Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmməd Tağı oğlu Tağıyev (28 aprel 1921, Səfərəliyev, Gəncə qəzası – 29 sentyabr 1994, Bakı) — Azərbaycan dilçi-filoloqu, filologiya elmləri doktoru (1966), pro

Məmməd Tağıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Məmməd Tağıyev

Məmməd Tağı oğlu Tağıyev (28 aprel 1921, Səfərəliyev, Gəncə qəzası – 29 sentyabr 1994, Bakı) — Azərbaycan dilçi-filoloqu, filologiya elmləri doktoru (1966), professor (1968). Azərbaycan SSR əməkdar elm xadimi (1981).

Məmməd Tağıyev
Məmməd Tağı oğlu Tağıyev
Doğum tarixi 28 aprel 1921(1921-04-28)
Doğum yeri
  • Səfərəliyev, Gəncə qəzası, Azərbaycan SSR
Vəfat tarixi 29 sentyabr 1994(1994-09-29) (73 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elm sahələri dilçilik, leksikologiya, leksikoqrafiya, fonologiya
İş yeri
  • Bakı Dövlət Universiteti
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni
Azərbaycan SSR əməkdar elm xadimi — 1981

Həyatı

Məmməd Tağıyev 28 aprel 1921-ci ildə anadan olmuşdur. O, 1954-cü ildə Moskva şəhərində namizədlik, 1966-cı ildə Bakıda doktorluq dissertasiyası müdafiə etmişdir. 1968-ci ildə professor elmi adı almışdır.

Məmməd Tağıyev 1963–1970-ci illərdə BDU-da Rus dilçiliyi kafedrasının müdiri, 1970–1972-ci illərdə Bakı Slavyan Universitetinin rektoru, 1972–1994-cü illərdə Müasir rus dili kafedrasının müdiri olmuşdur.

O, Respublikada rusistikanın təməlini qoymuş və rus dilçiliyi sahəsində elmlər doktoru adım almış ilk azərbaycanlıdır. Məmməd Tağıyev rus dilçiliyi problemlərinə dair ümumittifaq elmi konfranslarında, SSRİ Müəllimlərinin III Qurultayında (Moskva, 1978) məruzələr etmişdir. O, rusistikanın leksikologiya, leksikoqrafiya, frazeologiya, frazeoqrafiya, fonologiya, dil tarixi, sintaksis və linqvometodika kimi sahələrində 200-ə yaxın elmi əsərin, milli məktəblərdə rus dilinin tədrisi məsələlərinə dair tədqiqatların, Azərbaycan məktəbləri üçün rus dili dərsliklərinin müəllifidir. Məmməd Tağıyev elmi kadrların hazırlanmasında böyük xidməti olmuşdur.

Məmməd Tağıyev 1981-ci ildə Əməkdar elm xadimi adına layiq görülmüşdür. Məmməd Tağıyev "Qırmızı əmək bayrağı", "Qırmızı ulduz" ordenləri və medallarla təltif edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, məmməd tağıyev sözünün mənası, məmməd tağıyev haqqında məlumat. məmməd tağıyev nədir? məmməd tağıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cennaro Qattuzo

  • Fevral 27, 2026

    Manaf Xəlilov

  • Fevral 27, 2026

    Pifey

  • Mart 01, 2026

    Manzini

  • Mart 03, 2026

    Cüz

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst