Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmməd İbrahim (24 noyabr 1966, Yevlax) — azərbaycanlı ictimai-siyasi fəal; sabiq siyasi məhbus; Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri, AXC

Məmməd İbrahim

  • Ana Səhifə
  • Vikipediya
  • Məmməd İbrahim

Məmməd İbrahim (24 noyabr 1966, Yevlax) — azərbaycanlı ictimai-siyasi fəal; sabiq siyasi məhbus; Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri, AXCP Rəyasət heyətinin üzvü.

Məmməd İbrahim
Şəxsi məlumatlar
Doğum tarixi 24 noyabr 1966(1966-11-24) (59 yaş)
Doğum yeri
  • Yevlax, Yevlax rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti Türk
Partiya
  • Azərbaycan Xalq Cəbhəsi Partiyası (1995),
  • Azərbaycan Xalq Cəbhəsi (1989–1995)
Təhsili
  • Azərbaycan Maliyyə-İqtisad Kolleci
Fəaliyyəti siyasətçi, iqtisadçı, siyasi fəal[d]
Atası Əziz
Anası Qızxanım
Uşaqları Mehdi İbrahim, Turan İbrahim, Toğrul İbrahim.
Hərbi xidmət
Xidmət illəri 1985-1987
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Məmməd İbrahim 1966-cı il noyabrın 24-də Yevlax şəhərində anadan olub. O, 1983-cü ildə Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 saylı orta məktəbi bitirmişdir. Elə həmin il Bakı Maliyyə-Kredit texnikumuna daxil olub. 1985-1987-ci ildə Sovet Ordusu sıralarında Krosnayarsk diyarının Kansk şəhərində hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Maliyyə-İqtisad Kollecini bitirib. 1989-cu ildə Yevlax şəhər İctimai İaşə Birliyində təftişçi vəzifəsində çalışmışdır. Sovet İttifaqı dağıldıqdan sonra rəsmi iş yeri yoxdur.

Fəaliyyəti

1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin (indiki AXCP) üzvü olan Məmməd İbrahim, 2012-ci ildən AXCP sədrinin müşaviri, 2015-ci ildən isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvüdür.

Həbs edilməsi (2015)

2015-ci il sentyabrın 30-da Nərimanov rayon Polis İdarəsində barəsində Azərbaycanın Cinayət Məcəlləsinin 221-ci maddəsilə (xuliqanlıq) cinayət işi başlanıldı və şübhəli şəxs qismində saxlanıldı. Həmin vaxt Azərbaycan Xalq Cəhbəsi Partiyasının (AXCP) müavini Gözəl Bayramlı onun həbsini belə izah etdi: Cinayət işi bir müddət əvvəl AXCP sıralarından uzaqlaşan Razi Nurullayevin rəhbəri olduğu "AXCP Etimad Qurultayı" adlandırılan qurumun üzvü olan Mikayıl Quliyevin ərizəsi əsasında başlanılıb. M. Quliyev ərizəsində, M. İbrahimin ona qəfil hücum etdiyini və vurduğunu iddia edib.

M. İbrahim isə tam tərsi M. Quliyevin ona hücum etdiyini və təhqir etdiyini bildirdi.

Yeni cinayət işi və azadlığa buraxılması

2018-ci ildə azad olmağına bir gün qalmış, ona yeni cinayət işi açılaraq, həbs müddəti 5 ay 20 gün artırılıb. 2019-cu il fevralın 13-də Suraxanı rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli qərarından verilən apelyasiya ərizəsinə baxılıb. Cəzası 1 ay 6 gün azaldılaraq azadlığa buraxılıb.

Yenidən həbsi və məhkəmə qərarı

2020-ci ildə Qarabağa dəstək yürüşündə iştirak etmədiyi halda, törədilən təxribatın təşkilatçısı adı ilə ittiham edilərək 26.07.2020 tarixdə həbs edilib. Belə ki, onun barəsində A.R. Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278.1-ci (hakimiyyəti zorla ələ keçirmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib. Nəsimi rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə baş tutan iclasda barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

4 ay həbs olunduqdan sonra ev dustaqlığına buraxılıb. İstintaq başa çatdıqdan sonra Səbail məhkəməsinin qərarı ilə 4 il 1 ay 13 gün şərti həbs cəzası verilib.

1 dekabr 2025-ci ildə Səbail Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə Məmməd İbrahimli barəsində iki ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, məmməd i̇brahim sözünün mənası, məmməd i̇brahim haqqında məlumat. məmməd i̇brahim nədir? məmməd i̇brahim nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Bergen Universiteti

  • Mart 01, 2026

    Azərbaycanda balet

  • Fevral 25, 2026

    Niyazi

  • Fevral 25, 2026

    Nikolae Çauşesku

  • Mart 06, 2026

    Tiamat (qrup)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst