Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

XVI əsrdə Səfəvilər dövlətinin Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu dövrdə Naxçıvan ölkəsinin mərkəzi Naxçıvan nahiyəsi hesab edilirdi.

Naxçıvan nahiyəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Naxçıvan nahiyəsi
Qədim nahiyə
Naxçıvan nahiyəsi
Azərbaycan bəylərbəyliyinin Naxçıvan ölkəsi (XVI-XVII əsrin əvvəlləri)
Azərbaycan bəylərbəyliyinin Naxçıvan ölkəsi (XVI-XVII əsrin əvvəlləri)
Ölkə  Azərbaycan
Vilayət Naxçıvan ölkəsi (Səfəvi)
Salınma tarixi XVI əsr
Banisi Səfəvi İmperiyası
Milli tərkibi Azərbaycan türkləri

Mündəricat

Səfəvilər dövrü

XVI əsrdə Səfəvilər dövlətinin Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu dövrdə Naxçıvan ölkəsinin mərkəzi Naxçıvan nahiyəsi hesab edilirdi.

O, şimaldan Dərəşahbuz və Mülki-Arslan, şərqdən Əlincə və Dərəşam¸ cənubdan Zunuz və Maku, qərbdən Qarabağ (Qarabağlar) nahiyəsi ilə həmsərhəd olmuşdur. Hesablamalar göstərir ki, bəhs olunan dövrdə Naxçıvan ölkəsinin Naxçıvan nahiyəsinin ərazisi,təqribən, 685 kvadratkilometr olmuşdur.

I Osmanlı idarəçiliyi dövrü

1590-1595-ci illər arasında hazırlanmış və təsdiq edilmiş "İrəvan əyalətinin icmal dəftəri"nə əsasən Naxçıvan sancağının eyni adlı nahiyəsi Naxçıvan şəhəri, Şeyx Mah¬mud, Xəlilli, Yenicə, Uzunoba, Dendabad, Yemxana, Tumbul, Yollu, Bulğan, Qaraçuq, Şeyx Yusifli, Keçidi-İslamiyyə, Göynük, Nəhəcur, Qalacıq, Yuxarı Sürəmərk, Aşağı Sürəmərk, Nərkeş, Şeyx Mehranşah, Seyyidi-Sirav, Dərəalpak, Bədəşxan, Kültəpə, Yarımca, Nürgüt, Nehrəm, Yezdabad, Kuhi-purən, Cəhri, Əznəbürd, Mahmudabad, Firuzabad, Xıncav, Hacıvar, Kürəküməz kəndləri, Əlibəy, Ələyəz, Təhmasibqulu dizəsi, Molla Məhəmməd, Dartagüney, Şürənəb, Xalisə, Xocaberdi dizəsi məzrəələri olmaqla, 1 şəhər, 35 kənd, 7 məzrəə, 3 dizədən ibarət olmuşdur,.

II Osmanlı idarəçiliyi dövrü

1727-ci ildə isə Naxçıvan nahiyəsi şimaldan Dərəşahbuz, şərqdən Əlincə, şimal-şərqdən Sair-Məvazi, qərbdən Qarabağ, şimal qərbdən Mülki-Arslan, cənubdan Qışlağat nahiyələri ilə sərhəddə yerləşmişdi. Bu zaman Naxçıvan nahiyəsinə Naxçıvan şəhəri, Hacıabad (Başqa adı Hacıvar), Bədaşxan, Zeynəddin, Uzunoba, Şeyx Mahmud, Dendavar (başqa adı Dendabad), Kültəpə kəndləri, Xəlifədüzən, Yenicə, Yarımca, Xəlil xarabası məzrəələri, Sübhanverdi, Muradxan dizələri daxil idi N. Ümumilikdə 1 şəhər, 7 kənd, 4 məzrəə və 2 dizədən ibarət olmuş Naxçıvan nahiyəsi yuxarıda göstərdiyimiz XVI əsrin sonu XVII əsrin əvvəlində mövcud olmuş birinci sancaqlıq zamanındakından (1 şəhər, 35 kənd, 7 məzrəə, 3 dizə) kiçik olmuşdur. Naxçıvan nahiyəsi Naxçıvan şəhəri və onun ətrafındakı bir sıra kəndləri əhatə etmişdir. Bu ərazilər indiki Babək rayonunun mərkəzi hissəsində yerləşir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Naxçıvan nahiyəsi haqqında məlumat. Naxçıvan nahiyəsi nədir? Naxçıvan nahiyəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Düstur

  • Fevral 27, 2026

    Şeyx İbrahim

  • Fevral 23, 2026

    İrqçilik

  • Fevral 27, 2026

    Çöl

  • Fevral 28, 2026

    Əliabad Kətul

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst