Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məhəmməd Xəlilov (tam adı: Məhəmməd Ağaş oğlu Xəlilov, 12 yanvar 1920, Sabirabad rayonu – 1997, Cavad, Sabirabad rayonu) — İkinci Dünya müharibəsi iştirakçısı,

Məhəmməd Xəlilov

  • Ana Səhifə
  • Vikipediya
  • Məhəmməd Xəlilov

Məhəmməd Xəlilov (tam adı: Məhəmməd Ağaş oğlu Xəlilov, 12 yanvar 1920, Sabirabad rayonu – 1997, Cavad, Sabirabad rayonu) — İkinci Dünya müharibəsi iştirakçısı, İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı, İtaliya Qəhrəmanı.

Məhəmməd Xəlilov
Məhəmməd Ağaş oğlu Xəlilov
Şəxsi məlumatlar
Ləqəbi Luçano
Doğum tarixi 12 yanvar 1920
Doğum yeri Cavad kəndi, Cavad qəzası, Bakı quberniyası, ADR
Vəfat tarixi 5 avqust 1997 (77 yaşında)
Vəfat yeri Cavad, Sabirabad rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti azərbaycanlı
Hərbi hissə Birinci rotanın 4-cü vzvodu
Xidmət illəri 1941—1945
Rütbəsi
Leytenant
Təltifləri "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı ulduz" ordeni "Qırmızı ulduz" ordeni "Aleksandr Nevski" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Stalinqradın müdafiəsinə görə" medalı "İgidliyə görə" medalı "İgidliyə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Mündəricat

Həyatı və Fəaliyyəti

Məhəmməd Ağaş oğlu Xəlilov 12 yanvar 1920-ci ildə Sabirabad rayonunun Cavad kəndində anadan olmuşdur. 1938-ci ildə orta təhsilini başa vurub əmək fəaliyyəti ilə məşğul olmuşdur.

İkinci Dünya müharibəsi başlayanda muharibəyə yollanmış, hərbi məktəbi bitirərək leytenant rütbəsi almışdır. İlk döyüş tapşırığını Ukraynanın Poltava vilayətində yerləşən Xarkov şəhərindəki 4-cü polkun 4-cü batalyonunda yerinə yetirmişdir. Birinci rotanın 4-cü vzvodunda pulemyotçular komandiri olmuşdur. Ukrayna cəbhəsində xidmət edən Məmməd Xəlilov ağır yaralanaraq almanlara əsir düşür və hərbi əsirlər eşelonunun tərkibində əvvəlcə Almaniyaya, sonra İtaliyaya göndərilir. Pyaçentsa şəhəri yaxınlığında yaranmış fürsətdən istifadə edən M. Xəlilov əsirlikdən qaçır və Birinci Partizan Diviziyasında M. Buskontinin komandir olduğu İkinci briqadaya qoşulur. M. Xəlilov bu diviziyanın döyüşçüləri ilə birlikdə Hitler işğalçılarına qarşı bir sıra aksiyalarda fəal iştirak etmiş, buna görə, Müttəfiqlərin Mərkəzi Aralıq dənizi bölgəsindəki qoşunlarının komandanı marşal Aleksander tərəfindən imzalanmış 123811 nömrəli "Vətənpərvər sertifikatı" ilə təltif edilmişdir. O dövrdə İtaliyada nəşr olunan "Unita" qəzeti yazırdı: Bakıdan olan türk Məhəmməd kinoteatrda növbəti partlayışı törətmişdir, möhkəm mühafizə edilən körpünü partlatmışdır. Bir müddət sonra onu İtaliya Kommunist Partiyasına üzv seçirlər. Ona zəmanəti şəxsən Palmirro Tolyatti verir. Bu dövrdə o, artıq "Luçano" ləqəbli məşhur partizan və partizan dəstəsinin qərargah rəisi idi.

Sabirabad tarix-diyarşünaslıq muzeyindəki guşələrin birində Məhəmməd Xəlilovun keçdiyi döyüş yolunu əks etdirən sənədlər nümayiş etdirilir. Döyüşçünün əsir düşərgəsində olduğunu və onun İtaliya Müqavimət Hərəkatının diviziyasında düşmənə qarşı keçirilən əməliyyatlarda iştirakını əks etdirən sənədlər vardır.

Partizan Luçano adı ilə tanınmış Məhəmməd Xəlilov İtaliyanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Onun adına sənədli film də çəkilmişdir. Bu sənədli filmdə Luçano ləqəbli partizan, İtaliyanın Milli Qəhrəmanı, döyüşlərdə göstərdiyi şücaətə görə "Vətənpərvərlik sertifikatı" alan "İtaliya Muqavimət Hərəkatı Qəhrəmanı" Ukrayna və İtaliyanın fəxri vətəndaşı, Qrebenka şəhərinin ömürlük Xalq Deputatı olan Məhəmməd Ağaş oğlu Xəlilovun həyatı və İkinci Dünya Muharibəsi illərindəki partizanlıq həyatından bəhs edir.

Ölümü

Uzun illər müəllimlik etmiş Məhəmməd Xəlilov 1997-ci ilin avqustun 5-də vəfat etmişdir.

Mükafatları

  • İtaliya Milli Qəhrəmanı
  • Ukrayna və İtaliyanın fəxri vətəndaşı

Şəkillər

  • Məhəmməd Xəlilov.Böyük Vətən müharibəsi iştirakçısı və İtaliya qəhrəmanı.
    Məhəmməd Xəlilov.Böyük Vətən müharibəsi iştirakçısı və İtaliya qəhrəmanı.

Ədəbiyyat

  • Ruhulla Zahidov: "Talelər qovuşan yerdə"

Həmçinin bax

  • Azərbaycanlılar Antifaşist müqavimət hərəkatında

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məhəmməd Xəlilov haqqında məlumat. Məhəmməd Xəlilov nədir? Məhəmməd Xəlilov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Alkaevli boyu

  • Fevral 25, 2026

    İctimai elmlər

  • Fevral 27, 2026

    Akapulko

  • Fevral 27, 2026

    Konstantin Uşinski

  • Fevral 27, 2026

    Malacostraca

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst