Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nişançı (Osmanlıca: نشانچی ) — Osmanlı imperiyası bürokratiyasında yüksək bir vəzifədi. Türkcə nişançı sözü, sözün əsl mənasında, "məhkəmə xəttatı" və ya "möhür

Nişançı (vəzifə)

  • Ana Səhifə
  • Vikipediya
  • Nişançı (vəzifə)

Nişançı (Osmanlıca: نشانچی ) — Osmanlı imperiyası bürokratiyasında yüksək bir vəzifədi. Türkcə nişançı sözü, sözün əsl mənasında, "məhkəmə xəttatı" və ya "möhürləyən" mənasını verir, çünki nişancının əsl vəzifəsi sultanın əmrlərini möhürləmək idi. Nişançı Divan-ı Hümayuna qatılan dövlət məmurlarından biri olub, kalemiye (dəftərxana) qrupunun rəhbəri idi. Üstəlik nişançı hökmdarın imzası mənasını verən tuğranın sultan adına yazılacaq fərmanlarda, əmrlərdə, adlarda çəkilməsindən məsul olub. Tuğra Roma imperiyası ənənəsinin davamı olaraq, hazırlanan sənədlərin başında dururdu. Bununla belə, nişançının rəhbərlik etdiyi dəftərxana xarici dövlətlərlə əlaqələrdən, yazışmalardan və sənədlərin tərcüməsindən məsul idi.

Topqapı sarayında xarici elçilərin qəbul edilməsi.

Mündəricat

Tarixi

Məhkəmə xəttatı vəzifəsi Orxan Qazi (1324-1361) dövründə yaradılsa da, nişançı adı II Murad (1421-1451) dövründən istifadə edilməyə başlandı. II Mehmed (1451–1481) dövrün də nişançı daha yüksək vəzifə sayılırdı. Sultan II Mehmed qanununa görə nişancı divanın (Osmanlı hökuməti) üzvü idi. Nişançı sözü isə tərdicən ərəbcə Müvekkinin əvəzinə işlənməyə başlandı. Müəyyən müddətdən sonra isə nişançı adı küttab (katib) adı ilə əvəzləndi.

Nişançı haqqında ilk konkret məlumatlar "Fatih Qanunnaməsində" əks olunub. Qanunnaməyə görə divanda ən yüksək rəsmi vəzifə vəzir, qazəsgər və baş xəzinədən sonra nişançılıq idi. Məlum olan ilk nişançı Məhəmməd Əsgəri Cezeridir.

XVIII əsrin ortalarından başlayaraq post əvvəlki əhəmiyyətini itirdi və 1836-cı ildə ləğv edildi. Belə ki, yeni dövrə qədəm qoyan Osmanlı dövləti Tənzimat islahatlarının başlaması ilə Avropa modelli dövlət qurmağa çalışırdı. Bu model dövlətdə isə köhnə feodal üsulu vəzifələrə yer yox idi.

Nişançının vəzifələri

Nişançının əsas vəzifə səlahiyyətlərinə sultan və sədrəzəmin əmrlərini, sənədlərinə, fərman və məktublarını möhürləməkdən ibarət olub. Divan arxivlərinə nəzarət etmək və timar sisteminin (Osmanlı sultanları tərəfindən bürokratlara və sipahi əsgərlərə etdikləri xidmətlər müqabilində verilmiş torpaqlar) qeydlərin aparılmasında da nişancı məsul idi. Qazı və üləmanın təyin olunması ilə bağlı sənədlər hazırlamaq da onun vəzifələri sırasında daxil idi. XVII əsrə qədər nişançı vəzifəsi həm də xarici işlər nazirinə bərabər tutulurdu.

Bununla belə, IV Mehmed (1648–1687) dövründə, əvvəllər nişançının vəzifə səlahiyyətlərinə daxil olan xarici əlaqələr ondan alınaraq Reis ül-Küttaba (sözün hərfi mənasında “katiblər rəisi”) verildi. Reis ül-Küttab Tənzimat islahatlarına qədər Osmanlı imperiyasında xarici işlər naziri olaraq nişancının yerini aldı.

Nisançı olmuş məşhur dövlət adamları

  • Məhəmməd Əsgərül Cezeri
  • Nişançı Qaraman Mehmed Paşa
  • Ayaşlı Nişançı İsmayıl Paşa
  • Almas Mehmed Paşa
  • Silahdar Süleyman Paşa
  • Nişançı Şəhla Hacı Əhməd Paşa
  • Məhəmməd Əsgərül Cezeri
  • Leyszadə Mehmed b. Mustafa
  • Nişançı Firudin Əhməd bəy
  • Cələlzadə Mustafa Çələbi
  • Tacîzâdə Cəfər Çələbi
  • Kavanoz Əhməd Paşa
  • Qara Nişançı Davud Paşa
  • Yusuf Ağah Əfəndi
  • Həmzə Həmid Paşa
  • İyirmisəkkizzade Mehmed Səid Paşa
  • Silahlı Bığlı Əli Paşa
  • Muhsinzade Abdullah Paşa
  • Yağlıkcizade Mehmed Emin Paşa
  • Nişançı Şehla Hacı Ahmed Paşa
  • Mehmed Səid Halet Efendi
  • Sərxoş Abdi Calebi

Ədəbiyyat

  • tr:İlber Ortaylı, tr:İmparatorluğun En Uzun Yüzyılı sayfa 554
  • tr:Oral Sander, Ankara'nın Yükselişi ve Düşüşü
  • tr:İsmail Hakkı Uzunçarşılı, Osmanlı Tarihi
  • Osmanlı Tarihi, tr:Türk Tarih Kurumu Basımevi, Ankara 1970
  • Sicill-i Osmânî Mehmed Süreyyâ, Sicill-i Osmânî, I-IV, İstanbul 1308-16 → Heppenheim-Bergstrasse 1971.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nişançı (vəzifə) sözünün mənası, nişançı (vəzifə) haqqında məlumat. nişançı (vəzifə) nədir? nişançı (vəzifə) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Yeddinöqtəli parəbüzən

  • Mart 06, 2026

    Şərifli soyu

  • Fevral 27, 2026

    Linux nüvəsi

  • Fevral 27, 2026

    Şəlvə

  • Mart 06, 2026

    Alber Marke

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst