Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Murad Əli oğlu Dadaşov (21 dekabr 1978, Bakı) — Azərbaycan şoumeni, teleaparıcısı, prodüseri və aktyoru. O, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü

Murad Dadaşov

  • Ana Səhifə
  • Vikipediya
  • Murad Dadaşov

Murad Əli oğlu Dadaşov (21 dekabr 1978, Bakı) — Azərbaycan şoumeni, teleaparıcısı, prodüseri və aktyoru. O, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü olmuş, daha sonra "M Group Production" şirkətini təsis etmiş və şirkətin prezidenti olmuşdur. O, 2000-ci ildə "20-ci əsrin çempionları" titulunu qazanan şəxslərdən biri olmuşdur. O, 2014-cü ildə "Azərbaycan Respublikasının əməkdar artisti" 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülüb. 2020-ci ildən Xəzər TV-nin prezidentidir.

Murad Dadaşov
Doğum tarixi 21 dekabr 1978(1978-12-21) (47 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Aytən Əliyeva (e. 2001)
Uşağı 3
Atası Əli Dadaşov
Anası Tamilla Əliyeva
Boyu 1.70 sm
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti aktyor, prodüser, televiziya prodüseri[d]
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20182018 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20142014
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Erkən illəri

Murad Əli oğlu Dadaşov 21 dekabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

O 1985–1995-ci illərdə Bakı şəhəri 160 saylı tam orta məktəbdə təhsil alıb. 1996–2000-ci illərdə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsində təhsil alıb, ixtisasca psixoloqdur.

Fəaliyyəti

XX əsrin sonlarında "Bakılı oğlanlar" ŞHK ilə tanışlığı oxuduğu məktəbdən başlayıb və bununla da 1993-cü ilin dekabrında peşəkar səhnəyə gəlib. 2000-ci ildə isə "Bakılı oğlanlar" komandası "XX əsrin çempionları" titulunun sahibi oldu. Şən və hazırcavab çempionlardan biri də o olub.

Universitetdə təhsil aldığı müddətdə, 1999–2002-ci ildə həm də Proqnoz Müstəqil Sosioloji Tədqiqatlar mərkəzində müdir müavini vəzifəsində çalışıb. Televiziyada ilk fəaliyyətinə 1990-cı illərin ortalarında Azərbaycan Televiziyasında başlayıb. Burada "Bakılı oğlanlar" ŞHK-ın digər üzvü Cabir İmanov ilə bərabər "Bir Cənub şəhərində" adlı layihə hazırlayıb.

1990-cı illərin sonlarında isə Space televiziyasında "Road Master" adlı layihənin aparıcısı olub. 2002-ci ilin yanvar ayından həmin ilin oktyabr ayına kimi ANS Müstəqil Yayım və Media Şirkətində baş prodüser vəzifəsinə təyin edilib. Eyni zamanda, həmin dövrdə bu kanalda yayımlanan "Yeriniz Məlum" adlı gündəlik şou proqramın müəllifi və aparıcısı olub.

2003-cü il fevralın 7-də "M Group Production" şirkətini təsis edib. Burada 2008-ci ilədək baş direktor vəzifəsində çalışıb.

2003-cü ildə Lider telekanalında "M Group Production" şirkətinin ilk layihəsi olan "Mərc şou", 2005-ci ildən isə həmin telekanalda "Maşın" realiti şousu yayımlanmağa başlayıb. Hər iki layihənin müəllifi və aparıcısı o olub. 2008–2010-cu illərdə "Lider Media Holdinq" — Lider televiziyasında Baş prodüser vəzifəsinə təyin olunub. 2010-cu ildən bu günə qədər "M Group Production" şirkətinin prezidentidir.

O, yayımlanan bir çox layihələrdə peşəkar ekspert və münsif qismində iştirak edib. Belə ki, 2004–2011-ci illərdə Azad Azərbaycan (ATV) telekanalında "Yeni Ulduz" musiqi yarışması, 2008-ci ildə Soçi şəhərində keçirilən "Beş ulduz" mahnı müsabiqəsi, 2014-cü il İctimai televiziyada "Böyük Səhnə" vokal şousu və 2015-ci il Azad Azərbaycan telekanalında yayımlanan "Özünü Tanıt" istedad müsabiqəsinin münsiflər heyətində təmsil olunub.

O, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında da yaxından iştirak edib. O, 2015-ci il Bakıda keçirilən Birinci Avropa Oyunlarının ulduz səfiri idi.

O, 2022-ci ildə Murad Arifin "Popumuz Var" adlı internet verilişində "Neft sənin deyil, dövlətindir" deyib və o, buna görə sərt şəkildə tənqid olunub.

5 mart 2020-ci ildə Xəzər TV-nin baş direktoru təyin edilib.

Şəxsi həyatı

Atası Dadaşov Əli Mürsəl oğlu ixtisasca nəqliyyat işçisidir. Anası Əliyeva Tamilla Abuzər qızı ixtisasca musiqiçidir, fortepiano müəlliməsidir. Qardaşı Fərid Dadaşov "KOKON" yaradıcılıq agentliyinin təsisçilərindən biridir. Azərbaycan Respublikasının əməkdar artisti, tarzən Əhsən Dadaşov Murad Dadaşovun atasının əmisidir.

2001-ci ildə ixtisasca şərqşünas olan Əliyeva Aytən Elxan qızı ilə ailə həyatı qurub. Kamal, Əli, Ziya adlı üç övladı var.

Filmoqrafiya

  • Milli bomba (film, 2004) — aktyor (Gənc montajçı)
  • Çətin yol (film, 2006) — aktyor (Ata)
  • Bir dəfə Qafqazda (film, 2007) — aktyor (Kazbekin dostu)
  • Halal pullar (film, 2008) — aktyor (Türk vətəndaşı)
  • Qorxma, mən səninləyəm! 1919 (film, 2013) — aktyor (Epizod)
  • Bayram axşamı (film, 2017) — aktyor, prodüser

Təltifləri

  • Azərbaycan "Azərbaycan Respublikasının əməkdar artisti" — 2014 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.
  • Azərbaycan "Azərbaycan Respublikasının xalq artisti" — 2018

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, murad dadaşov sözünün mənası, murad dadaşov haqqında məlumat. murad dadaşov nədir? murad dadaşov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yuxu iflici

  • Fevral 28, 2026

    Niger deltası

  • Mart 01, 2026

    Orense

  • Fevral 27, 2026

    Salahlı (Zərdab)

  • Fevral 27, 2026

    Arqos

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst