Məcid Kərimov Zahid oğlu (16 dekabr 1958, Bakı) — Azərbaycanın dövlət və ictimai xadimi. Azərbaycan Respublikasının yanacaq-energetika naziri (2001–2004). Azərbaycan Respublikasının sənaye-energetika naziri (2004–2005). Azərbaycan Respublikasının "AzərKimya" Dövlət Şirkətinin Prezidenti (2005–2010). Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. Professor, texnika elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar elm xadimi.
| Məcid Kərimov | |
|---|---|
| 18 aprel 2001 – 6 dekabr 2004 | |
| Əvvəlki | vəzifə təsis edilib |
| Sonrakı | vəzifə ləğv olunub |
| 6 dekabr 2004 – 9 dekabr 2005 | |
| Əvvəlki | vəzifə təsis edilib |
| Sonrakı | Natiq Əliyev |
| 2005 – 2010 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 16 dekabr 1958 (67 yaş) |
| Doğum yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | Neft-qaz, Neftkimya sənayesi |
| Atası | Zahid Kərimov |
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | Neft-qaz, Neftkimya |
| Elmi dərəcəsi | Texnika elmləri doktoru.Professor |
| | |
| Təltifləri | |
Həyatı
Məcid Kərimov 1958-ci il dekabrın 16-sı Bakı şəhərində anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.
1980–1989 – Neft və qaz sahəsi üzrə mühəndislik.
1989–1999 – Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) sistemində fəaliyyət.
1999–2001 – ARDNŞ-in "Dənizneftqazlayihə"-nin direktoru.
2001–2004 – Azərbaycan Respublikasının yanacaq-energetika naziri.
2004–2005 – Azərbaycan Respublikasının sənaye-energetika naziri.
2005–2010 – Azərbaycan Respublikasının "AzərKimya" Dövlət Şirkətinin Prezidenti.
2006–2010 – Azərbaycan Respublikasının Milli Məclisin deputatı.
2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", "Bakı-Tibilisi-Ceyhan" və "Bakı-Tibilisi-Ərzurum" layihələrinin həyata keçirilməsi üzrə komissiyanın sədri olmuşdur. "Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005–2015-ci illər) üzrə Dövlət Proqramı"nın və "Azərbaycan Respublikasının alternativ və bərpa olunun enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın işlənib hazırlanmasına rəhbərlik etmişdir.
Beynəlxalq Mühəndislər Akademiyasının akademikidir.[mənbə göstərilməlidir]
200-dən çox elmi əsərin, 10 monoqrafiya və 10-dan çox ixtiranın müəllifidir.
Evlidir, 2 övladı var.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, məcid kərimov sözünün mənası, məcid kərimov haqqında məlumat. məcid kərimov nədir? məcid kərimov nə deməkdir?