Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Naxçıvan buzxanası — Orta əsrlər dövrü Azərbaycan memarlığının nadir nümunələrindən biri də Naxçıvan şəhər buzxanasıdır.

Naxçıvan buzxanası

  • Ana Səhifə
  • Vikipediya
  • Naxçıvan buzxanası

Naxçıvan buzxanası — Orta əsrlər dövrü Azərbaycan memarlığının nadir nümunələrindən biri də Naxçıvan şəhər buzxanasıdır.

Naxçıvan buzxanası
Ölkə  Azərbaycan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Buzxananın interyeri

Mündəricat

Tarixi

Vaxtilə torpağın altında qalan bina bu ərazidə təmizlik işləri aparılarkən ortaya çıxarılmış, sonradan isə bərpa olunmuşdur. Naxçıvanqalanın altından keçən kəhrizin bir qolu da buzxananın yaxınlığında üzə çıxır. Naxçıvan şəhər buzxanasının üzərində kitabə olmadığından tarixi yalnız memarlıq xüsusiyyətlərinə görə müəyyənləşdirilmişdir. Tədqiqatçıların fikrinə görə buzxana XII–XIV əsrlərdə inşa olunmuşdur.

Memarlıq xüsusiyyətləri

Muxtar respublika ərazisində ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri sırasında özünəməxsus yeri olan bu buzxana Azərbaycanda ən böyük buzxanalardan biridir. Şəhərin cənub tərəfində, İmamzadə kompleksindən qərbdə, ona yaxın ərazidə yerləşən bu buzxananın plan quruluşu düzbucaqlı formadadır. Uzunluğu 20 metr, eni 9 metr, hazırkı vəziyyətdə hündürlüyü 9,6 metrdir. Yer səthindən aşağı hissəsi 4,5 metr, yuxarısı isə 4 metrdir. Divarların qalınlığı 1 metrdir. Hündürlüyü 2,15 metr, eni 1,27 metr olan əsas giriş qapısı cənub tərəfdəndir. Qapı ilə eyni səviyyədə, yerdən 0,4 metr yuxarıdan qoyulmuş 5 ədəd pəncərəsi vardır. Bu pəncərələrin hündürlüyü təxminən 0,8 metr, eni 1,2 metrdir. Qərb tərəfdən hündürlüyü 2,2 metr, eni 0,95 metr olan qapısının təxminən yarısı yer səthindən aşağıdadır. Yəni, cənub tərəfdəki qapı ilə bu qapının fərqi ikincinin ondan aşağıda yerləşməsidir. Cənub qapısından içəri girdikdən sonra binanın döşəmə hissəsinə enmək üçün təxminən 30 pilləsi olan pilləkən tikilmişdir. İki qapısının olması təbii ki, içərisi hündür olan binadan rahat istifadə edilməsi üçün nəzərdə tutulmuşdur.

Yüksək texniki səviyyədə kərpicdən qurulmuş örtük konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və dinamik konstruksiya sxemi tərzində yaradılması Naxçıvan şəhər buzxanasının səciyyəvi cəhətlərindəndir. O, ilk növbədə, kərpicdən tikilmiş daş örtüyünün müstəsna dərəcədə dəqiq konstruktiv həlli və səliqəsi ilə diqqəti cəlb edir.

Memar binanın üstünü bağlayan dam örtüyün sadə çatma tağ-tavan formasının həlli zamanı yüngüllüyü və dinamikliyi ilə fərqlənən konstruktiv sxem yaratmışdır. O, çatma tağların hər birini təxminən 3 metr məsafədə yerləşdirməklə iki qonşu tağın arasını çatma tağ-tavan şəklində həll etməyə nail olmuşdur. Həm də bu halda hörgü cərgələri daşıyıcı tağa perpendikulyar vəziyyətdə düzülmüşdür. Təxminən hər 3 metrdən bir qurulan 6 ədəd çatmatağın arasındakı boşluq çatma tağbəndlə örtülmüşdür. Çöldən tam dairəvi deyil, oval şəkilli günbəz formasında görünən hər bir çatmatağ buzxana binasının dam örtüyünə xüsusi gözəllik verir. Binanın qapısı və pəncərələri bu çatmatağlarla paralellik təşkil edir. Bu, binanın lazımi şəkildə havalanması üçün nəzərdə tutulmuşdur. Kərpic hörgü cərgələri yükdaşıyan tağlara nisbətən şaquli vəziyyətdə yerləşdirilmişdir. Binanın örtük hissəsindəki kərpic hörgülərindən görünür ki, tağların yuxarısında tağbəndlərin konstruksiyası dəyişir və balaca tağbəndlərlə tamamlanır. Belə konstruksiyaya Azərbaycan ərazisində çox nadir hallarda təsadüf edilir. Buna müəyyən dərəcədə oxşar konstruksiyaya Ordubad şəhər buzxanasında rast gəlmək olar. Bu cür konstruktiv sxem xüsusilə Təbriz və Ərdəbildəki bazar komplekslərinin örtülü keçidləri üçün səciyyəvi olmuşdur.

Naxçıvan şəhər buzxanasının üzərində günümüzədək hər hansı bir kitabə qalmadığından onun inşa edilmə tarixi və memarı dəqiq məlum deyil. İndiyədək aparılan araşdırmalardan aydın olmuşdur ki, yüksək memarlıq həlli bu abidənin Naxçıvan memarlıq məktəbinin inkişafı dövründə (XII–XIV əsrlər) tikildiyini göstərir.

2020-ci ildə Naxçıvan şəhər buzxanasında onun tarixi görkəmi saxlanılmaqla təmir-bərpa işləri aparılmış və may ayının 5-də istifadəyə verilmişdir. Abidənin həyətində də abadlıq işləri həyata keçirilmiş, buzxanaya gedən yol genişləndirilərək asfalt örtüyü salınmışdır. Abidəni qorumaq məqsədilə burada "Naxçıvan Mətbəxi" Kulinariya Mərkəzi üçün iş şəraiti yaradılmışdır. Hazırda buzxana binasında milli mətbəx nümunələrimizlə yerli və xarici qonaqlara xidmətlər göstərilir.

Ədəbiyyat

  1. Salamzadə Ə. V., Məmmədzadə K. M. Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri. Bakı: Elm. 1985.
  2. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: Əcəmi NPB, 2008.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Naxçıvan buzxanası haqqında məlumat. Naxçıvan buzxanası nədir? Naxçıvan buzxanası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Şeylanlı tayfası

  • Fevral 27, 2026

    Milli Konvent

  • Mart 01, 2026

    Kazım Əliverdibəyov

  • Mart 01, 2026

    Psittaciformes

  • Fevral 27, 2026

    Tutsilər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst