Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mozambik adası (port. Ilha de Moçambique) — Mozambikin şimalında, Mozambik kanalı ilə Mossuril körfəzi arasında yerləşir və Nampula əyalətinə daxildir. 1898-ci

Mozambik adası

  • Ana Səhifə
  • Vikipediya
  • Mozambik adası

Mozambik adası (port. Ilha de Moçambique) — Mozambikin şimalında, Mozambik kanalı ilə Mossuril körfəzi arasında yerləşir və Nampula əyalətinə daxildir. 1898-ci ilə qədər Portuqaliyanın Şərqi Afrikadakı müstəmləkə paytaxtı idi. Zəngin tarixi və qumlu çimərlikləri ilə Mozambik adası UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir və Mozambikin ən sürətli böyüyən turizm yerlərindən biridir. Təxminən 14 000 nəfər əhalisi var və yaxınlığında Nampula əyalətindəki Lumbo hava limanı xidmət göstərir.

UNESCO-nun Ümumdünya irsi obyekti
Mozambik adaları
Island of Mozambique 
Ölkə Mozambik Mozambik
Tip Mədəni
Kriteriya (iv), (vi)
Keçid 599
Region Afrika 
Daxil edilməsi 1991  (15-ci sessiya)
Mozambik adaları xəritədə
Mozambik adaları
Mozambik adaları
  1. İngilis dilindəki rəsmi siyahı
  2. UNESCO-nun təsnifatına görə bölgə

Tarix

Mozambik adasında tapılan dulusçuluq məmulatları şəhərin on dördüncü əsrdən gec olmayaraq qurulduğunu göstərir. Şəhərin hökmdarlarının XV əsrdə həm Anqoçe, həm də Kelimanenin hökmdarları ilə əlaqələri vardı. 1514-cü ildə Duarte Barbosa, şəhərin müsəlman bir əhaliyə sahib olduğunu və Anqoçe ilə eyni suahili ləhcəsində danışdıqlarını qeyd etdi.

Adanın adı (port. Moçambique) adanın Vasko da Qama dövründəki sultanı Əli Musa Mbikinin (Musa ibn-Bik) adından yaranmışdır. Bu ad daha sonra müasir Mozambikə qoyuldu və ada Ilha de Moçambique (Mozambik adası) adlandırıldı.

16-cı əsrdə adada Sao-Sebastiao qalası inşa edildi və Portuqal qəsəbəsi (indi Daş şəhər kimi tanınır) Portuqaliyanın Şərqi Afrikadakı paytaxtı oldu. Ada həmçinin vacib bir missioner mərkəzinə çevrildi. Şəhər 1607–1608-ci illərdə Hollandiya hücumlarına qarşı durdu və Portuqaliyalıların Hindistana səfərlərində əsas bir liman oldu. Şəhərdə qul, ədviyyat və qızıl ticarəti inkişaf etdi.

Qədim istehkamlar istisna olmaqla şəhərin yalnız yarısı daşdan tikilmişdir. Portuqaliyalılar tərəfindən 1877-ci ildə inşa edilən, süni göllər və fəvvarələr ilə bəzədilmiş bağı olan neo-klassik üslublu xəstəxana Mozambik Vətəndaş müharibəsindən sonra ağ rəngə boyandı. Bura uzun illərdir ki, Böyük Səhranın cənubundakı ən böyük xəstəxana idi.

Süveyş kanalının açılışı ilə adanın əhəmiyyəti azaldı. 1898-ci ildə paytaxt indiki Maputuya köçürüldü. 20-ci əsrin ortalarına qədər, Nakalanın yeni limanı qalan işlərin çoxunu üstləndi.

Adanın özü çox böyük deyil, təxminən 3 km uzunluğunda və 200–500 metr enindədir. Tarixi binaların əksəriyyəti adanın şimal ucundadır. Sakinlərin əksəriyyəti adanın cənub ucundakı Makuti qəsəbəsindəki qamış evlərdə yaşayırlar.

Qalereya

  • 1598-ci ildə Peter van den Keere tərəfindən hazırlanmış xəritə
    1598-ci ildə Peter van den Keere tərəfindən hazırlanmış xəritə
  • 1810-cu ildə limanın qrafiki
    1810-cu ildə limanın qrafiki
  • 3.8 kilometr (2.4 mil) uzunluğundakı Mozambik Adası Körpüsü
    3.8 kilometr (2.4 mil) uzunluğundakı Mozambik Adası Körpüsü
  • Köhnə xəstəxana
    Köhnə xəstəxana
  • Santo Antonio kilsəsi
    Santo Antonio kilsəsi
  • Çimərlik təmizliyi
    Çimərlik təmizliyi
  • Makuti qəsəbəsi
    Makuti qəsəbəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mozambik adası sözünün mənası, mozambik adası haqqında məlumat. mozambik adası nədir? mozambik adası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yara

  • Fevral 27, 2026

    Vilhelm Rentgen

  • Mart 01, 2026

    Tank topu

  • Fevral 27, 2026

    Rusiya Çarlığı

  • Fevral 26, 2026

    Şabran rayonu

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst