Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 168 min nəfər əhalisinin 82 min nəfəri ana dilini kürdcə, 79 min nəfəri türkcə, 3 min nəfəri isə ərəbcə olaraq

Muş ili

  • Ana Səhifə
  • Vikipediya
  • Muş ili

Muş ili — Türkiyədə il.

Muş ili
Muş

39°00′02″ şm. e. 41°49′38″ ş. u.HGYO


Ölkə
  •  Türkiyə
İnzibati mərkəz Muş
Tarixi və coğrafiyası
Sahəsi
  • 8.196 km²
  • 8.718 km² (2014)
Hündürlük
1.350 m
Əhalisi
Əhalisi
  • 351.802 nəf. (2021)
Rəqəmsal identifikatorlar
ISO kodu TR-49
Telefon kodu 436
Poçt indeksi 49000–49999
Avtomobil nömrəsi 49
Rəsmi sayt
Muş ili xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Əhalisi

1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 168 min nəfər əhalisinin 82 min nəfəri ana dilini kürdcə, 79 min nəfəri türkcə, 3 min nəfəri isə ərəbcə olaraq qeyd etmişdi.

1927-ci s.a.

1927-ci il siyahıya alması zamanı hazırkı Muş ilinin əraziləri Bitlis ilinin tərkibində olmuşdur. Bu zaman Bitlis ili mərkəzi (Bitlis), Muş, Əhlət, Malazgirt, Hizan, Varto, Mutki və Bulanık ilçələrindən ibarət idi. 2 iyun 1929-cu il Bitlis ilinin Muş, Bulanık, Malazgirt və Varto ilçələri inzibati mərkəz Muş olmaqla birləşdirildi və Muş ili yaradıldı. Hazırda Muş ili mərkəzi (Muş şəhəri ə/d), Bulanık, Varto, Malazgirt, Hasköy (1987-ci ildə təşkil edilmişdir) və Qorqud (1990-cı ildə təşkil olunmuşdur) ilçələrindən ibarətdir. Qorqud və Hasköy ilçələri mərkəzi (Muş şəhəri ə/d) və Bulanık ilçələrinin inzibati ərazilərində bölünmə hesabına yaradılmışdır. Beləliklə, 1927-ci il siyahıya almasına əsasən hazırkı Muş ilinin indiki ərzisində 43 584 nəfər (22 320 nəfər kişi və 21 264 nəfər qadın) əhali yaşamışdır. Onların 21 499 nəfəri Muş ilçəsində, 9 822 nəfəri Varto ilçəsində, 6 966 nəfəri Malazgirt ilçəsində, 5 297 nəfəri isə Bulanık ilçəsində məskunlaşmışdılar, 43 584 nəfərin sadəcə 697 nəfəri (678 nəfəri kişi, 19 nəfəri qadın) oxuyub-yazma bacarığına malik idi. Siyahıya almaya əsasən 43 584 nəfərdən 34 897 nəfərin ana dili kürdcə, 7 283 nəfərin ana dili türkcə, 908 nəfərin ana dili çərkəzcə, 72 nəfərin ana dili ərəbcə, 10 nəfərin ana dili ermənicə, 1 nəfərin ana dili farsca, 413 nəfərin ana dili isə digər dillər (bilinməyən) olmuşdur.

Qeyd: Osmanlı İmperiyası mərkəzi hökumətinin 1914-cü ildə həyata keçirdiyi ümumimperiya əhali siyahıya almasına əsasən Muş ilinin (o zamanki Bitlis ilinin tərkibində Muş sancağı: Muş, Bulanık, Malazgirt və Varto nahiyyələri) 149 500 nəfər əhalisinin 95 323 nəfərini müsəlmanlar, 54,147 nəfərini isə ermənilər təşkil edirdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Muş ili haqqında məlumat. Muş ili nədir? Muş ili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ernan Kortes

  • Fevral 27, 2026

    Filfla

  • Fevral 24, 2026

    Svuynoy adası

  • Fevral 27, 2026

    II Frans

  • Fevral 23, 2026

    Səhabə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst