Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Muğan Gəncəli kəndi Kür çayı sahilində yerləşir. Kənd bir növ yarımadanı xatırladır. Üç tərəfindən Kür çayı ilə əhatə olunub. Bu hissə yerlilər tərəfindən Bucaq

Muğan Gəncəli

  • Ana Səhifə
  • Vikipediya
  • Muğan Gəncəli

Muğan Gəncəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.

Muğan Gəncəli
39°42′53″ şm. e. 48°57′03″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Sabirabad rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Muğan Gəncəli xəritədə
Muğan Gəncəli
Muğan Gəncəli

Muğan Gəncəli kəndi Kür çayı sahilində yerləşir. Kənd bir növ yarımadanı xatırladır. Üç tərəfindən Kür çayı ilə əhatə olunub. Bu hissə yerlilər tərəfindən Bucaq adlanır. Qalan hissə isə Bülbülə adlanır. Çayın kəndi əhatə etməsi qədimdə insanların burada yerləşmə səbəblərindən biri kimi qiymətləndirilir. Qədim qəbiristanlığı var. Məzarlığın orta hissəsində Məşhur Seyid Mirağababanın məzar-ziyarətgahı yerləşir. Kəndin yaranma tarixi XV–XVI əsrlərə aid edilir.[mənbə göstərilməlidir]

Qonşu kəndlər: Salmanlı, Çiçəkli, Cəngən.

Mündəricat

Coğrafiyası və iqlimi

Kənd Kür çayı yaxınlığında yerləşir. Kəndin qədim yeri "Bücağ" adlanır (üç tərəfdən çayla əhatə olunduğu üçün). Bir az yeni salınan hissəsi "Bülbülə" adlanır. Çaydaşqınları zamanı Bucağdakı evlər və torpaqlar əkin sahələri tez-tez su altında qalır. Yayı isti, qışı mülayim-soyuq keçir. Ərazisi düzənlikdir və dəniz səviyyəsindən 19 metr aşağıdadır. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur yanvarda 1,8 °C, iyulda 36,5 C-dir. İllik yağıntı təqribən 300 mm-dir. Əsas çayı Kürdür. Əsasən, boz-çəmən torpaqları yayılmışdır. Yarım-səhra bitkiləri üstünlük təşkil edir. Kür çayı sahilində tuqay meşələri mövcuddur. Muğangəncəli pambıqçılıq, taxılçılıq, heyvandarlıq və bostançılıq kəndidir.[mənbə göstərilməlidir]

Əhalisi

Əhalisi XVIII əsrdə Gəncədən köçənlərdən ibarətdir. Cənubi Azərbaycanlı mənşəlilər də var. İndi yerli əhali sayılır. Özlərinə məxsus şirin ləhçələri var. Qədim, zəhmətkeş qonaqpərvər zarafatçıl camaatı var.[mənbə göstərilməlidir]

İqtisadiyyatı

Əsasən maldarlıq və balıqçılıqla məşğul olan yerli əhali, kənd təsərüffatı və əkinçiliklə də məşğul olur. 1996-cı ilə kimi pambıqçılıqla məşğul idilərsə, son 20 ildə yonca qarpız, yemiş, taxıl əkirlər. Kəndin əsas problemi yol idi, 2018-ci ildə yol yeniləndi. Elektrik dirəyləri və şəbəkəsi 1954-cü ildən çəkiləndir, əksəriyyəti sıradan çıxıb. Qaz 2016-cı ildən verilir.[mənbə göstərilməlidir]

Milli Qəhrəman şəhid Murad Mirzəyev Telman oğlu bu kənddə doğulub.

Şəhidlər

ŞəkilSoyad. Ad. Ata adıDoğum tarixiÖlüm tarixiVəfat yeri
Azərbaycanın Milli Qəhrəmanı
Mirzəyev Murad Telman oğlu
31 mart 19762 aprel 2016Talış,Tərtər rayonu,
Azərbaycan
Nağıyev Şaiq Zülfüqar oğlu5 may 197527 iyun 1997Qazax
Azərbaycan
Həsənov Vüqar Telman oğlu (itkin)21 aprel 19736 iyun 1993Füzuli
Azərbaycan
Səfərov Təvəkkül İlyas oğlu14 iyul 19563 sentyabr 1992Füzuli
Azərbaycan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Muğan Gəncəli haqqında məlumat. Muğan Gəncəli nədir? Muğan Gəncəli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Telets xan

  • Fevral 27, 2026

    Vəsilə Hacıyeva

  • Fevral 27, 2026

    Qamma şüalanma

  • Fevral 27, 2026

    Latviya Respublikası

  • Fevral 27, 2026

    Sanskrit dili

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst