Navarra krallığı ( isp. Reino de Navarra, bask Nafarroako Erresuma, fr. Royaume de Navarre, oks. Reiaume de Navarra) — orta əsr bask krallığı. 1162-ci ilə qədər Pamplona krallığı adlanırdı. Buraya Atlantik okeanının yaxınlığındakı Pireney dağlarının hər iki tərəfindəki ərazilər - İspaniyanın şimalında müasir Navarra muxtariyyəti və müasir Fransanın cənubunda Atlantik Pireney daxil idi. Krallıq IX əsrin əvvəllərindən mövcud olmuşdur. 1513-cü ildə Navarranın cənubu Araqon kralı II Ferdinand tərəfindən fəth edilmiş və İspaniya krallığının bir hissəsi olmuşdur. Navarranın şimalı 1589-cu ilə qədər, onun kralı III Henrix de Burbon IV Henrix adı ilə Fransa kralı olana qədər müstəqil qalmış, bundan sonra Navarra krallığı 1620-ci ildə Fransaya birləşdirilmişdir.
| Tarixi dövlət | |||||
| Navarra krallığı | |||||
|---|---|---|---|---|---|
| |||||
![]() | |||||
| təq. 1162 — 1841 | |||||
| Dil | Bask dili, ispan dili, Araqon dili, Qaskon dili, fransız dili | ||||
| Din | katolisizm, Kalvinizm | ||||
| Ərazisi |
| ||||
| İdarəetmə forması | İrsi monarxiya | ||||
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Navarra krallığı haqqında məlumat. Navarra krallığı nədir? Navarra krallığı nə deməkdir?


