Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Naxçıvan Ensiklopediyası — Naxçıvan Muxtar Respublikasının təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından sistemli şəkildə bəhs e

Naxçıvan Ensiklopediyası

  • Ana Səhifə
  • Vikipediya
  • Naxçıvan Ensiklopediyası

Naxçıvan Ensiklopediyası — Naxçıvan Muxtar Respublikasının təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından sistemli şəkildə bəhs edən elmi nəşr.

Naxçıvan Ensiklopediyası
Kitabın 2005 nəşrinin üzü
Kitabın 2005 nəşrinin üzü
Janr Ensiklopediya
Orijinalın dili Azərbaycanca
Ölkə Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2002 & 2005
Cild 1 (2002); 2 (2005)
Səhifə 598 (2002); 2005: 360 (I); 380 (II)
ISBN-13 ISBN 5-8066-1468-9

İlk dəfə 2002-ci ildə, təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşri isə 2005-ci ildə çap edilib.

Mündəricat

Haqqında

"Naxçıvan Ensiklopediyası" Azərbaycanın 3-cü Prezidenti Heydər Əliyevin "Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında" 1999-cu il 12 fevral tarixli Sərəncamına əsasən AMEA Rəyasət Heyəti nəzdində yaradılmış Naxçıvan ensiklopediyası qurumu tərəfindən hazırlanıb və 2002-ci ildə nəşr edilib.

Azərbaycanın 4-cü Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi haqqında" 2004-cü il 9 fevral tarixli sərəncamı ilə müəyyən edilmiş tədbirlər planına uyğun olaraq isə "Naxçıvan Ensiklopediyası"nın təkrar nəşr edilməsi qərara alınıb. Buna müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə "Naxçıvan Ensiklopediyası"nın təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşri hazırlanıb.

Əlavə olaraq cildə 200-ə yaxın yeni məqalə daxil edilib. Son illər muxtar respublikanın şəhər və rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklərin edilməsi, bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni quruculuq sahəsində baş vermiş yeniliklər bu nəşrdə əksini tapıb.

"Naxçıvan Ensiklopediyası"nın ikinci nəşri AMEA-nın Naxçıvan Bölməsində yaradılmış işçi qrupu tərəfindən hazırlanıb. Kitabda muxtar respublikanın təbiəti, tarixi, ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatından sistemli şəkildə bəhs olunur. Burada muxtar respublikaya həsr olunmuş kompleks məqalədən başqa, diyarın bütün inzibati rayonları, fiziki-coğrafi obyektləri, şəhər və kəndləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr verilib.

Tarixə dair məqalələrdə ən qədim dövrlərdə Naxçıvan Muxtar Respublikası ərazisindəki arxeoloji mədəniyyətlərdən, qədim və orta əsr dövrlərindən, tarixi vilayətlərdən, mühüm taleyüklü hadisələrdən, müharibələrdən və onları başa çatdıran müqavilələrdən ensiklopedik prinsiplərə uyğun bəhs edilib.

Həmçinin bax

  • Şablon:Naxçıvan Ensiklopediyası
  • Naxçıvan rəssamlarının ensiklopediyası
  • Şamaxı Ensiklopediyası
  • Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası
  • Naxçıvan abidələri ensiklopediyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Naxçıvan Ensiklopediyası haqqında məlumat. Naxçıvan Ensiklopediyası nədir? Naxçıvan Ensiklopediyası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Konya ili

  • Fevral 27, 2026

    Yasuhiro Yamaşita

  • Mart 01, 2026

    Vareze

  • Fevral 27, 2026

    Nəml surəsi

  • Fevral 27, 2026

    Vitis coignetiae

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst