı. 2008-ci ilin fevralında Nuon Çea məhkəmədən işinin beynəlxalq standartlara uyğun aparılmasını istədi və holland vəkili Mixil Pestman hələ gəlmədiyi üçün iclasların təxirə salınmasını tələb etdi.

2013-cü ilin mayında Nuon Çea məhkəmədə və qurbanların ailələrinə bilərək və ya bilməyərək törədilmiş cinayətlərə görə peşman olduğunu bildirdi. 7 avqust 2014-cü ildə məhkəmə Çeanı insanlıq əleyhinə cinayətlərdə təqsirli bilərək və ona ömürlük həbs cəzası verdi. Onun vəkili dərhal Çeanın hökmə qarşı apellyasiya şikayəti verəcəyini açıqladı. Çea eyni məhkəmədə soyqırımı cinayəti üzrə ayrıca mühakimə olundu. 16 noyabr 2018-ci ildə məhkəmə onu və Khieu Samphanı vyetnamlılara və tyamlara qarşı soyqırımı törətməkdə təqsirli bildi. Bu ömürlük həbs cəzaları Məhkəmə Palatası tərəfindən birləşdirilərək vahid ömürlük cəza ilə əvəzləndi.

Məhkəmədə təqdim etdiyi təxminən 500 səhifəlik yekun məruzəsində Nuon Çea qırmızı khmerlər dövründə baş verən demək olar ki, bütün fəlakətlərdə vyetnamlı casusları günahlandırdı. O, kütləvi qətllərə görə məsuliyyəti inkar etsə də, bu iddia rejimin özü tərəfindən buraxılmış sənədlərlə təkzib olunurdu. Bu sənədlərə Tuolslenqdə işgəncə altında alınmış "etiraflar", təmizləmə qurbanlarının fotoları və 2007-ci ildə həbsindən əvvəl kambocalı jurnalistin qeydə aldığı səs yazısı daxil idi. Həmin yazıda Çea etiraf edirdi: "İnanın mənə, əgər bu xainlər sağ qalsaydılar, khmer xalqı olaraq məhv olacaqdıq… Əgər bu adamlara rəhm etsəydik, millət yoxa çıxacaqdı."

Ölümü

Nuon Çea 4 avqust 2019-cu ildə Pnompendə yerləşən Khmer-Sovet Dostluq Xəstəxanasında 93 yaşında vəfat etdi. Ayaq barmağına qan axını kəsildiyi və qaraldığı üçün o, 2 iyul tarixində xəstəxanada müalicə olunurdu. Qan dövranının pozulması nəticəsində barmağında infeksiya yaranmış və bu da, çox güman ki, sepsis və çoxsaylı orqan çatışmazlığına səbəb olaraq onun ölümünə gətirib çıxarmışdı. Onun cəsədi Paylin vilayətinin Sala Krau rayonuna aparılmış və buddist ənənəsinə uyğun olaraq kremasiya edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nuon Çea haqqında məlumat. Nuon Çea nədir? Nuon Çea nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Samsung

  • Fevral 27, 2026

    Missuri çayı

  • Fevral 27, 2026

    Xloroform

  • Fevral 10, 2026

    Böyük Qafqaz

  • Fevral 27, 2026

    Hud peyğəmbər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst