Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Neyrodermit — uzun müddət qaşınma ilə davam edən və tez-tez residiv verən dəri xəstəliyidir. Neyrodermitdə qaşınma səpkilərdən qabaq əmələ gəlir və çox güclü ol

Neyrodermit

  • Ana Səhifə
  • Vikipediya
  • Neyrodermit

Neyrodermit — uzun müddət qaşınma ilə davam edən və tez-tez residiv verən dəri xəstəliyidir. Neyrodermitdə qaşınma səpkilərdən qabaq əmələ gəlir və çox güclü olur. Xəstəliyin iki klinik forması ayırd edilir: məhdud və diffuz neyrodermit. Neyrodermatozlar adı altında ən səciyyəvi simptomu qaşınma olan xəstəliklər qrupu birləşdirilir. Neyrodermatozlarda qaşınmanın çox güclü olması və adətən dəridəki dəyişikliklərdən qabaq əmələ gəlməsi ilə fərqlənir.

Neyrodermit
DiseasesDB 31441
MedlinePlus 000872
MeSH D009450
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Simptomları

Neyrodermit xəstəliyində dərinin mikroskopik görünüşü

Bundan başqa əsas simptomlar arasında papulyoz ləkələr, lixenifikasiyalar, sinir sisteminin aydın nəzərə çarpan funksional pozğunluqları vardır. Neyrodermitlərin kliniki növləri bunlardır:

  • Dəri qaşınması
  • Məhdud neyrodermit
  • Diffuz neyrodermit
  • Qaşınma xəstəliyi

Qaşınmaya bir neçə amil səbəb ola bilər. Bunlara mexaniki toxunma, daxili orqanlarda pozulmalar və endokrin pozulmalar aiddir.

Klinik formaları

Dəri qaşınmasının 2 klinik forması vardır

  • məhdud
  • yayılmış.
  • Məhdud dəri qaşınmasına vulvanın, xayaların, anusun böyük büküşlərin qaşınması aiddir. Bu zaman qaşınma üzücü xarakterli olur və qaşınmadan sonra izlər əmələ gəlir.
  • Yayılmış dəri qaşınmasına qocalılq qaşınması aiddir.

Qaşınma nəticəsində dəridə ekskariyasiyalar, yalnız dırnaq qaşınması izləri əmələ gəlir. Bundan başqa papulyoz səpgilər və lixenifikasiyalar (dərinin qalınlaşması və şəklini dəyişərək kobudlaşması) da olur. Qaşınmanın qeyri-adiliyi ondadır ki, paroksizmal xarakterli olurç yəni tutmaşəkilli olur. Bu səbəbdən insane daim gərgin vəziyyətdə olur. Bu zaman ağ davamlı dermoqrafizm tpyin olunur. Bu kapilyarları innervasiya edən n.vagusun təsiri ilə spazmı nəticəsində olur. Əksinə olaraq eczema zamanı qırmızı davamlı dermoqrafizm alınır.

Qaşınmanın klinik formaları

Qaşınma xəstəliyi klinik formalarına görə 2 cür olur:

  • Uşaqların qaşınma xəstəliyi
  • Böyüklərin qaşınma xəstəliyi

Uşaqların qaşınma xəstəliyi zamanı qeyri adi morfoloji element aşkar olunur. Bu papula-vezikula (düyüncük-qovuqcuq). Differensial diaqnostika qoturluq xəstəliyi ilə aparılır. Uşaqların qaşınma xəstəliyi piodermiya ilə ağırlaşa bilər.

Böyüklərin qaşınma xəstəliyinin formaları

Böyüklərin qaşınma xəstəliyinin 2 forması var:

  • Xoşxassəli- prurigo mitis
  • Bədxassəli-pruriqo ferox

Xoşxassəli qaşınma xəstəliyi gec-gec residiv verir və uzun müddətli remissiya dövrü olur. Bədxassəli qaşınma xəstəliyi zamanı isə qısa remissiya dövrü və tez-tez residiv verməsi ilə xarakterizə olunur. Medikamentoz müalicə və fizioterapiya, eyni zamanda sanatoriya kurort müalicəsi kompleks şəkildə aparılmalıdır. Medikamentoz müalicəyə antihistamin dərman preparatları, sedativ dərmanlar, kortikosteroid az dozalarda və tetrasiklin və bu qrupdan olan digər maddələr tətbiq olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, neyrodermit sözünün mənası, neyrodermit haqqında məlumat. neyrodermit nədir? neyrodermit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vətəgə

  • Fevral 27, 2026

    Milad nəğməsi

  • Mart 06, 2026

    Ramiz Məlikaslanov

  • Fevral 27, 2026

    Ailə folkloru

  • Mart 01, 2026

    Acaena tesca

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst