Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nazpərvər Xatun (1556, Valaxiya knyazlığı – 1595, Köhnə Saray, İstanbul, Osmanlı imperiyası) — 12-ci Osmanlı sultanı III Muradın xanımlarından biri.

Nazpərvər Xatun

  • Ana Səhifə
  • Vikipediya
  • Nazpərvər Xatun

Nazpərvər Xatun (1556, Valaxiya knyazlığı – 1595, Köhnə Saray, İstanbul, Osmanlı imperiyası) — 12-ci Osmanlı sultanı III Muradın xanımlarından biri.

Nazpərvər Xatun
Şəxsi məlumatlar
Doğum tarixi 1556(1556)
Doğum yeri
  • Valaxiya knyazlığı
Vəfat tarixi 1595(1595) (38–39 yaşında)
Vəfat yeri
  • Köhnə Saray, İstanbul, Osmanlı imperiyası
Fəaliyyəti qul[d]
Uşaqları Şahzadə Mahmud
Şahzadə Yusif
Fəthiyə Sultan
Şahzadə Əbdürrəhman

Mündəricat

Həyatı

Əslən rumın olan Nazpərvər Xatun 1556-cı ildə dünyaya gəldi. Atası Valaxiya knyazı V Mirka olub, əsl adı Dobra olaraq qeyd olunur. Atasının 1559-cu ildə ölümünün ardından uşaq yaşdakı qardaşı Valaxiya knyazı, anası isə onun naibəsi elan olundu. Buna baxmayaraq mərkəzi hakimiyyətə tabe olmaq istəməyən yerli boyarlarla qanlı mübarizənin ardından anası bütün övladlarını da alaraq 1570-ci ildə İstanbula qaçdı. Burada Osmanlı sultanı II Səlimə sığınan ailəsinin istəyilə 14 yaşlı Dobra Topqapı sarayındakı hərəmə alındı.

O əsnada Manisa sancaqbəyi olan oğlu Şahzadə Muradın hasəkisi Safiyə Sultana olan bağlılığından şikayətlənən və bu səbəblə, durmadan oğluna cariyələr təqdim edən Nurbanu Sultan tərəfindən himayə altına alınan Dobra dərhal təlim-tərbiyə edildi. İslam dinini qəbul edərək adı Nazpərvər olaraq dəyişdirildi. Ardından Nurbanu Sultanın istəyilə Manisa sarayına göndərildi. Nazpərvər Xatun ilk övladı olan Şahzadə Mahmudu 1572-ci ildə məhz Manisa sarayında dünyaya gətirdi.

13 dekabr 1574-cü ildə Sultan Səlimin vəfatının ardından böyük oğlu Şahzadə Murad taxta çıxmış, bir müddət sonra isə Manisa sarayındakı hərəmi İstanbula, Topqapı sarayına gətirilmişdir. Beləliklə, Nazpərvər Xatun da bu əsnada Topqapı sarayına gələnlər arasında idi. Qaynanası olan Validə Nurbanu Sultanla münasibətləri olduqca yaxşı olan Nazpərvər Xatun 1577-ci ildə Şahzadə Yusifi, 1579-cu ildə Fəthiyə Sultanı, 1585-ci ildə isə Şahzadə Əbdürrəhmanı dünyaya gətirdi. 1586-cı ildə öz adını daşıyan və günümüzə sadəcə bir qismi gəlib çatmış Nazpərvər Xatun məscidini inşa etdirdi.

15 yanvar 1595-ci ildə Sultan Muradın vəfatının ardından onun Safiyə Sultandan doğulan oğlu III Mehmed taxta çıxarıldı. Manisadan yola çıxan Sultan Mehmedin Topqapıya gəldiyi 27 yanvar günü Topqapı sarayında yaşayan 19 qardaşı boğularaq edam edildi. Bunların arasında isə Nazpərvər Xatunun oğulları Yusif və Əbdürrəhman da var idi. Bəzi mənbələrdə, Nazpərvər Xatunun o gecə övladlarıyla birlikdə saraydan qaçmağa cəhd etdiyi, ancaq ələ keçirilərək yenidən saraya gətirildiyi qeyd olunur. Oğullarının edamından sonra qızıyla birlikdə Köhnə saraya sürgün olunan Nazpərvər Xatun çox keçmədən burada vəfat etdi. Bəzi mənbələrdə, övladlarını saraydan qaçırmaq istədiyi üçün cəza olaraq Sultan Mehmed tərəfindən edam olunduğu da qeyd olunur.

Övladları

  • Şahzadə Murad (d. 1568 - ö. 1580) — Sultan Səlim türbəsinə dəfn olunmuşdur.
  • Şahzadə Yusif (d. 1577 - ö. 27 yanvar 1595) — Qardaşı Sultan Mehmedin əmriylə edam olunmuş, Sultan Murad türbəsinə dəfn edilmişdir.
  • Fəthiyə Sultan (d. 1579 - ö. ?)
  • Şahzadə Əbdürrəhman (d. 1585 - ö. 27 yanvar 1595) — Qardaşı Sultan Mehmedin əmriylə edam olunmuş, Sultan Murad türbəsinə dəfn edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nazpərvər Xatun haqqında məlumat. Nazpərvər Xatun nədir? Nazpərvər Xatun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əncir

  • Mart 01, 2026

    Nar Mobile

  • Mart 01, 2026

    Robert Malliqan

  • Fevral 27, 2026

    Kəvar

  • Fevral 27, 2026

    Ağbulaq (Şahbuz)

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst