Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

“NSV” SSRİ mənşəli ağır pulemyot olub 12.7 mm-lik kalibrə sahibdir. Adını konstrukturlarının baş hərflərindən, yəni G. I. Nikitin (Г. И. Никитин), Y. S. Sokolov

NSV pulemyotu

  • Ana Səhifə
  • Vikipediya
  • NSV pulemyotu

“NSV” SSRİ mənşəli ağır pulemyot olub 12.7 mm-lik kalibrə sahibdir. Adını konstrukturlarının baş hərflərindən, yəni G. I. Nikitin (Г. И. Никитин), Y. S. Sokolov (Ю. М. Соколов) və V. I. Volkov (В. И. Волков) adlarından almışdır. 1971-ci ildə SSRİ ordusu tərəfindən silahlanmaya qəbul edildikdən sonra, T-64, T-72, T-80 tanklarının üzərinə quraşdırılmış və istifadə edilmişdir. Rus ordusu tərəfindən Kord pulemyotlarının üzərində ciddi surətdə çalışmalara başlanıldıqdan sonra, NSV pulemyotları mərhələ-mərhələ xidmətdən çıxardılmağa başlanılmışdırlar. SSRİ dağıldıqdan sonra, Qazaxıstanda lisenziya altında müəyyən qədər istehsal edilmişdirlər. Qazaxıstandan başqa, Bolqarıstan, Hindistan, Polşa və Yuqoslaviyada da, lisenziya ilə müəyyən sayda istehsal edilmişdir. 12.7x108 mm-lik sursatdan istifadə edən pulemyotun kalibri 12.7 mm olub dəqiqədə 700-800 mərmi ata bilir. 1.5 km-ə dək olan hava hədəflərinə və 2 km-ə dək olan yer hədəflərinə bu silahdan təsirli atəş açmaq mümkündür.

NSV
NSV ağır pulemyotu
NSV ağır pulemyotu
Tipi Ağır pulemyot
Ölkə
  •  SSRİ
İstismar tarixçəsi
İstismara başlanması 1971
İstifadə edilən döyüşlər Əfqanıstan müharibəsi (1979-1989), Qarabağ müharibəsi,Körfəz müharibəsi, İraq müharibəsi (2003-2011), Rusiya-Gürcüstan müharibəsi (2008), Əfqanıstan vətəndaş müharibəsi (1996-2001)
İstehsal tarixçəsi
Konstruktor G.I. Nikitin, Y.S. Sokolov, V.I. Volkov
Yaranma tarixi 1969
İstehsalçı 1969
Xüsusiyyətləri
Ağırlığı

25 kg (sadəcə top)

41 kg (3 ayaqlı ştativ ilə birlikdə)

11 kg (sadəcə 50 mərmilik güllə qayışı)
Uzunluğu
  • 1.560 mm
1560 mm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

NSV saniyədə 13 dəfə atəş açmağa qadirdir və təsirli məsafəsi 1500 metr hesab edilir. 50 mərmilik güllə qayışının çəkisi isə 11 kq-dır. NSV variantı T-72 tanklarında istifadə olunduğu halda, NSVT variantı T-64 və T-80 tanklarında istifadə edilmişdir.

Uzun mənzili və bir dəqiqə ərzində yüksək atəş açmaq qabiliyyəti sayəsində bəzi hallarda onlardan hava hücumlarından müdafiə vasitəsi kimi də, istifadə etmək mümkündür.

SSRİ istehsalı olan T-72 tankına yerləşdirilmiş NSVT pulemyotu

Variantları

  • NSVT versiyası əsas döyüş tankı və zirehli döyüş maşınları üçün nəzərdə tutulmuş versiyadır.
  • Zastava M87 Serbiyanın Zastava şirkəti NSVT-yi M87 adı altında lisenziya altında istehsal edir və keçmiş Yuqoslaviya dövlətinin tərkibində olmuş dövlətlərin silahlı qüvvələrində istifadə edilir.
  • WKM-B Bu silahın 12.7 x 99 mm-lik NATO sursatlarından istifadə edən Polşa versiyasıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nsv pulemyotu sözünün mənası, nsv pulemyotu haqqında məlumat. nsv pulemyotu nədir? nsv pulemyotu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Satirlər

  • Fevral 14, 2026

    Ştat (ABŞ)

  • Fevral 27, 2026

    Texnogen

  • Fevral 28, 2026

    Çimbaroso vulkanı

  • Mart 06, 2026

    Azərbaycanda ruslar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst