Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müqəddəs torpaqlar (ivr. ‏אֶרֶץ הַקּוֹדֶשׁ‏‎, lat. Terra Sancta, ərəb. الأرض المقدسة‎) — İordan çayı ilə Aralıq dənizi arasında yerləşən və İbrahimi dinlər, yən

Müqəddəs torpaqlar

  • Ana Səhifə
  • Vikipediya
  • Müqəddəs torpaqlar

Müqəddəs torpaqlar (ivr. ‏אֶרֶץ הַקּוֹדֶשׁ‏‎, lat. Terra Sancta, ərəb. الأرض المقدسة‎) — İordan çayı ilə Aralıq dənizi arasında yerləşən və İbrahimi dinlər, yəni yəhudilik, xristianlıq və İslam üçün böyük əhəmiyyət kəsb edən torpaqlara verilən ad. "Müqəddəs torpaq" dedikdə adətən müasir İsrail dövlətinin ərazisi, Fələstin dövləti, Qərbi İordaniya və cənubi Livanın bir hissəsi, eləcə də cənub-şərqi Suriya torpaqları nəzərdə tutulur.

Mündəricat

İudazim və müqəddəs torpaqlar

Yəhudilər əksərən İsrail torpaqlarını “Müqəddəs torpaqlar” adlandırmırlar. Bu ərazilər haqqında Tanaxda "Müqəddəs Torpaq" ifadəsi sadəcə bir pasajda işlədilmişdir. Tanaxa görə israillilərin müqəddəsliyi dedikdə tanrı tərəfindən israillilərə verilən torpaqlar nəzərdə tutulur yəni bu torpaqlar onların tanrı ilə olan sazişlərinin bir hissəsi sayılan “vədd edilmiş torpaqlar”dır. 1906-cı ildə nəşr edilən yəhudi ensiklopediyasına əsasən Müqəddəs İsrail dövləti dedikdə “4 müqəddəs şəhər” : Yerusəlim, Əl Xəlil, Safed və Tiberiya nəzərdə tutulur. Yerusəlim şəhəri burada yerləşən məbədə görə xüsusi əhəmiyyətə malikdir. Yəhudi ənənələrinə görə İsmayılın qurban edildiyi Moriah dağı bu şəhərdədir. İvrit incilində də Yerusəlim adı 669 dəfə işlədilmişdir. Şəhərin bir digər adı Sion isə İvrit incilində 154 dəfə işlənib. İudazimin kitablarından olan və yəhudi dünyagörüşünün ensiklopediyası sayılan Talmudda Yerusəlim haqda belə bir bölüm var: “Ey Yerusəlim, səni unutsam, sağ əlim qurusun. Yerusəlim, səni ən böyük sevincimdən üstün tutmazsam, dilim damağıma yapışsın!..”

Xristian dini və müqəddəs torpaqlar

Xristian dinində də bu ərazilər böyük önəmə malikdir. Xristianlığın müqəddəs kitabı İncildə qeyd edilir ki, İsa peyğəmbər məhz burada anadan olmuş, öldürülmüş və yenidən dirilmişdir. Bir sıra xristian kitablarında (İncil də daxil olmaqla) Müqəddəs torpaqların xəritəsinə yer verilmişdi. Məsələn Alman keşiş Henrix Büting  “Müqəddəs kitab” adlandırdığı səyahətnaməsində bu torpaqların xəritəsi göstərilmişdir.

İslam dini və müqəddəs torpaqlar

Quranda “Əl-Ard-Əl Müqəddəs" (ərəb. الأرض المقدسة‎) ifadəsi Musanın İsrail övladalarına mürciaətində keçir : " Ey qövmüm ! Allahın sizin üçün əzəldən (vətən) müəyyən etdiyi müqəddəs torpağa daxil olun, geri dönməyin, yoxsa zərər çəkmiş halda geri dönərsiniz ". Quranda həmçinin bu torpaqlar “mübarək” adlandırılır. İslamda Qüds xüsusi həmiyyətə malikdir. Hədislərə əsasən ən uzaq məscid Əl-Qüdsdür. Əbu Hüreyrənin nəql etdiyi rəvayətdə deyilir: “ Allahın vəkilinin  gecə səfərində, Qüdsdə ona 2 fincan verildi. Onlardan birində süd digərində isə şərab varidi. O hər ikisinə baxdıqdan sonra süd olan fincanı götürdü. Mələk Cəbrail dedi : Həmd olsun Allaha, sizi fitrətə yönəltdi. Əgər şərabı seçmiş olsaydın ümmətin yolundan çıxacaqdı” Qüds Məhəmməd peyğəmbərin dövründə ilk qiblə idi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müqəddəs torpaqlar haqqında məlumat. Müqəddəs torpaqlar nədir? Müqəddəs torpaqlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Akromeqaliya

  • Fevral 27, 2026

    Fedra

  • Fevral 23, 2026

    Anglikanizm

  • Fevral 27, 2026

    Averroes

  • Fevral 27, 2026

    Böcək

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst