Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mozilla Foundation — açıq mənbəli "Mozilla" layihəsini dəstəkləmək və kollektiv şəkildə idarə etmək üçün mövcud olan ABŞ qeyri-kommersiya təşkilatı. 2003-cü ili

Mozilla Foundation

  • Ana Səhifə
  • Vikipediya
  • Mozilla Foundation

Mozilla Foundation — açıq mənbəli "Mozilla" layihəsini dəstəkləmək və kollektiv şəkildə idarə etmək üçün mövcud olan ABŞ qeyri-kommersiya təşkilatı. 2003-cü ilin iyul ayında qurulan təşkilat inkişaf prosesini idarə edən siyasətləri müəyyən edir, əsas infrastrukturu idarə edir, "Mozilla" ticarət nişanlarına və müəllif hüquqlarına nəzarət edir. Onun iki vergi tutulan törəmə müəssisəsi var: bir çox "Mozilla" tərtibatçısını işə götürən və "Mozilla Firefox" veb-brauzerinin buraxılışlarını koordinasiya edən "Mozilla Corporation", "Mozilla Thunderbird" e-poçt müştərisi üzərində işləmək və onun buraxılışlarını əlaqələndirmək üçün tərtibatçıları işə götürən "MZLA Technologies Corporation". "Mozilla Foundation" təşkilatı "Netscape"ə bağlı "Mozilla Organization" tərəfindən təsis edilmişdir. Təşkilat hazırda ABŞ-nin Kaliforniya ştatının Mauntin-Vyu şəhərindəki Silikon vadisində yerləşir.

Mozilla Foundation
Loqonun şəkli
Növü 501(c)(3) təşkilatı[d]
Yaranma tarixi 15 iyul 2003
Mərkəzi
  • San-Fransisko
mozillafoundation.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Mozilla Foundation" özünü "İnternetdə açıqlığı, innovasiyanı və iştirakçılığı dəstəkləyən qeyri-kommersiya təşkilatı" kimi təsvir edir. Təşkilat "Mozilla"nın "internetin ictimai rifah, eləcə də həyatın kommersiya aspektlərinə fayda verməyə davam etməsi üçün vacib olduğuna inandığı" 10 prinsipi sadalayan "Mozilla" manifestini rəhbər tutur.

Mündəricat

Tarixi

"Netscape" 23 fevral 1998-ci ildə "Mozilla Application Suite" dəstinin işlənib hazırlanmasını əlaqələndirmək üçün "Mozilla Organization" təşkilatını yaratmışdır. Sonradan AOL "Mozilla Organization"da rolunu kəskin şəkildə azaltmışdır. "Mozilla"nın "Netscape" olmadan varlığını davam etdirməsini təmin etmək üçün 15 iyul 2003-cü ildə "Mozilla Foundation" fəaliyyətə başlamışdır. AOL "Mozilla Foundation"ın ilkin mərhələdə formalaşdırılmasında kömək olmuş, avadanlıq və əqli mülkiyyəti təşkilata ötürmüş, keçidə kömək etmək üçün mövcudluğunun ilk üç ayında üç nəfərlik bir komanda işlətmiş və iki il ərzində fonda 2 milyon dollar ianə etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mozilla Foundation haqqında məlumat. Mozilla Foundation nədir? Mozilla Foundation nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məlikballı Qurban

  • Fevral 27, 2026

    Serera

  • Fevral 25, 2026

    Rolan Bıkov

  • Fevral 27, 2026

    Yarasa

  • Fevral 25, 2026

    Kron

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst