Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mübariz Məmmədhüseyn oğlu Bağırov (6 noyabr 1961, Nursu, Şahbuz rayonu) — İqtisadçı, iqtisad elmlər doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə v

Mübariz Bağırov

  • Ana Səhifə
  • Vikipediya
  • Mübariz Bağırov

Mübariz Məmmədhüseyn oğlu Bağırov (6 noyabr 1961, Nursu, Şahbuz rayonu) — İqtisadçı, iqtisad elmlər doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsini dekan müavini və Azərbaycan İqtisadçılar İttifaqının Pul tədavülü və kredit deparmentinin direktoru.

Mübariz Bağırov
Mübariz Məmməd Hüseyn oğlu Bağırov
Doğum tarixi 6 noyabr 1961(1961-11-06) (64 yaş)
Doğum yeri
  • Nursu, Şahbuz rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Elm sahəsi iqtisadiyyat
Elmi dərəcəsi
  • iqtisad elmləri doktoru
İş yerləri Azərbaycan İqtisadçılar İttifaqının Pul tədavülü və kredit deparmentinin direktoru
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti

Mündəricat

Bioqrafiyası

Mübariz Bağırov 1961-ci ildə Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur. 1968-ci və 1978-ci illərdə orta məktəbdə təhsil almışdır. 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Uçot-iqtisad fakültəsinə daxil olmuşdur. 1985-ci ildə həmin institutu bitirmişdir. 1981-ci və 1982-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1986-cı və 1990-cı illərdə İqtisad Universitetinin aspiranturasında oxumuşdur. 1978-ci ildə Bakı şəhərində 2 №-li evtikmə kombinatında, 1993-cü ilə kimi fəhlə, mühəndis, böyük mühəndis, şöbə müdiri, direktor iqtisadi məsələləri üzrə müavini vəzifələrində və daha sonra Azərbaycan Sənayə-İnvestisiya Səhmdar-Konvensiya Bankının tikinti fialının müdiri olaraq işləmişdir. 1993-cü ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. 1995-ci və 1997-ci illər arasında Sankt Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetində doktoranturada təhsil almış, 1997-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru adı almışdır. 1993-cü və 1998-ci illər arasında Sənaye İnvestisiya Bankının ixtisaslaşmış tikinti filialının müdiri vəzifəsində işləmişdir. 1998-ci ildən bəri Azərbaycan İqtisadçılar İttifaqının Pul tədavülü və kredit deparmentinin direktorudur. 2001-ci 2006-cı illər arasında Odlar Yurdu Universitetində Maliyyə kafedrasının müdiri vəzifəsində işləmişdir. 2006-cı və 2009-cu illər arasında Elmi-Tədqiqat Kənd Təsərrüfatının iqtisadiyyatı və təşkili İnstitutunda baş elmi işçi, Elmlər Akademiyasının iqtisadiyyat institutunda baş elmi işçi olaraq işləmişdir. 2011-ci ildən İqtisad Universitetinin "Bank işi" (indiki "Maliyyə və maliyyə institutları") kafedrasının professorudur. Hazırda Maliyyə və mühasibat fakültəsini dekan müavinidir. İqtisad Universitetində pedaqoji fəaliyyət də göstərir. Bakı müstəqil milli bank sisteminin təşəkkülünün və inkişaf etdirilməsinin siyasi və iqtisadi sosial şərtlərinin yaradılmasının nəzəri və metodoloji problemləri, postsosialist bank sisteminin bazar tipli milli sistemə transformasiyası konsepsiyası sahəsində tədqiqatlar aparır.

Ailəsi

Ailəlidir, üç övladı var.

Yaradıcılığı

  • Место и роль коммер ческих банков в системе ры ноч ных отно ше ний (azərb. Kommersiya bankların bazar münasibətləri sistemindəki yeri və rolu‎), Bakı, 1997.
  • Ус ло вие фор-миро ва ния на ци о наль ной банковской системы (azərb. Formasiyanın Milli Bank Sistemindəki İstifadəsi‎), Bakı, 1997.

Həmçinin Bax

  • Akif Musayev (professor)
  • Arif Alışanov
  • Asiman Quliyev

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mübariz Bağırov haqqında məlumat. Mübariz Bağırov nədir? Mübariz Bağırov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lütvəli Babayev

  • Fevral 27, 2026

    Yol-nəqliyyat hadisəsi

  • Fevral 24, 2026

    Nyu-York Universiteti

  • Fevral 24, 2026

    Yottabayt

  • Fevral 27, 2026

    Ştuttqart

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst