Məhəmmədqulu şah - İbrahimqulu şahın oğlu, Qütbşah və Qolkonda hökmdarı, şair.
| Qütbşah Məhəmmədqulu | |
|---|---|
| tel. ముహమ్మద్ కులీ కుతుబ్ షా | |
| |
| 1580 – 1611 | |
| Əvvəlki | İbrahimqulu şah |
| Sonrakı | Sultan Məhəmməd şah |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Heydərabad |
| Vəfat tarixi | |
| Vəfat yeri |
|
| Fəaliyyəti | monarx, hərbi lider[d], mesenat[d], şair, yazıçı |
| Atası | İbrahimqulu şah |
| Həyat yoldaşı | Heydər Mahal |
| Uşağı | Həyat Bəxş xanım |
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | siyasət, poeziya, ədəbiyyat |
Həyatı
1565-ci ildə dünyaya gəlmişdi. İbrahimqulu şahın üçüncü oğlu idi. Anası Əhmədnaqar sultanı I Hüseyn Nizam şahın qızı idi. 15 yaşında taxta gətirilmişdi. İmam Əli ibn Əbu Talibin şərəfinə adını verdiyi Heydərabad şəhərini İsfahandan ilhamlanaraq salmışdı. Lakin başqa mənbələr həyat yoldaşının şərəfinə olduğunu deyir.
Hakimiyyəti
Hakimiyyətə gələndə hələ Vicayanaqar imperiyasının qalıqları ilə mübarizə aparmalı idi. Atasının siyasətini davam etdirən Məhəmmədqulu 1586-cı ildə Andranı işğal etdi. Penukondanı özü mühasirəyə almışdı. Qandikota və Qutti torpaqlarının ilhaqını isə türkmən sərkərdə Rüstəm xana tapşırdı. Vicayanaqar hakimi II Venkata əvvəl sülhə razı oldu və mühasirəni bu üsulla ləğv etməyi bacarsa da, yenidən müharibə elan etdi. Qarşıdurmanın qızışdırığını görən Qütbşah bu dəfə Rüstəm xanın başçılığı altında 100.000 əsgəri hücuma göndərdi. Lakin hindliların tələsinə düşən Rüstəm xan artilleriya atəşləri altında əsgərlərinin yarısını itirdi, özü isə öldürüldü. Qütbşah Krişna çayının sahilinə çəkilməli və atasının aldığı torpaqları qaytarmalı oldu.
Ədəbi fəaliyyəti
Ailəsi
1591-ci ildə indiki Çarminar məscidinin yerində olan Çiçelam kəndində Pakmati adlı bir rəqqasə ilə tanış olub evlənmişdi. Daha sonra Heydər Mahal adını almışdır. Yeganə övladı Həyat Bəxş xanım, qardaşı oğlu Sultan Məhəmməd şah ilə evlənmişdi.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məhəmmədqulu şah haqqında məlumat. Məhəmmədqulu şah nədir? Məhəmmədqulu şah nə deməkdir?
