Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Moren (fr. moraine) – buzlağın gətirdiyi və çökdürdüyü süxur qırıntısı. Morenlər aysberq vasitəsilə yayılan, əsasən qırıntı materialından ibarət dəniz və okean

Morenlər

  • Ana Səhifə
  • Vikipediya
  • Morenlər

Moren (fr. moraine) – buzlağın gətirdiyi və çökdürdüyü süxur qırıntısı. Morenlər aysberq vasitəsilə yayılan, əsasən qırıntı materialından ibarət dəniz və okean tipli terrigen çökmələrdir. Biogen material qarışığı adətən diatomeya zirehləri, süngər iynələri, foraminifer qabıqları və b. ibarət olur. Qranulometrik tərkibi lillərdən qaymalara qədər müxtəlifdir. Müxtəlif petroqrafik tərkibli zəif çeşidlənmiş kobud qırıntı materialları ilə səciyyələnir. Sahildən bir neçə yüz (hətta min) kilometrlərlə aralı, müxtəlif dərinliklərdə əmələ gəlir. Müasir aysberq moreni çökmələri Antarktidada, eləcə də Şimal yarımkürəsində geniş yayılmışdır.

Morenlər iki qrupa bölünür:

  1. Hərəkətdə olan morenlər
  2. Çökmüş morenlər

Mündəricat

Hərəkətdə olan morenlər

Dağ buzlaqlarında hərəkətdə olan morenlər üst, daxili və dib morenlərnə bölünür.

Üst morenlər

Üst morenlər dərənin yamaclarında buzlağın üstünə tökülən süxur qırıntılarıdır. Adətən üst morenlər buzlaq dilinin yanlarında toplanır və yan morenlər adlanır. Buzlaqlar bir-birinə qarışdıqda onların yan morenləri birləşib aşağıda, buzlaq dilinin ortasında orta morenlər əmələ gətirir.

Daxili morenlər

Buzlağın üstünə tökülmüş qırıntıların bir hissəsi yarıqlardan buzlağın içərisinə batır və daxili morenlər əmələ gətirir.

Dib morenlər

Buzlağın altında, buzlağın hərəkəti zamanı yataqda qoparılmış qırıntılardan dib morenlər əmələ gəlir.

Çökmüş morenlər

Çökülmüş morenlər buzlaqlar çəkildikdən sonra onun yerinə qalan müxtəlif qırıntı materiallarından əmələ gəlmiş moren örtüyündən və moren tirələrindən ibarətdir. Bunların arasında, buzlaqların qarşısında çöküb qalmış süxur qırıntılarından ibarət tərələr xüsusi yer tutur və onlar uc morenlər adlanır. Moren materiallarının qeyribərabər çökməsi, habelə buzlaqların yeri eşib dağıtmasından alçaqhündür, təpəlik-düzənlik relyef əmələ gəlir ki, belə relyefə moren relyefi və ya moren landşaftı deyilir.

Basdırılmış qədim morenlər

Basdırılmış qədim morenlər müxtəlif süxurlarla (çöküntülərlə) örtülmüş morenlərdir. O cümlədən tillitlər basdırılmış qədim morenə aid edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Morenlər haqqında məlumat. Morenlər nədir? Morenlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Ceyms Horner

  • Fevral 27, 2026

    Hacı Qara

  • Fevral 27, 2026

    Maka Çiçiua

  • Fevral 27, 2026

    Qırğız

  • Fevral 27, 2026

    Yevgeni Gegeçkori

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst