Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağayev Mübariz Alı oğlu (1 sentyabr 1953, Məlikumudlu, Zərdab rayonu) — 2006–2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007–2012-ci illərdə Ming

Mübariz Ağayev

  • Ana Səhifə
  • Vikipediya
  • Mübariz Ağayev

Ağayev Mübariz Alı oğlu (1 sentyabr 1953, Məlikumudlu, Zərdab rayonu) — 2006–2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007–2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012–2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, 2015–2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Mübariz Ağayev
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı
27 yanvar 2015 – 10 iyun 2016
ƏvvəlkiMənsur Məmmədov
SonrakıMehdi Səlimzadə
Quba Rayon İcra Hakimiyyətinin başçısı
15 mart 2012 – 27 yanvar 2015
ƏvvəlkiRauf Həbibov
SonrakıYaşar Məmmədov
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı
14 dekabr 2007 – 15 mart 2012
ƏvvəlkiLütvəli Babayev
SonrakıNiyazi Bayramov
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı
2006 – 2007
ƏvvəlkiNazim İsmayılov
SonrakıMənsur Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1 sentyabr 1953(1953-09-01) (72 yaş)
Doğum yeri
  • Məlikumudlu, Zərdab rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni

Həyatı

Mübariz Ağayev 1 sentyabr 1953-cü ildə Zərdab rayonunun Məlikumudlu kəndində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. İxtisasca texnoloqdur.

1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətində əmək fəaliyyətinə başlayib. Sonralar müxtəlif illərdə Göyçay konserv zavodunda mühasib köməkçisi, Çərəkə kənd istehlakı cəmiyyətində, Qarabaqqal ictimai iaşə müəssisəsində mühasib vəzifələrində işləyib.

1979–1986-cı illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor,

1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor,

1987–1989-cu illərdə Göyçay rayon İstehlak cəmiyyəti idarə heyətinin sədri,

1989–1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası Qiymət Müfəttişliyində rəis,

1991–1995-ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor,

1995–1997-ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor,

1997-ci ildən isə Göyçay-çörək SC idarə heyətinin sədri vəzifələrində işləyib.

2006–2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı,

2007–2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı,

2012–2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı,

2015–2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

2013-cü ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 4 övladı var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mübariz Ağayev haqqında məlumat. Mübariz Ağayev nədir? Mübariz Ağayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Antonio Senyi

  • Fevral 27, 2026

    Kərim Əliverdizadə

  • Fevral 27, 2026

    Qrammofon

  • Fevral 27, 2026

    Kiş məbədi

  • Fevral 24, 2026

    Dominat

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst