Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nadejda Fyodorovna Skarskaya (rus. Наде́жда Фёдоровна Ска́рская; 13 sentyabr 1867, Drezden – 17 iyun 1958, Leninqrad) — Rus və sovet teatr və kino aktrisası, te

Nadejda Skarskaya

  • Ana Səhifə
  • Vikipediya
  • Nadejda Skarskaya

Nadejda Fyodorovna Skarskaya (rus. Наде́жда Фёдоровна Ска́рская; 13 sentyabr 1867, Drezden – 17 iyun 1958, Leninqrad) — Rus və sovet teatr və kino aktrisası, teatr rejissoru, teatr xadimi. RSFSR-in əməkdar artisti (1927). XX əsrin əvvəllərində məşhur rus aktrisası Vera Komissarjevskayanın kiçik bacısı (1864-1910).

Nadejda Skarskaya
rus. Наде́жда Фёдоровна Ска́рская
Doğum tarixi 13 sentyabr 1867(1867-09-13)
Doğum yeri
  • Drezden, Saksoniya
Vəfat tarixi 17 iyun 1958(1958-06-17) (90 yaşında)
Vəfat yeri
  • Leninqrad, RSFSR, SSRİ
Dəfn yeri
  • Literatorski mostki[d]
Fəaliyyəti aktrisa, teatr rejissoru
Teatr
  • Moskva Bədaye teatrı (1899–1900)
Mükafatları RSFSR əməkdar artisti — 1927
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Rus opera artisti və musiqi müəllimi F.P.Komissarjevskinin ailəsində anadan olub. Qardaşı Fyodor Komissarjevski məşhur teatr rəssamı və rejissorudur. Bacısı - Vera Komissarjevskaya - XX əsrin əvvəllərində məşhur rus aktrisası olub.

Nadejda Skarskaya 1899-1900-cü illərdə Moskva İncəsənət Teatrının səhnəsində, daha sonra əyalət teatrlarında çalışıb.

1903-cü ildə Nadejda Skarskaya Sankt-Peterburqdakı Liqovski Xalq Evində Səyyar Xalq Teatrının ilk illərində onun dirçəlməsində mühüm rol oynayıb.

1905-ci ildə Skarskaya P.P.Qaydeburovla birlikdə “Səyyar Dram Teatrı”nın (1905-1928, 1920-ci ildən Dövlət Səyyar Teatrı) əsasını qoyublar. Teatr 1925-ci ildən - P.Qaydeburov və N.Skarskaya adına Dövlət Səyyar Teatrı adlanmağa başlayıb. Dövlət Səyyar Teatrı daimi truppa ilə Rusiyanın əyalətlərinin iri şəhərlərində qastrol səfərində olurdu. Birinci Dünya müharibəsi başlamamışdan əvvəl Səyahət Teatrı hər il Rusiyanın şimal və mərkəzi şəhərlərinə, Ukraynaya, Belarusa, Qafqaza, Sibirə və Uzaq Şərqə səfərlərə gedirdi. Repertuarını əsasən klassik əsərlər üzərində quran Xalq Teatrından fərqli olaraq, Səyyar Teatr həm əyalətlər, həm də paytaxt tamaşaçıları üçün müasir, yeni tamaşalar oynamağa çalışırdı. Onun repertuarında Anton Çexov, Maksim Qorki, Henrik İbsen kimi dövrün klassiklərinin əsərləri üstünlük təşkil edirdi. Tədricən hər iki teatr bi teatr halına gəldi və adları birləşdi.

Birinci Dünya müharibəsinin başlamasından sonra Nadejda Fyodorovna teatr səhnələrində oynamağa davam edib. Lakin sənətinin populyarlığının çiçəkləndiyi dövr, qarşıdan gələn Vətəndaş müharibəsi və Bolşevik hakimiyyətinin qurulması ilə eyni vaxta düşməsiylə tədricən sönməyə başlayıb. Bolşeviklər hakimiyyətə gələndə və vətəndaş müharibəsi başlayanda Nadejda Fyodorovna ondan daha məşhur qardaşından fərqli olaraq vətəndə qalmağı seçir və xaricə getməməyi qərara alır. Bu qərar əslində onun gələcək karyerasına son qoyur. Sonrakı illərdə o, aktrisalığa davam edir, lakin sovet teatrının səviyyəsi orta Rusiya imperiyası dövrü teatrı ilə müqayisə oluna bilməzdi. Belə ki, tamaşaların ümumi məzmunu siyasi qərarlarla müəyyən edilirdi. Teatr tamaşaları daha çox siyasi mahiyyət daşıyırdı. Belə vəziyyət Nadejda Skarskayaya öz istedadını tam şəkildə açmasına imkan vermirdi.

Aktrisa karyerası dövründə Nadejda Skarskaya səhnədə 200-dən çox rol oynayıb. Skarskaya 1927-ci ildə RSFSR əməkdar artisti adını alıb.

1959-cu ildə Skarskaya və həyat yoldaşı P.P.Qaydeburovla birgə "Səhnədə və həyatda" adlı xatirə kitabı nəşr olunub.

Nadejda Skarskaya 1958-ci ildə Leninqrad Səhnə Veteranları Evində vəfat edib. O, Volkovski Pravoslav Qəbiristanlığının Ədəbi xiyaban hissəsində dəfn olunub.

Ailəsi

  • Birinci həyat yoldaşı — qraf Vladimir Leonidoviç Muravyovdur. Muravyovun Nadejda Fedorovnanın bacısı Vera Komissarjevskaya ilə boşanmasının rəsmiləşdirilməməsinə baxmayaraq, onlar evləniblər.
  • İkinci həyat yoldaşı — Pavel Pavloviç Qaydeburov (1877-1960), teatr və kino aktyoru, rejissor, teatr xadimi, müəllim, RSFSR xalq artisti (1940).

Teatrda seçilmiş rolları

  • Nadejda Skarskaya A.N.Ostrovskinin "Tufan" tamaşasında Katerina rolunda, Yelizavetqrad (1902);
  • Sofoklun "Antiqona" əsəri - Antiqon;
  • A.Çexovun "Albalı bağı" - Ranevskaya;
  • A.Çexovun "İvanov" - Sara;
  • V.Şekspirin Hamleti - Ofeliya;
  • A.Çexovun "Qağayılar" - Nina Zarechnaya; Arkadina;
  • A.Ostrovskinin "Tufan" - Katerina və başqaları.
  • G.İbsenin "Ruhlar" - Fru Alving.

Filmoqrafiyası

  • 1928 - Asya - yazıçının anası;
  • 1933 - İuduşka Qolovlev - epizod.

Ədəbiyyat

  • СКА́РСКАЯ, Надежда Фёдоровна / С.Г. // Театральная энциклопедия / гл. ред. П. А. Марков. — М. : Советская энциклопедия, 1965. — Т. 4. Нежин — Сярев. — Стб. 959. — 1152 стб. — 40 500 экз.
  • Макарьев Л. Памяти Н.Ф. Скарской // Театр. Гл. ред.Н. Погодин. № 9. М.: Искусство. 1958. 166.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nadejda skarskaya sözünün mənası, nadejda skarskaya haqqında məlumat. nadejda skarskaya nədir? nadejda skarskaya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İbn Mücahid

  • Fevral 27, 2026

    İstanbul Konvensiyası

  • Mart 01, 2026

    Konstruktivizm

  • Fevral 25, 2026

    Ud

  • Mart 06, 2026

    Mun Çe-İn

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst