Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Filmin rejissoru Suad Qarayevadır. Filmin prodüserləri Mariya İbrahimova (Azərbaycan) və Ada Solomondur (Rumıniya). Filmdə baş rolu Fərqanə Abdulla canlandırır.

Məhsəti

  • Ana Səhifə
  • Vikipediya
  • Məhsəti

Məhsəti — qısametrajlı Azərbaycan bədii filmi.

Məhsəti
"Məhsəti" filmi afişası
"Məhsəti" filmi afişası
Əsas mövzu Məhsəti Gəncəvi
Rejissor Suad Qarayeva
Prodüserlər Mariya İbrahimova (Azərbaycan)
və Ada Solomon (Rumıniya)
Baş rolda Fərqanə Abdulla
Distribütor Origine Films
İlk baxış tarixi 2025-ci ilin mayı
Yayımlanma yeri "Mammoth Lakes" Beynəlxalq Film Festivalı
Müddət qısametrajlı
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2025

Mündəricat

Film heyəti

Filmin rejissoru Suad Qarayevadır. Filmin prodüserləri Mariya İbrahimova (Azərbaycan) və Ada Solomondur (Rumıniya). Filmdə baş rolu Fərqanə Abdulla canlandırır. Onun oynadığı obraz Məhsəti Gəncəvi rolunu oynamağa hazırlaşan gənc bir aktrisadır.

Buraxılışı

Filmin premyerası 2025-ci ilin mayında Kaliforniyada keçirilən "Mamont Gölləri" Beynəlxalq Film Festivalında baş tutmuşdur. Filmin 2026-cı ilin fevralında Londonda nümayiş edilməsi planlaşdırılır. Bundan sonra isə filmin buraxılışını filmin distribütorları, "Origine Films" təyin edəcək.

Bədii Şura tərəfindən qadağa qoyulması

Məhsəti Gəncəvinin portreti

Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura "Məhsəti" filminin Bakı Film Festivalında ("İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025" çərçivəsindəki "Baku Cinema Breeze – 2025" kino proqramına daxil olan film festivalı) nümayişinə qadağa qoymuşdur. Səbəb olaraq, ədəbiyyat irsinə hörmətsizlik, Məhsəti Gəncəvinin bədii təqdimatında ciddi təhriflərə yol verilməsi kimi səbəblər göstərilmişdir. Məhsəti Gəncəvinin erotik səhnələrlə təqdim edilməsi, filmdə normativ-etik xarakterli ciddi pozuntuların və konseptual uyğunsuzluqların olmasının Bədii Şura tərəfindən iddia edilməsi nəticəsində filmə lisenziya verilməmiş və film qeydiyyata alınmamışdır.

Suad Qarayeva isə bildirib ki, film mənəvi dəyərlərə uyğun gəlmədiyi üçün Bədii Şura tərəfindən ona lisenziya verilməmışdır və film Bakı Film Festivalı proqramından çıxarılmışdır. O, filmdə baş obraz olan, Məhsəti rolunu oynamağa hazırlaşan gənc aktrisanın kluba getdiyini, içki içdiyini, rəqs etdiyini və bir kişi ilə romantik münasibət qurduğunu qəbul etmişdir:

" Təəssüf ki, “Məhsəti” filmimiz Bakı Film Festivalı proqramından çıxarılıb, çünki Mədəniyyət Nazirliyinin Film Şurası ona nümayiş lisenziyası verməkdən imtina edib və filmin mənəvi dəyərlərə uyğun olmadığını bildirib. Filmdə 12-ci əsr şairi Məhsəti Gəncəvini canlandırmaq istəyən gənc aktrisa dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır.

Film Məhsəti Gəncəvinin hekayəsinə çağdaş yanaşma cəhdidir. O, tək ana tərəfindən böyüdülüb, sevgi, şərab, hisslər və azadlıq haqqında cəsarətlə və gözəlliklə yazan bir sənətkar idi. Onun yaradıcılığı, onu və ümumilikdə qadınları səsdən məhrum edib keçmişdə saxlamaq istəyənlərin bütün səylərinə baxmayaraq, demək olar ki, min ildir yaşayır.

Qadın kino yaradıcıları olaraq, qadınların necə təsvir oluna biləcəyinə dair bu cür absurd məhdudiyyətləri qəbul etmirik. Xüsusilə də bu məhdudiyyətlərin modern və dünyəvi bir ölkədən, qadınlara ən erkən səsvermə hüququ verənlərdən biri olmuş və Məhsəti kimi qadın ilhamları yetişdirmiş bir yerdən gəlməsi təəccüblüdür. Məhsəti təbiət qüvvəsi kimi biri idi – qabaqcıl, azad ruhlu, 12-ci əsrdən bu günə qədər işığı sönməyən parlaq bir ulduz.

21-ci əsrdə qadınları ənənəvi gender rollarında saxlamaqdan daha yaxşısına qadirik.

"

Daha sonra Suad Qara üzr istəmiş, Azərbaycan mədəni dəyərlərinə bağlılığını bildirmişdir. O, sözlərinin niyyətindən səhv başa düşülməsi ilə bağlı olaraq hamıdan üzr istəmiş, əvvəlki paylaşımının emosional düşüncə olduğunu bildirmişdir.

Qəbulu

Tarixi baxış

Tarixçi alim Zaur Əliyev Məhsəti Gəncəvinin şərab içməsi ilə bağlı bir əfsanə olduğunu qeyd etmiş, onun azadlıq şairəsi və qurbanı olduğunu bildirmişdir.

Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy isə Məhsəti Gəncəvinin əslən Azərbaycandan olmadığını, şeirlərində biədəb sözlər olduğunu, onları farsca bir oxuyan bir adamın bu şeirləri çap etməyin mümkün olmadığını başa düşəcəyini qeyd etmişdir.

Mükafatlandırma

Baş rol ifaçısı Fərqanə Abdullayeva Milanda Müstəqil Film Mükafatlarında "Ən yaxşı aktrisa" mükafatını qazanmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məhsəti haqqında məlumat. Məhsəti nədir? Məhsəti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pioner 10

  • Fevral 27, 2026

    Çilov

  • Fevral 23, 2026

    21 oktyabr

  • Fevral 27, 2026

    Avstriyalı Anna

  • Fevral 24, 2026

    Korporatokratiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst