Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmmədpaşa Piri oğlu Quluzadə (1914, Bakı – 1994, Bakı) — texnika elmləri doktoru (1959), professor, Azərbaycan SSR EA-nın həqiqi üzvü (1972), Azərbaycan SSR əm

Məmmədpaşa Quluzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Məmmədpaşa Quluzadə

Məmmədpaşa Piri oğlu Quluzadə (1914, Bakı – 1994, Bakı) — texnika elmləri doktoru (1959), professor, Azərbaycan SSR EA-nın həqiqi üzvü (1972), Azərbaycan SSR əməkdar mühəndisi (1965), SSRİ-nin fəxri neftçisi (1971), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1971), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), "Qırmızı Əmək Bayrağı" (1967), "Lenin" (1984) və II dərəcəli Vətən müharibəsi (1985) ordenləri laureatı.

Məmmədpaşa Quluzadə
Doğum tarixi 5 sentyabr 1914
Doğum yeri Əmircan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 28 fevral 1994 (79 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı  Rusiya İmperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Piri Quliyev
Elm sahəsi mədən
Elmi dərəcəsi Texnika elmləri doktoru
İş yerləri
  • Azərbaycan Sənaye İnstitutu (1951)
Təhsili
  • Azərbaycan Sənaye İnstitutu (–1938)
Üzvlüyü
  • Azərbaycan SSR Elmlər Akademiyası (1972)
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı"Azərbaycan SSR əməkdar elm və texnika xadimi" fəxri adı "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı

2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 19851985 "Lenin" ordeni — 19841984 "Qırmızı əmək bayrağı" ordeni — 19671967

Həyatı

Quluzadə Məmmədpaşa Piri oğlu Bakının Əmircan kəndində anadan olmuşdur. 1938-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, 1941-ci ilə qədər "Əzizbəyovneft" trestinin neft mədənlərində texnik, qazıma ustası, mühəndis və böyük mühəndis vəzifələrində çalışmışdır. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1946–1949-cu illərdə AzSİ-nun aspirantı olub. 1949-cu ildə namizədlik dissertasiyası müdafiə edib. 1949–1961-ci illərdə AzNKİ-da assistent, dosent, professor, 1961-ci ildən həyatının sonuna qədər isə "Neft və qaz quyularının qazılması" kafedrasının rəhbəri, rektorun məsləhətçisi olmuşdur. 1951–1964-cü illərdə bu institutun elmi işlər üzrə prorektor olub. 1960-cı ildə "Maili quyuların turbin üsulu ilə qazılması" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1968-ci ildə Quluzadə M. P. Azərbaycan EA-nın müxbir üzvü, 1972-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Elmi fəaliyyəti

Quluzadə M. P. görkəmli alim, maili quyuların qazılması texnologiyasının əsasını qoyanlardan və turbin üsulu ilə qazıma məktəbinin yaradıcılarından biridir.

Elmi tədqiqatların sahəsi: maili və çox dərin quyuların qazılmasında problemlərin tədqiqi; quyunun gövdəsinin idarə olunması; maili quyuların qazılmasının əsas prinsiplərinin işlənilməsi. "Neft Daşları", "Qum adası", "Sanqaçal-Duvannı-dəniz", "Bulla-dəniz", "Makarov b." və b. yataqlarda, bilavasitə onun rəhbərliyi altında maili quyular qazılmışdır.

Quluzadə M. P. 220-dən artıq elmi məqalənin və bir sıra monoqrafiyaların, 4 dərs vəsaitinin müəllifidir. İxtiralara görə 15 müəlliflik şəhadətnaməsi alıb. 10 elmlər doktoru və 45 elmlər namizədi hazırlayıb. Quluzadə M. P. uzun illər ərzində SSRİ Nazirlər Sovetinin dərin neft və qaz quyularının təkmilləşdirilməsi üzrə elmi texniki komissiyasının, SSRİ neftçıxarma sənayesi nazirliyinin elmi-texniki şurasının, SSRİ AAK-nın Ekspert Şurasının, Azərbaycan Sovet Ensiklopediyasının elmi-redaksiya şurasının üzvü olub.

Quluzadə M. P. Azərbaycan Dövlət mükafatı laureatı, "Azərbaycanın əməkdar mühəndisi", "Azərbaycanın əməkdar elm və texnika xadimi", "SSRİ fəxri neftçisi" adlarına layiq görülmüşdür. "Lenin" və "Qırmızı Əmək Bayrağı", II dərəcəli Vətən müharibəsi ordenləri, bir çox SSRİ medalları və Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə təltif olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məmmədpaşa Quluzadə haqqında məlumat. Məmmədpaşa Quluzadə nədir? Məmmədpaşa Quluzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Eldənizlər dövləti

  • Mart 01, 2026

    Səadətşəhr

  • Fevral 27, 2026

    Samur

  • Fevral 25, 2026

    Cəlilabad

  • Fevral 27, 2026

    VMware

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst