Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Myus-Haband — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası və Böyük Ermənistanın tərkibində olmuş tarixi Arsak vilayətinin o

Myus-Haband

  • Ana Səhifə
  • Vikipediya
  • Myus-Haband

Myus-Haband — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası və Böyük Ermənistanın tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri.

Tarixi Qafqaz Albaniyası əraziləri
Myus-Haband
Ümumi məlumatlar
Ölkə Qafqaz Albaniyası
Böyük Ermənistan
Bölgə Arsak
İndiki adı Xocalı rayonu
Şuşa rayonu
Xocavənd rayonu
Cəbrayıl rayonu
Xəritədə yeri
Myus-Haband xəritədə

Q. Qeybullayev Arsak və Sünik vilayətlərində qeyd edilən Haband toponimini, tarixi mənbələrdə Qafqaz Albaniyası və Atropatena ərazisində yaşadıqları qeyd olunana anariaklarla əlaqələndirir.

Coğrafiyası

Arsak vilayətinin cənubunda yerləşən Myus-Haband havarı, qərbdə Sünik vilayətinin Haband havarı, şimal-qərbdə Sünik vilayətinin Aqaxeçk havarı və Arsak vilayətinin Harçlank havarı, şimal-şərqdə Arsak vilayətinin Muxank havarı, şərqdə Arsak vilayətinin Paçkank havarı, cənubda isə Arsak vilayətinin Sisakan-i-Kotak havarı ilə sərhədlənirdi.

Myus-Haband havarının ərazisindən İşxanaget çayı (müasir adı Quruçay) axırdı. Sisakan-i-Kotak, Haband və Myus-Haband havarlarının ərazilərinin kəsişdiyi yerdə Dizapayt dağı (müasir adı Ziyarət dağı) və Katarovəng monastırı yerləşirdi.

Myus-Haband ərazisində yerləşən Amaras monastırı Qafqaz Albaniyasında xristianlığın əsas mərkəzlərindən biri olmaqla, Müqəddəs Qriqorisin məzarı üzərində inşa edilmişdir. V əsrdə, ehtimal ki, Sasanilərə qarşı Vardan Mamikonyanın rəhbərliyi ilə aparılan üsyan (449-451) zamanı Amaras monastırı dağıdılmışdır. V əsrin sonlarında Amaras monastırı Qafqaz Albaniyası hökmdarı III Mömin Vaçaqanın sifarişi ilə bərpa edilmişdir.

Mesrop Maştots Qafqaz Albaniyasında olarkən maarifləndirmə işinə Myus-Haband ərazisindəki Amaras monastırından başlamışdır. Maştotsun Qafqaz Albaniyasında maarifçi fəaliyyətini erməni tarixçisi Leo belə təsvir edir:

" Bu marşrutun Şərq ölkəsindən keçən hissəsində biz Aluankın məşhur ziyarətgahı Amarası – Maarifçi Qriqorun nəvəsi şəhid Qriqoris burada dəfn edilmişdir – görürük. Buradan marşrut Dizapayt dağındakı ziyarətgaha gətirdi... Bura cənub son məntəqəsi idi. Dizapaytdan şəfaverən Pantalion ziyarətgahı vasitəsiylə yol qərbə tərəf – Mats-Aran əyalətinin meşəlik monastırlarına tərəf döndü, Maştots və tələbələri buradan fəaliyyətə başladılar. "

Orta əsrlərdə Myus-Haband ərazisində Ktiş qalası və Ktişvəng monastırı inşa edilmişdir.

Ədəbiyyat

  • Каланкатуаци, Мовсес, История страны Алуанк / Пер. Ш. В. Смбатяна, Ереван: Матенадаран, 1984
  • Геюшев, . Р.Б., Амарас-Агоглан, Баку: Элм, 1975
  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, myus-haband sözünün mənası, myus-haband haqqında məlumat. myus-haband nədir? myus-haband nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Femtometr

  • Fevral 27, 2026

    Cuçi xan

  • Fevral 27, 2026

    Primorsk diyarı

  • Mart 06, 2026

    Taksedo Mask

  • Fevral 27, 2026

    Fovizm

Trend Mahnılar
  • Mart 07, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 07, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 07, 2026

    Xumar Qedimova - Dünya

  • Mart 07, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Mart 07, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst