Nabur — Azərbaycan Respublikasının Qobustan rayonunun Nabur kənd inzibati ərazi dairəsində kənd.
| Nabur | |
|---|---|
| 40°37′56″ şm. e. 48°55′11″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 778 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Nabur | |
Tarixi mənbələrdə
Osmanlı imperiyası ilə Rusiya arasında 1727-ci il 12 dekabrda Şamaxı yaxınlığında Nabur kəndində imzalanmış müqaviləyə əsasən ruslar Cavad, Salyan, Şeşpara və Rustov ərazilərinə yiyələndilər. Azərbaycan torpaqlarının qərb hissəsi isə Osmanlııların əlində qaldı. Bu müqavilə tarixdə "Nabur müqaviləsi" adlanır.
Etimologiyası
Nabur oykoniminin adı zülqədər tayfasının nabur tirəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində də eyniadlı kənd qeydə alınmışdır.
Əhalisi
Əhalisi təxminən 5000 nəfərdir. Muğam ustadı Alim Qasımov, general-mayor Əbdül Xalıqov bu kənddə anadan olmuşlar.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti maldarlıq, qoyunçuluq, əkinçilik və qismən arıçılıqdır.
Din
Kənddə Nabur kənd məscidi dini icması fəaliyyət göstərir.
Həmçinin bax
- Nabur bələdiyyəsi
- Qobustan rayonu
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nabur haqqında məlumat. Nabur nədir? Nabur nə deməkdir?
