Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bərkə xanın sərkərdəsi olan Noğay, Qızıl Ordanın Don ilə Dnepr arasındaki bölgələri idarə edən tümən bəyi idi. İlk dəfa Bərkə xan (1255–1266) dövründə qarsılaşd

Noğay xan

  • Ana Səhifə
  • Vikipediya
  • Noğay xan

Noğay xan (tatar. Nuğay, Нугай, qaz. Ноғай; 1235/1240 — 1299) — Qızıl Orda bəylərbəyi.

Həyatı

Bərkə xanın sərkərdəsi olan Noğay, Qızıl Ordanın Don ilə Dnepr arasındaki bölgələri idarə edən tümən bəyi idi. İlk dəfa Bərkə xan (1255–1266) dövründə qarsılaşdığımız Noğay, Məngü Teymur xan (1266–1280) zamanında siyasət səhnəsinə çıxdı. 1259-cu ildən 1296-cı ilə qədər Qalitsiya, 1261-ci ildən 1263-cü ilədək də Qafqaz səfərlərində qazandığı üstün zəfərlə çıxmışdır. Qaradənizin şərq və şimalında yaşayan boyları Qızıl Orda mərkəzindən ayıracaq şəkildə öz hakimiyəti altında birləşdirmiştir. Bərkə xanın və sərkərdəsi olan Noğayın müsəlman olmaları, Şaman olan Hülaku ilə olan savaşları qazanmaları, xilafət üçün alınan bir intiqam və İslamiyətin zəfəri olaraq bilindi. Bu münasibətlə qonşu müsəlman ölkələrdən, Xorasandan və Anadoludan İslamiyəti yaymaq üçün qazilər gətirildi. Azərbaycandan Ərdəbil şeyxi Səfiyədddin Ərdəbili, öz müridləri ilə birlikdə Dəşt-i Qıpçaqda və Krımda (Noğay ölkəsində) İslami fəaliyətlərdə oldu. Anadoludan Sarı Saltuk adlı bir türk şeyxi də, 1263-cü ildə 12000 xanə qədər Türkmən ailəsi ilə birlikdə Krım və Doğrucaya yəni Noğayın olduğu yerlərə gedib yerləşdi və İslamiyətin nəşri uğrunda çalışdı. Noğay xan o zaman Trakyada Aynos qalasında əsir olan Rum Səlcuqlu dövləti sultani II İzzəddin Keykavusı qurtardı. 1265-ci ildə rəsmən müsəlman oldu. Trakyada bir çox Bizans şəhər və qalalarını aldı. Macarıstan içlərinə qədər hücumlar etdi. Noğay xanın məiyətinin çoxu bir neçə il içində müsəlman oldu. Sarı Saltuk Noğay xanın əmriylə Krımdan Dobrucaya getdi. Noğay da 1280-ci ildə Yama yaxınlarında iki Bulgar qalasını fəth etdi. Noğay xan ölüncəyə qədər Rumelidə (Balkanlarda) İslamiyətin yayılması uğruna coşqun axınlar etdi. Noğay xan 1280–1299-cu illər arasında Dunay hövzəsində, Rumelində və Krımda şövqətlə səltənət sürdü. Noğay qırx il müddət ilə Qızıl Orda dövlətində o dərəcə böyük və önəmli bir rola sahib olmuşdur ki, bu rolun nəticəsində olmaq üzrə Qızıl Orda ilə münasibət içində olan bəlli-başlı dərhal bütün dövlətlərin hökmdarları ona xan müamiləsi etdilər, hətta ona elçilər göndərmişdilər. Noğay xan, 1299-cu ildə məcusilikdə qalan Qızıl Orda hökmdarı Toxta xanla apardığı savaşda bir sıravi bir rus piyadası tərəfindən öldürülmüşdür. Toxta xan da bu rus piyadasını edam edərək cəzalandırmışdır. Noğay xanın ölümündən sonra Balkan yarımadasında müsəlman hakimiyəti və dərvişlərin fəaliyyəti səktəyə uğradı. Bizanslılar birçok yərlərini Tokanın oğullarından geri aldılar. Müsəlmanların çoxu Bizans yoluyla Anadoluya keçdilər. Noğay xana bağlı türk boyları onun ölümündən sonra özlərinə Noğay adını verdilər.

Həmçinin bax

  • Qızıl Orda
  • Cuçilər sülaləsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Noğay xan haqqında məlumat. Noğay xan nədir? Noğay xan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Səngəçal (qəsəbə)

  • Fevral 27, 2026

    Porfiri (filosof)

  • Fevral 27, 2026

    Yıldız Tilbe

  • Fevral 27, 2026

    Planetar dumanlıq

  • Fevral 17, 2026

    Boğaz (coğrafiya)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst