Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəriman Vəliyev 1928-ci ildə Ermənistan SSR Eçmiədzin (indiki Masis) rayonunun Çobankərə kəndində anadan olmuşdur. İbtidai təhsilini rayonun Reyhanlı kənd orta

Nəriman Vəliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Nəriman Vəliyev

Vəliyev Nəriman Adil oğlu (1928, Çobankərə, Eçmiədzin qəzası – 1996, Bakı) — professor.

Nəriman Vəliyev
Nəriman Adil oğlu Vəliyev
Doğum tarixi 1928(1928)
Doğum yeri
  • Çobankərə, Eçmiədzin qəzası, Ermənistan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 1996(1996) (67–68 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
İş yerləri
  • Akademik H.Əliyev adına Coğrafiya İnstitutu,
  • Bakı Dövlət Universiteti
Təhsili
  • Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi

Həyatı

Nəriman Vəliyev 1928-ci ildə Ermənistan SSR Eçmiədzin (indiki Masis) rayonunun Çobankərə kəndində anadan olmuşdur. İbtidai təhsilini rayonun Reyhanlı kənd orta məktəbində almışdır.

Babası Məmmədəli bəy Cəfər Ağa oğlu bölgənin çox nüfuzlu şəxslərindən olduğundan 1937-ci ildə Qazaxıstana sürgün edilmiş, bundan sonra atası Adil bəy təqiblərdən yaxa qurtarmaq məqsədilə ailəsini götürüb Gəncəyə köçmüşdür.

Nəriman Vəliyev orta təhsilini 1938-1941-ci illərdə Gəncə şəhərində Dəmiryolu məktəbində davam etdirmişdir. 1941-ci ildə ailəsi Ucar şəhərinə köçdüyündən orta təhsilini 1946-cı ildə burada tamamlamışdır.

1946-cı ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olmuş və həmin fakültəni 1951-ci ildə bitirmişdir.

Əmək fəaliyyətinə də elə həmin il Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunda elmi işçi kimi başlamışdır. 1959-cu ildə dissertasiya müdafiə edərək coğrafiya elməri namizədi – alimlik dərəcəsi almışdır.

1960-cı ildən başlayaraq elmi və pedaqoji fəaliyyətini Azərbaycan Dövlət Universitetində davam etdirmişdir. 1963-cü ildə "Fiziki coğrafiya" kafedrasınin dosenti olmuşdur.

Azərbaycanın hidrologiya məktəbinin formalaşmasında N.Vəliyevin böyük xidmətləri var. O, 1973-1990-cu illərdə ADU-nun "Hidrologiya" (sonralar "Hidrometeorologiya") kafedrasinın ilk müdiri olmaqla gənc hidroloqların yetişməsinə böyük əmək sərf etmişdir. 1982-ci ildə SSRİ Nazirlər Soveti Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi dərəcəsi verilmişdir.

N.Vəliyevin 60-dan çox elmi əsəri, o cümlədən, monoqrafiya, dərslik və dərs vəsaitləri keçmiş SSRİ-nin müxtəlif nəşriyyatlarında və elmi jurnallarında çap edilmişdir.

O, 1996-cı ildə Bakı şəhərində vəfat etmuşdir.

Əsas əsərləri

  • Azərbaycanın çayları, gölləri və su anbarları. Bakı, 1973.
  • Azərbaycanın fiziki coğrafiyası və hemorfologiyası məsələləri. Bakı, 1981.
  • Meteorologiya və iqlimşünaslıq. Bakı, 1982.
  • Qurunun hidrologiyası. Bakl, 1984.
  • Təbii ehtiyatlar və ekoloji mühit. Bakı, 1987.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəriman Vəliyev haqqında məlumat. Nəriman Vəliyev nədir? Nəriman Vəliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Valter Bote

  • Fevral 25, 2026

    Cəfərilik

  • Fevral 27, 2026

    Hocazsuçay

  • Fevral 27, 2026

    WebKit

  • Fevral 27, 2026

    Pertinaks

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst