Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məşədi İbad Kərbəlayi Xocaverdixan oğlu — Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" komediyasındakı personaj.

Məşədi İbad

  • Ana Səhifə
  • Vikipediya
  • Məşədi İbad

Məşədi İbad Kərbəlayi Xocaverdixan oğlu — Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" komediyasındakı personaj.

Məşədi İbad
Məşədi İbad Kərbəlayi Xocaverdixan oğlu
"O olmasın, bu olsun" filmində Əliağa Ağayev Məşədi İbad rolunda
"O olmasın, bu olsun" filmində Əliağa Ağayev Məşədi İbad rolunda
Yaradan Üzeyir Hacıbəyov
Canlandıran Əliağa Ağayev
Məlumat
Növü İnsan
Cinsi Kişi
Yaşı 50-55 yaşlarında
Dini inancı Müsəlman
Peşəsi Tacir
Çalışdığı yer Bazar
Tanınır Varlı tacir
Ailəsi
Atası Kərbəlayi Xocaverdixan
Sevgilisi Gülnaz

Haqqında

Məşədi İbad, hər şeydən göründüyü kimi, qalanlarından imkanlıdır. Amma pulu başqalarından fərqli olaraq tamaşaçının gözləri qarşısında özünün dar dükanında halal yolla qazanır. Məşədi İbad bütün süjet boyu yeganə adamdır ki, heç kəsi aldatmaq istəmir. O, hamıyla son dərəcə səmimidir, nə istədiyini və istəklərini gerçəkləşdirmək üçün vasitələri gizlətmir. Ətrafda hamı bir-birinə kələk gəlir, oyunbazlıq edir. O, sadəlövhlük dərəcəsində doğruldur, hamıya inanır və tərəf müqabillərindən də eyni münasibət gözləyir. Filmdə hamı onun səmimiliyindən istifadə edir. Bu yalançıların "bacarığı"ndan və düzgünlüyə səmimi olaraq inanan Məşədinin "primitivliyi"ndən ləzzət alıb heyrətlənmək neçə illərdir tamaşaçılarda bir səbəbə çevrilib. Hər halda ondan başqa heç kim heç kimə pul vermir. Hamı nə mümkündürsə, qamarlamağa çalışır. Düzdür, Məşədi də pulu şadyanlıqla paylamır. Amma bunun səbəbi simicliyi yox, hər addımbaşı aldadılmasını dərk etməsi və ondan doğan incikliyidir. Bununla belə, yenə də ödəyir və bunu özxoşuna edir, çünki heç kim onu məcbur edə bilməz. Ətrafındakılardan fərqli olaraq, o, rüşvət almır. Kəskin rəqabət şəraitində işləyir. Bütün bunlarla yanaşı, ətrafındakı "ağıllı"lardan fərqli olaraq işləri elə yaxşı gedir ki, onlar dillərini dişlərinə sıxaraq Məşədinin qarşısında "ləbbek" deyirlər. Axmaq üçün çox yaxşı nəticədir. Elə təəssürat yaranmırmı ki, bu personajın ağıldankəmliyinə gülən milyonlarla həmvətənimiz, əslində özləri də bilmədən onun düzgünlüyünə, səmimiliyinə və əliaçıqlığına istehza edirlər? Niyə elə həmin milyonlarla tamaşaçı təbii olaraq Məşədi İbadın halına acımır? Məşədinin günahı nədədir? Ondadır ki, subay bir kişi olaraq ailə qurmaq və gənc gözəl bir qızla evlənmək istəyir? Axı burda pisləniləsi nə var? O, qızı qaçırmayıb, sadəcə adaxlanmağa gəlib, özü də yeri gəlmişkən, yaşını gizlətmədən. Digər yandan heç kim onun istəyini rədd etməyib, əksinə, şərait yaradıblar, vəd veriblər. Və nəticəsi nə oldu? Tamaşaçının gözləri qarşısında halal adam olan Məşədini aldatdılar, soydular və döydülər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məşədi İbad haqqında məlumat. Məşədi İbad nədir? Məşədi İbad nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Donos

  • Fevral 27, 2026

    Ərkliğ xan

  • Fevral 27, 2026

    ABŞ ədəbiyyatı

  • Fevral 27, 2026

    Diskriminasiya

  • Fevral 27, 2026

    Alliaria

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst