Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Murad Məmmədrza oğlu Muradov (1884 – 2 noyabr 1964) — aktyor, teatr xadimi, Azərbaycan SSR əməkdar artisti.

Murad Muradov

  • Ana Səhifə
  • Vikipediya
  • Murad Muradov

Murad Məmmədrza oğlu Muradov (1884 – 2 noyabr 1964) — aktyor, teatr xadimi, Azərbaycan SSR əməkdar artisti.

Murad Muradov
Murad Məmmədrza oğlu Muradov
Doğum tarixi 1884
Doğum yeri Muradbəyli, Ağdam, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 2 noyabr 1964 (79–80 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı  Rusiya İmperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Fəaliyyəti Aktyor
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

Mündəricat

Həyatı

Murad bəy Məmmədrza bəy oğlu Muradov 1884-cü ildə Ağdam rayonunun Muradbəyli kəndində anadan olub. İlk təhsilini Ağdamda alıb və Bakıdakı Realnı məktəbdə davam etdirib. O, 1907-ci ildə Ümumrusiya Teatr Cəmiyyətinin üzvü olan ilk azərbaycanlı aktyorlardan biridir. Murad Muradov səhnəyə ilk addımını 1897-ci ildə Şuşa şəhərində atıb. 1900-cü ildə Bakıya gələn Murad Muradov canlı teatr prosesinə qoşulub və müxtəlif obrazlar oynayıb. "Müsəlman dram artistləri cəmiyyəti"ndə, "Nicat" və "Səfa" truppalarında çalışıb, əsasən epizod rolların ifaçısı kimi tanınıb. 1919-cu ildən isə müəyyən fasilələrlə Akademik Milli Dram Teatrında işləyib.

"Elm" nəşriyyatı tərəfindən 1981-ci ildə çapdan buraxılmış "Hüseynbala Ərəblinski" kitabında xalqımızın unudulmaz sənətkarları sırasında Murad və Qaflan Muradov qardaşlarının adları tez-tez çəkilir. Mənbədə qeyd edilir ki, Azərbaycan milli teatrının yaranması və inkişafında digər klassik sənət korifeyləri ilə yanaşı, əməkdar artist Murad Muradovun da böyük əməyi olmuşdur. Ümumiyyətlə, Murad və Qaflan Muradov qardaşlarının milli teatrın formalaşmasındakı xidmətləri digər incəsənət xadimlərinə nisbətən, nədənsə, az xatırlanıb. Murad Muradov öz xatirələrində göstərir ki, o zamanlar Azərbaycan teatrı iki qrupa bölünüb, onlardan birinə Əbülfət Vəli, digərinə isə Sidqi Ruhulla başçılıq edib.

1959-cu ilin may ayında Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasında iştirak edən Murad Muradov Azərbaycanın ilk mədəniyyət xadimlərindəndir ki, 1933-cü ildə o dövr üçün SSRİ-nin ən ali mükafatlarından sayılan Əmək qəhrəmanı adına layiq görülüb. Murad Muradov, Azərbaycan peşəkar teatrının 75 illik yubileyi münasibətilə 21 iyul 1949-cu ildə Azərbaycan SSR əməkdar artisti fəxri adı ilə təltif olunub.

Murad Muradov 1964-cü il noyabr ayının 2-də Bakı şəhərində vəfat etmişdir.

Həmçinin bax

  • Muradovlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Murad Muradov haqqında məlumat. Murad Muradov nədir? Murad Muradov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Türbə

  • Fevral 27, 2026

    Ərtoğrul Cavid

  • Fevral 27, 2026

    Çuçxe ideyaları

  • Fevral 27, 2026

    Hun

  • Fevral 27, 2026

    Kurmanci

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst