Mədrəs Universiteti (tam. சென்னைப் பல்கலைக்கழகம்) — Hindistanın Çennai şəhərində yerləşən ali təhsil müəssisəsi. Kəlkətə və Mumbay universitetləri ilə birlikdə ölkəsinin ən qədim və öncül universitetlərindən biridir.
| Mədrəs Universiteti | |
|---|---|
| |
| Tip | Dövlət |
| Şüar | lat. Doctrina Vim Promovet Insitam |
| Əsası qoyulub | 5 sentyabr 1857 |
| Tələbə sayı | 4,819 |
| Ölkə | Hindistan |
| Şəhər | Çennai |
| Sayt | unom.ac.in |
| 13°03′57″ şm. e. 80°16′57″ ş. u.HGYO | |
![]() | |
Tarixi
Universitetin əsası 5 sentyabr 1857-ci ildə qoyulmuşdur. Quruluşunda nümunə kimi London Universiteti əsas götürülmüşdür.
Strukturu
Madras Universitetinin təşkilati strukturunu aşağıdakı qurumlar əhatə edir:
- Senat;
- Sindikat;
- Akademik Şura;
- Fakültələr;
- Maliyyə Komitəsi;
- Araşdırma Forumları.
Fəaliyyəti
Bu universitetə bağlı olan bir sıra araşdırma qurumları tərəfindən dinə — təsəvvüfə dair bir çox əsər yayımlanmışdır. Buraya bağlı olan çox saydakı kolleclərin bir qismi İslami təhsil verməkdədir.
Kampusları
Universitetin 6 kampusu var:
- Çepauk kampusu;
- Marina kampusu;
- Quindi kampusu;
- Taramani kampusu;
- Çetput kampusu;
- Maduravoyal kampusu.
Məktəbləri
Universitetin nəzdində fəaliyyət göstərən məktəblər bunlardır:
- Tarixi Araşdırmalar Məktəbi;
- İctimai Elmlər Məktəbi;
- Siyasi və Beynəlxalq Araşdırmalar Məktəbi;
- İqtisadiyyat Məktəbi;
- Fəlsəfə və Dini Düşüncə Məktəbi;
- Gözəllik və Performans İncəsənəti Məktəbi;
- İngilis dili və Xarici Dillər Məktəbi;
- Tamil və digər Dravid Dilləri Məktəbi;
- Sanskrit və digər Hind Dilləri Məktəbi;
- Menecment Araşdırmaları Məktəbi;
- Riyaziyyat, Statistika, Kompüter Elmləri Məktəbi;
- İnformasiya və Kommunikasiya Araşdırmaları Məktəbi;
- Yer və Atmosfer Elmləri Məktəbi;
- Kimya Elmləri Məktəbi;
- Fizika Məktəbi;
- Həyat Elmləri Məktəbi;
- Təməl Tibb Elmləri Məktəbi;
- Nano Elm və Fotoniklər Məktəbi.
Kitabxanaları
Mədrəs Universitetinin 4 əsas kitabxanası var. Bunların hər biri bir kampusda yerləşir:
- Mədrəs Universiteti Kitabxanası (Çepauk kampusu) — 1907-ci ildə Konnemara Xalq Kitabxanasında yaradılmışdır. Hind-Britaniya üslubunda tikilmiş mövcud kitabxana binası isə qranit guşəli tağlardan, səkkizbucaqlı bazalı qübbədən ibarətdir və inşası başa çatdıqdan sonra – 3 sentyabr 1936-cı istifadəyə verilmişdir. Köşkləri Hindistandakı İslam memarlığına bənzəyir.;
- Mərkəzi Kitabxana (Quindi kampusu);
- Mərkəzi Kitabxana (Marina kampusu);
- Mərkəzi Kitabxana (Taramani kampusu).
Simvolları
Universitetin əsas simvolu olan gerb bu ali məktəbin yarandığı il – 1857-ci ildə dizayn edilmişdir.
Tanınmış məzunları
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
Fizika üzrə Nobel mükafatı laureatı Çandrasekxara Raman
Hindistan riyaziyyatçısı Srinivasa Ramanucan
Hindistanın 2-ci prezidenti Sarvepalli Radhakrişnan
Hindistanın 11-ci prezidenti Abdul Kalam
Yaşıl inqilabın atası Mankombu Svaminatan
Kompüter mütəxəssisi Rac Reddi
"PepsiCo" rəhbəri İndra Nuyi
Hindistan şahmatçısı, qrosmeyster Vişvanatan Anand
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mədrəs Universiteti haqqında məlumat. Mədrəs Universiteti nədir? Mədrəs Universiteti nə deməkdir?
