Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəsrin xanım (1826, Poti – 2 yanvar 1853, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin on birinci xanımı.

Nəsrin xanım

  • Ana Səhifə
  • Vikipediya
  • Nəsrin xanım

Nəsrin xanım (1826, Poti – 2 yanvar 1853, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin on birinci xanımı.

Nəsrin xanım
osman. نسرین خانم‎
Şəxsi məlumatlar
Doğum adı عديله آسميانى
Doğum tarixi 1826(1826)
Doğum yeri
  • Poti, Gürcüstan
Vəfat tarixi 2 yanvar 1853(1853-01-02) (26–27 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
  • Validə Turhan Sultan türbəsi
Fəaliyyəti əsilzadə
Atası Mənüçöhr Asemiani
Anası Mehrə xanım
Həyat yoldaşı
  • I Əbdülməcid
Uşağı
  • Bəhicə Sultan
Dini sünnilik

Həyatı

Nəsrin xanım əslən gürcü olub, əsl adı Adilə idi. 1826-cı ildə Poti şəhərində dünyaya gəldi. Atası gürcü əsilzadələrdən Mənüçöhr Asemiani, anası isə onun xanımı Mehrə xanımdır. Bəzmialəm Validə Sultanın oğlu üçün seçdiyi gürcü gözəllərindən biri idi və bu məqsədlə uşaq yaşlarında saraya alınaraq saray təlim-tərbiyəsi aldı. Ardından 1842-ci ildə Sultan Əbdülməcidlə evləndirildi və həmin ilin dekabrında ilk övladı Mehmed Ziyaəddin Əfəndini dünyaya gətirdi. Ancaq uşaq hələ 3 yaşında ikən vəfat etdi. Daha sonra 1848-ci ildə qızı Behicə Sultanı, 1850-ci ildə isə əkiz uşaqları Mehmed Nizaməddin və Mehmed Bahəddin Əfəndini dünyaya gətirdi. Ancaq əkizlər çox yaşamadılar və uşaq yaşlarında vəfat etdilər.

Övladlarını ard-arda uşaq yaşlarında itirməsi Nəsrin xanımı sarsıtmışdı və bu səbəblə qısa zamanda səhhəti pisləşdi. 2 may 1853-cü ildə vəfat etdi və cənazəsi Yeni məsciddəki Validə Turhan Sultan türbəsinə dəfn edildi. Qardaşı Həsən bəy bacısının ani vəfatının ardından Potidən 50-yə yaxın kasıb ailənin uşağını İstanbula gətirərək burada təhsil vermişdir. Bunlardan Gürcü Hüseyn bəy daha sonra Sultan Əbdüləzizin yavərlərindən olmuşdur.

Övladları

  • Mehmed Ziyaəddin Əfəndi (d. 10 dekabr 1842 — ö. 7 iyun 1845)
  • Behicə Sultan
  • Mehmed Nizaməddin Əfəndi (d. 24 iyun 1850 — ö. 28 may 1853)
  • Mehmed Bahəddin Əfəndi (d. 24 iyun 1850 — ö. 9 noyabr 1852)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəsrin xanım haqqında məlumat. Nəsrin xanım nədir? Nəsrin xanım nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kiçik baraban

  • Fevral 27, 2026

    Ramin Quluzadə

  • Fevral 27, 2026

    Kleopatra

  • Fevral 27, 2026

    Bayandur (Şörəyel)

  • Fevral 27, 2026

    Mikrob

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst