Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Nizami işığında" - Azərbaycan rəssamı Vaqif Ucatayın 1987-ci ildə yağlı boya ilə kətan üzərində çəkdiyi rəsm əsəri. Əsər hazırda Nizami Gəncəvi adına Milli Azə

Nizami işığında

  • Ana Səhifə
  • Vikipediya
  • Nizami işığında

"Nizami işığında" - Azərbaycan rəssamı Vaqif Ucatayın 1987-ci ildə yağlı boya ilə kətan üzərində çəkdiyi rəsm əsəri. Əsər hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılmaqdadır.

Nizami işığında
Rəssam Vaqif Ucatay
Tarixi 1987
Texnikası yağlı boya
Saxlanıldığı yer Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

Mündəricat

Tarixi

Fon

Rəssam "Nizami işığında" tablosunu 1987-ci ildə işləsə də, onu yaratmaq barəsində hələ Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib ali təhsil almaq üçün Leninqrada yollananda düşünməyə başlayıb. Uzun müddət mövzunun bədii ifadəsini daha real göstərməyə kömək ola biləcək materialları toplayıb.

Əsərdə Nizami Gəncəvinin 1941-ci ildə qeyd edilmiş 800 illik yubiley mərasimi təsvir olunub. 1941-ci ildə SSRİ məkanında Nizami Gəncəvinin 800 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi planı hazırlansa da, Böyük Vətən Müharibəsinin başlaması bu planların həyata keçirilməsinə imkan verməmişdir. Şairin yubileyi Peterburqda Rusiya alimlərinin və ədəbiyyatşünaslarının iştirakı ilə keçirilmiş tədbirlə qeyd edilmişdir. Məhz bu tədbir Vaqif Ucatayın "Nizami işığında" əsərinin mövzusu olmuşdur.

Çəkilməsi

Rəssam əsəri işləməmişdən əvvəl təsvir edəcəyi tarixi hadisə ilə bağlı kifayət qədər material toplaya bilmişdi. Bu da ona yubiley mərasimini bütün reallığı ilə göz önündə canlandırmağa imkan verib. Rəssam əvvəlcə tədbirin keçirildiyi yerlə (Ermitaj) tanış olub. Hətta meteoroloji mərkəzindən öyrənib ki, yubiley günü Leninqradda müsbət 1 dərəcə olub, gecə saat 1-də qar yağmağa başlayıb.

Məlum olub ki, yubiley vaxtilə "məktəbli kabineti" kimi tanınan 160 kvadratmetrlik yerdə baş tutub. Muzeylə üzbəüz yerdə - Neva çayında dayanan "Qütb ulduzu" gəmisi iclas salonunu işıqla təmin edib. Yubiley təntənəsində altı nəfər çıxış edib. Muzeyin direktoru I. A. Orbeli, şərqşünas alim M. Dyakonov, eləcə də A. I. Boldıryev, Q. V. Ptitsin, N. Tixonov və b. öz çıxışlarında Nizaminin yaradıcılığından danışıblar.

Dyakonov və Ptitsin həm də Nizamidən etdikləri yeni tərcümələri oxuyublar. Sonda iştirakçılar Nizami dövrünə aid sənət əsərlərindən ibarət sərgiyə baxıblar. Bütün bu məlumatları əldə etdikdən sonra rəssam əsər üzərində işləməyə başlamış və 1987-ci ildə əsərini tamamlamışdır. Bu əsər eyni zamanda Vaqif Ucatayın universitetdə kurs işi olub.

Xüsusiyyətləri

İri ölçülü tabloda (208x160 sm) yubiley təntənəsi əks olunsa da, bütünlükdə əsərdə müharibə ruhu, blokada ab-havası duyulur. Yeddi metrlik pəncərələrin müharibə şəraitinə uyğun örtülməsi, yeri gələndə onların qarşısını örtməli olan pərdələrin döyüşə hazır vəziyyətdə asılışı və yubiley iştirakçılarının hərbiləşmiş qiyafələri, az qala tamaşaçını rəssamın hansısa gizli yığıncağı görüntüyə gətirdiyi qənaətinə gəlməyə məcbur edir.

Tablonun mərkəzi fiquru Nizaminin molbertdə qoyulmuş portreti (hələ o vaxt Nizaminin rəssam Q. Xalıqov tərəfindən yaradılmış (1940) obrazı ictimailəşmədiyindən V. Ucatay görüntüyə əyanilik gətirmək üçün kompozisiyaya şairin miniatür üslubunda çəkilmiş portretini daxil edib) önündə çıxış edən I. A. Orbelidir.

Portretin qarşısında oturan məşhur alim I. Y. Kraçkovskidir (o, həm də Qurani-Kərimin tərcüməçisidir). Rəssam ön planda onlardan əlavə başı sarıqlı M. Dyakonovu (onu, yaralı olsa da, məruzəçi kimi cəbhədən geri çağırmışdılar), eləcə də Q. Ptitsin, N. Tixonov, A. Boldıryev, I. Lurye və b. təsvir etmişdir.

V. Ucatayın rəyasət heyətindəki bir stulu boş saxlaması da məqsədlidir. Rəssam həmin yeri, Azərbaycandan gələn adam üçün saxlayıb, amma müharibə vəziyyətinə görə o, burada yoxdur.

Əsərdə tətbiq edilən uğurlu işıq - kölgə həlli kiçik salona toplaşanların böyük Nizami ruhuna köklənmiş yaşantılarını təsirli və yaddaqalan biçimdə göstərməyə imkan verib.

Həmçinin bax

  • Azərbaycan təsviri sənəti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nizami işığında sözünün mənası, nizami işığında haqqında məlumat. nizami işığında nədir? nizami işığında nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Mikayıl (mələk)

  • Fevral 27, 2026

    Brınza

  • Fevral 27, 2026

    Ruhanilər

  • Mart 02, 2026

    Eduard

  • Fevral 27, 2026

    Hamiləlik

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst