Netscape Navigator – Netscape Communications, Inc. şirkətinin işləyib hazırladığı tanınmış veb-brauzer. İlk versiyası 1994-cü ildə buraxılıb. Havayı yayılan bu proqram Netscape şirkətinə ucuz başa gəlməsə də, burada əsas məqsəd Internet provayderlərinin diqqətini Netscape Web Server proqram təminatına cəlb etmək idi. 1998-ci ildə Netscape Navigator brauzerlər savaşında Microsoft Explorer brauzerinə uduzduqdan sonra AOL şirkətinə satılıb. 2008-ci ildə AOL bu brauzerin dəstəklənməsini dayandırıb.
| Netscape Navigator | |
|---|---|
| |
| |
| Tipi | özəl proqram təminatı |
| Tərtibatçı | Netscape, AOL |
| Yayımlanma tarixi | 15 dekabr 1994 |
| Sonuncu versiya |
|
| Sayt | netscape.com |
Ədəbiyyat
- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Netscape Navigator haqqında məlumat. Netscape Navigator nədir? Netscape Navigator nə deməkdir?

