Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Muxtar Qasımov (10 yanvar 1958, Kəbirli, Beyləqan rayonu – 16 iyun 1992, Naxçıvanik, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi ş

Muxtar Qasımov

  • Ana Səhifə
  • Vikipediya
  • Muxtar Qasımov

Muxtar Qasımov (10 yanvar 1958, Kəbirli, Beyləqan rayonu – 16 iyun 1992, Naxçıvanik, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Muxtar Qasımov
Muxtar Cahid oğlu Qasımov
Şəxsi məlumatlar
Doğum tarixi 10 yanvar 1958(1958-01-10)
Doğum yeri
  • Kəbirli, Beyləqan rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 16 iyun 1992(1992-06-16) (34 yaşında)
Vəfat yeri
  • Naxçıvanik, Xocalı rayonu, Azərbaycan
Dəfn yeri
  • Şəhidlər Xiyabanı
Vətəndaşlığı
  •  Azərbaycan
Təhsili
  • Azərbaycan Tibb Universiteti
Hərbi fəaliyyəti
Qoşun növü Hərbi həkim
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

Həyatı

Muxtar Qasımov 10 yanvar 1958-ci ildə Jdanov rayonunun Kəbirli kəndində dünyaya göz açmışdır. Ağdam səhər 5 saylı məktəbi 1974-cü ildə bitirmişdir. Elə həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. Tibb təhsilin başa vurduqdan sonra işləmək üçün təyinatla Xankəndinə yola düşmüşdür. Orada işləyərkən ermənilər arasında separatizmin, millətçi ünsürlərin təbliğinin şahidi olmuşdur. Müxtəlif təziqlərə baxmayaraq işinə davam etmiş, milliyətindən asılı olmayaraq insanlara tibbi yardım göstərmişdir. 1988-ci ildə vəziyyət nəzarətdən çıxandan, kiçik qarşıdurmalar baş verəndən sonra Ağdam rayonuna qayıdıb həkim kimi hospitalda çalışmışdır.

Döyüşlərdə iştirakı

Ağdamda gedən bütün döyüşlərdə yaralıları xilas etmək üçün qəhrəmanlıq göstərmişdir. Xocalı faciəsindən sonra isə həyatını tamamilə cəbhəyə bağlayır. 1992-ci ilin iyun ayında Aranzəmin, Pircamal, Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə həkim olaraq öz bilik və bacarığını nümayiş etdirir. 16 iyun 1992-ci ildə Naxçıvanlı kəndi uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən həlak olmuşdur.

Atası və silahdaşları dəfn mərasimində

Ailəsi

Ailəli idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Qasımov Muxtar Cahid oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Xatirəsi

Rejissor Rəşad Qasımov Milli Qəhrəman Muxtar Qasımovdan bəhs edən "Vətən sevgisi" adlı sənədli film çəkmişdir.

Ədəbiyyat

  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 156.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Muxtar Qasımov haqqında məlumat. Muxtar Qasımov nədir? Muxtar Qasımov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Maorilər

  • Fevral 10, 2026

    8 fevral

  • Fevral 23, 2026

    Məsafə

  • Fevral 23, 2026

    Pitsburq

  • Fevral 21, 2026

    Simvol

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst