Neoklassik memarlığı — memarlıq üslubu.

Linkoln memorialı, Vaşinqton, ABŞ (2010)
Məzmun
Memarlıqda klassisizm ənənələri ilə bağlı ən çox yayılmış neoklassik cərəyanların 3 mərhələsi fərqlənir:
- Təqribən 1910–1920-ci illərin ortaları;
- 1930-cu illər;
- 1950-ci illərin axırlarından başlanan mərhələ.
1-ci dövrdə eklektizm və modern memarlığındakı forma sərbəstliyinə və bəzəklərin ifrat çoxluğuna qarşı klassik formalar əsas götürülürdü. 1910-cu illər rus memarlığında klassika dövrünün memarlıq prinsiplərinə meyil göstərilirdi (İ.A.Fomin, İ.V.Joltovski və başqaları). 1910–1920-ci illərdə Neoklassik memarlıq ABŞ və Böyük Britaniyanın rəsmi memarlığı daxilində inkişaf edir, dəbdəbəliyi və monumentallığı ilə fərqlənirdi (Vaşinqtonda Linkoln memorialı, 1914–1922).
1930-cu illərdə İtaliya və Almaniyada Neoklassik memarlıq vasitələrindən faşist ideologiyasının təbliği üçün istifadə edilmişdi (Romada universitet şəhərciyi, Berlində imperiya dəftərxanası və sair).
1950-ci illərin axırlarından Neoklassik memarlıq əsasən ABŞ memarlığında geniş yayılmışdır (memarlar: E.Stoun, V.Qropius, E.Saarinen və başqaları). Neoklassik memarlıq prinsipləri həmçinin 1930-cu illərin 2-ci yarısı — 1950-ci illərin əvvəllərində sovet memarlığında da əksini tapmışdı.
Ədəbiyyat
- Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.191
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, neoklassik memarlıq sözünün mənası, neoklassik memarlıq haqqında məlumat. neoklassik memarlıq nədir? neoklassik memarlıq nə deməkdir?