Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nərminə Məmmədova 1929-ci il 16 avqustda Qazaxda ziyalı ailəsində dünyaya gəlib. O doğularkən atası Ağası Məmmədbəyli Qazax rayon partiya komitəsinin birinci ka

Nərminə Məmmədova

  • Ana Səhifə
  • Vikipediya
  • Nərminə Məmmədova

Nərminə Ağası qızı Məmmədova-Qiyasbəyli (16 avqust 1929 - 24 mart 1997) — Azərbaycan müğənnisi.

Nərminə Məmmədova
Nərminə Ağası qızı Məmmədova-Qiyasbəyli
Ümumi məlumatlar
Doğum tarixi 16 avqust 1929
Doğum yeri Qazax, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 24 mart 1997 (67 yaşında)
Vəfat yeri Bakı
Vəfat səbəbi Ürək tutması
Dəfn yeri Yasamal qəbiristanlığı
Vətəndaşlığı azərbaycanlı
Həyat yoldaşı Ramiz Qiyasbəyli
Uşağı Sevinc Qiyasbəyli
Atası Ağası Məmmədov
Anası Şəfiqə Məmmədova
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Fəaliyyət illəri 1950-1981

Həyatı

Nərminə Məmmədova 1929-ci il 16 avqustda Qazaxda ziyalı ailəsində dünyaya gəlib. O doğularkən atası Ağası Məmmədbəyli Qazax rayon partiya komitəsinin birinci katibi işləyirdi. Amma əslən Göyçaydan idi; burada iri torpaq sahibi İsmayıl bəyin oğlu idi. Anası Şəfiqə xanım Azərbaycanın tanınmış ailələrindən olan Qiyasbəylilər nəslindən idi. O illərdə çox oxunan "Çalı quşu" romanının qəhrəmanının şərəfinə onlar övladlarının adını Fəridə qoyurlar. Çox keçmir ki, Ağası bəyi "xalq düşməni" ittihamı ilə həbs edirlər. O həbs olunan kimi ailəni yaşadıqları İstiqlal küçəsindəki geniş mənzillərindən çıxarıb İçərişəhərdə kiçik bir evə köçürürlər.

Şəfiqə xanım Stalin muzeyində (sonralar isə Ali Partiya məktəbində) işləyir. Fikirləşəndə ki, Fəridə adı qızına romanın qəhrəmanının taleyini qismət edər — o qızının adını dəyişdirib Nərmin yazdırır (get-gedə bu ad Nərminəyə çevrildi).

Bu evlərindən Nərminə 132 saylı məktəbdə oxumağa gedir. Lakin atasının həbsi ilə bağlı məktəbdən çıxmalı olur. Bir də qayıdıb 1946-cı ildə təkrar məktəb qapılarından girib orta təhsilini tamamlayır. 13 yaşından etibarən Pionerlər Evinə yazılır, məşqlərdə iştirak edir, Radiodakı əmək fəaliyyəti də tez başlayır. 1963-cü ildə Radionun Ərəb dilində verilişlər şöbəsinin əməkdaşı Sinan Səidlə birgə oxuduqları Kərkük mahnıları lentə alınır. Bakı Dövlət Universitetinin (o zamanlar ADU) Filologiya fakültəsinə daxil olur, professor Cəlal Quliyevdən, Əlövsət Abdullayevdən, Mir Cəlal, Ağamusa Axundov, Yusif Seyidov kimi tanınmış alimlərdən dərs alır. 1967-ci ildə universiteti bitirir.

Atası Ağası bəy də sürgünündən geri qayıdıb gəlir. Nərminə öz müasiri olan demək olar ki, bütün müqtədir bəstəkarların – Cahangir Cahangirovun, Tofiq Quliyevin, Əşrəf Abbasovun, Ağabacı Rzayevanın, Ramiz Mustafayevin, Andrey Babayevin, Qənbər Hüseynlinin, Səid Rüstəmovun mahnılarını ifa etmişdi. Nərminənin oxuduğu "Pıçıldaşın ləpələr", "Ay işığında", "Qərənfil", "İlk xatirələr", "Hardasan yar", "Alagöz", "Sirrimi bilmədin…" , "Habelə", "Aman ovçu", "Nar-nar" böyük məşhurluq qazanmışdır.

60-cı illərin əvvəllərində ailə qurur — nəcib bir ailədən olan ziyalı bir şəxslə — Ramiz Qiyasbəyli ilə evlənir. Bu nikahdan yeganə övladı Sevinc (Sevinc Qiyasbəyli - indi tibb elmləri doktoru, professordur) doğulur.

Nərminə Məmmədova 1997-ci il martın 24-də ürək tutmasından vəfat edib və Yasamal qəbristanlığında dəfn olunub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nərminə Məmmədova haqqında məlumat. Nərminə Məmmədova nədir? Nərminə Məmmədova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kosova

  • Mart 01, 2026

    Qərardad

  • Fevral 27, 2026

    Starbucks

  • Fevral 26, 2026

    Alman

  • Fevral 27, 2026

    Nəbə surəsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst